Vahid Ələkbərovun “Yelo bank”ı da çökmək üzrədir…. - Səbəb yarıtmaz idarəçilikdir…
16-02-2022, 16:40
7 305

Vahid Ələkbərovun “Yelo bank”ı da çökmək üzrədir…. - Səbəb yarıtmaz idarəçilikdir…

Dəfələrlə yazmışıq  və bir daha təkrar  edirik ki, dünya banklar vasitəsilə  idarə olunur. 
Yəni  külli miqdarda çirkli pulların yuyulması, ofşor  zonalara  milyardların  köçürülməsi və digər  əməllər banklar vasitəsilə  həyata keçirilir. 
Çox təəssüf ki, 30 illik müstəqillik dönəmində ölkəmizdə  normal bank sistemi qurulmadı. 
Bu gün dünyada  müştəriyə ən bahalı kredit verən banklar bizim banklardır. 
Yaxud 2015-ci ildəki  devalvasiyanı yadınıza salın. 
Bütün bunların  basilica səbəbi  ölkənin bank siyasətinin başında  duran  Elman Rüstəmovdur. 
Təsəvvür edirsniz,  bankların fəaliyyəti  o dərəcədə  qeyri-sağlam əsas üzərində qurulub ki, son illər  bağlanan, fəaliyyətini dayandıran bankları saymaqla qurtarmaq olmur…
Hanı  nazirlərə, iri məmurlara məxsus olan banklar..? 
Hanı  bərk gedən  "Bank of Azerbaijan”, "Texnikabank”, "Bank Standard”,  “Amrahbank”, “Dəmirbank”, “AGbank”,  “Qafqaz İnkişaf Bankı”, "Atrabank”, "Dekabank” ASC, "Kredobank” ASC, "Parabank” ASC və "Zaminbank” ASC-dir...  
Saymaqla  qurtaran deyil.  Qısa  bir vaxtda bu bankların bağlanması  ölkənin bank sisteminin  bərbad gündə olduğunu göstərir. 
Bəs,  bağlanan  bankların  əhaliyə olan borcunu niyə dövlət ödəməlidir..?
Dövlətin özəl, şəxsi banklara məgər borcu var ? 
Sözün qısası, Elman Rüstəmovun sayəsində  bank sistemimiz  “çiçəklənir”. 
Belə banklardan biri də Rusiyaya, daha dəqiq desək Rusiyalı  milyarder  Vahid Ələkbərova məxsus olan və ölkəmizdə fəaliyyət göstərən  “Yelo bank”dır. 
Əvvəl bankın adı Nikoilbank olub. 
Son bir ildə bankın  göstəricilərinə nəzər salanda  görünür ki,  “Yelo bank”ı  yuxarıda sadaladığımız bankıarın aqibəti gözləyir. Bu əlbəttə, dövlətə də, vətəndaşlara da  problem yaradır. 
Bəs, görəsən, məşhur  milyarderin bankındakı problemlərin səbəbi nədir ? 
İlk öncə, ÇOX PİS İDARƏÇİLİK  və  SƏRİŞTƏSİZ  KADRLAR…
Ümumiyyətlə,  bu bankın adı  ancaq  neqativ  məsələlərdə hallanır. 
Bir müddət öncə  Gündəlik-Bakıya müraciət edən  Bakı sakini  bildirirdi ki, Yelo bank  məhkəmə vasaitəsilə qızına məxsus mənzili ələ keçirib. 
Təsəvvür edirsiniz,  vətəndaşın əlində ÇIXARIŞ, mülkiyyət sənədləri  və məhkəmə mənzili müsadirə edib. 
Hələ, bu harasıdır…?
Yelo bank  2-ci Qarabağ  savaşında döyüşən əsgərimizi 100  manata görə məhkəməyə verib. 
Qarabağ qazisi  deyir ki,  Vətən müharibəsindən əvvəl bankdan 5 min manat borc götürüb və vaxtı-vaxtında aylıq ödənişlərini edib.
Müharibədə olduğu 97 gün müddətində məlum səbəbdən borclarını gecikdirib. Bank isə veteranın gecikdirilmiş borcuna görə əlavə hesablanmış faiz (100 manat) yazıb. Müharibədən qayıtdığı günün sabahı veteran  əsas aylıq borclarını ödəyib. 
Yelo bank isə  FAİZƏ  FAİZ HESABLAYIR. Və qazidən 100 manatı tələb edir. 
Başqa bir müştəri  pul köçürmələrində  bankın  saxtakarlığa yol verdiyini yazır. 
Bir sözlə, Yelo bankda  böhran getdikcə dərinləşir. 
Səbəb isə yuxarıda qeyd etdiyimiz kimi  Bankın İdarə Heyətinin sədri olan Nikolay Şurqaia ilə kollektiv arasındakı narazılıqdır.  Bu adam 4 ildə  6 dəfə komandanı dəyişib, işçləri işdən qovur, əmək haqlarını azaldır  və s. 
Məlumdur ki, bir müddət əvvəl  Vahid Ələkbərov Bakıya səfəri zamanı bankın yeni ofisinin açılışında oldu, hətta Elman Rüstəmov da tədbirdə iştirak etdi. 
Amma  görünür “Yelo bank”ı  xilas etmək mümkün deyil… /Gundelik-baku.com/

Oxşar xəbərlər