Manşet
18-02-2022, 13:45
1 763
Frenk El Kapone-Füzuli Məmmədov yenidən peyda olur… - Abbas Abbasovun dostu yenidən siyasət meydanına atılmaq istəyir….
Rusiya Azərbaycanlıları İttifaqı deyilən qurum çoxdan dağılıb, ay Frenk
İllər öncə özünə Frenk El Kapone adı götürüb italyan xanımla evlənən Ordubadlı Füzuli Məmmədov Rusiyada özünə əməlli-başlı biznes şəbəkəsi qurmuşdu.
Hətta onun Rusiya və İtaliya vətəndaşı olduğu da bəlli idi.
Sonralar biznesini Rusiyadan Avropaya köçürmək istəyən vaxtlar səhv etmirəmsə, Moskva polisi onu küçədə avtomobilin arxasına uzadaraq qandalladı.
Adını da belə qoydular ki, narkotik tapılıb üstündən.
Nə isə…
Sonralar Füzuli Məmmədov Azərbaycanda deputat olmaq, hətta prezidentliyə namizəd olmaq eşqinə də düşmüşdü.
Yeri gəlmişkən, o zamanlar Füzuli Məmmədovun “ XXI əsr Azərbaycan” adlı siyasi partiyası da var idi. Və Füzuli Məmmədov partiyanın rayon şöbələrinin sədrlərinə ayda 400-500 dollar maaş verirdi.
Sonralar Füzuli Məmmədovun sorağı Avropa Azərbaycanlıları Konqresindən gəldi, daha sonra Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun sədri oldu.
Yəni açıq-aşkar hiss olunurdu ki, bu adam Azərbaycan siyasətində söz sahibi olmaq istəyir.
Əlbəttə, buna görə, ona irad bildirmək olmaz. Hər kəsin siyasətlə məşğul olmaq hüququ var.
Amma….
Əmması odur ki, Füzuli Məmmədov hesablaya bilmədi və sabiq baş nazirin 1-ci müavini Abbas Abbasovun əli ilə Rusiyada Milyarderlər İttifaqına qoşuldu…
Daha sonra radikal müxalifətə dəstək oldu. Və Azərbaycana yolu bağlandı.
Yeri gəlmişkən, populizmə çox meyl edən Füzuli Məmmədov bir vaxtlar Cocuq Mərcanlının bərpasına 3 milyon ayıracağını desə də sonradan bir səs çıxmadı.
Hətta onun Azərbaycandan qovulması barədə də fikirlər var.
Bu gün Füzuli Məmmədov çox yerdə özünü Rusiya Azərbaycanlıları İttifaqı adlı qurumun rəhbəri, hətta Rusiyadakı diasporanın lideri kimi təqdim etməyə çalışsa da, reallıqda belə bir qurum mövcud deyil.
Bir sözlə, Füzuli Məmmədov da Abbas Abbasov kimi siyasi tənəzzülünü yaşayır. /Gundelik-baku.com/