Ölkədə bacarıqlı suvaqçı, dülgər, qaynaqçı tapmaq olmur… - Bəs, Peşə Məktəbləri nə hazırlayır..?
18-02-2022, 16:50
7 293

Ölkədə bacarıqlı suvaqçı, dülgər, qaynaqçı tapmaq olmur… - Bəs, Peşə Məktəbləri nə hazırlayır..?

Nazir Emin Əmirullayevin  Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Valeh Mirzalıyevin əməllərindən xəbəri yoxdur..? 

Məlumdur ki, ölkədə  hamı alim, professor, hətta  ali təhsilli ola bilməz. 
Ona görə də inkişaf etmiş ölkələrdə  təhsilin ən önəmli   sahəsi  peşə təhsilidir  və kolleclərdir. 
Çünki cəmiyyətə   konkret olaraq  peşə ixtisası olan işçilər lazımdır. 
Bütün bunları nəzərə alan cənab Prezident İlham Əliyevin  2016-cı il 20 aprel tarixli fərmanı ilə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradıldı. Bu bir daha onu göstərir ki, ölkəmizdə peşə-ixtisas təhsilinə böyük  ehtiyac var  və  bu məsələ ölkə rəhbərliyinin ciddi nəzarətindədir. 
Bəs görəsən  bu sahəyə rəhbərlik edən təhsil naziri  Emin Əmirullayev  və Agentliyin rəhbəri  Valeh Mirzalıyev nə düşünür..?
Təkcə onu qeyd edə bilərik ki, Agentliyin  rəsmi  saytında //vet.edu.gov.az   1 saat dolaşsaq da qurumun direktorunun və müavinin kim olduğunu tapa bilmədik. 
İndi özünüz təsəvvür edin vəziyyəti…
Prezident ayrıca qurum yaradıb, özü də Dövlət Agentliyi, qurumun direktoru, müavini, xeyli sayda şöbəsi var. 
Hələ üstəlik, 
Balakən Peşə Məktəbi
Füzuli Peşə Məktəbi
Şəki Peşə Məktəbi
Ağdam Peşə Məktəbi
Ağcabədi Peşə Məktəbi
Ağdaş Peşə Məktəbi
Ağstafa Peşə Məktəbi
Beyləqan Peşə Məktəbi  və s 

Və  Agentliyin  xeyli sayda  Peşə Təhsil Mərkəzləri də var: 
Aran, Abşeron-Bakı, Quba-Xaçmaz, Dağlıq Şirvan, Şəki-Zaqatala, Gəncə-Qazax, Yuxarı Qarabağ, Kəlbəcər-Laçın, Lənkəran, Naxçıvan  Peşə Təhsil  Mərkəzləri…
İndi təsəvvür edin ki, dövlət  bu boyda qurumu, işçiləri saxlamağa  milyonlarla vəsait ayırır. 
Adlarını yuxarıda  qeyd etdiyimiz  peşə məktəblərində  siyahı üzrə  120  ixtisas  üzrə mütəxəssis  hazırlanmalıdır. Hamısını yaza  bilməsək də  bir neçəsini qeyd edək:
Kompüter ustası,  elektrik qaynaqçısı,  dayə,  zərgər, dülgər,  elektronika ustası,  motorist, dərzi, xalça  ustası,  kompüter operatoru,  santexnik, suvaqçı,  bərbər, bağban, avtomobil dəmirçisi, kompüter proqramçısı  və s… cəmi 120 ixtisas. 
Bu gün Azərbaycanda  ən defisit  olan məsələ  ixtisaslı fəhlələrdir. Çünki peşə məktəblərində rəhbərlərin başı  ixtisaslı fəhlə hazırlamağa deyil,  öz şəxsi maarqlarını təmin etməyə  qarışıb. 
 Təəssüf ki, bəzi peşə liseylərinin rəhbərləri dövlətin bu sahəyə qayğısını və ayırdığı  vəsaiti öz şəxsi maraqları üçün istifadə edir, hətta qanunsuzluqlara imza atmaqdan çəkinmir, bəzi hallarda cinayətə yol verirlər. 
Deməli, peşə məktəblərinə, litseylərə sürücü təlim avtomobilləri verilir. 
Direktorlar  məktəbin  balansında olan bu avtomobillərdən şəxsi  qazanc üçün istifadə edirlər. 
Hətta  həmin avtomobilllərə sürücü işə qəbul edərək  maaşlarını özləri alırlar. 
Məlumdur ki, peşə litseylərində 3-4 nəfər gözətçi  ştatı olur, onun biri işə çıxır, qalan 3-nün maaşını   direktor alır. 
Dövlət isə  ixtisaslı  fəhlə hazırlığına  milyonlarla vəsait ayırır. 
Peşə  litseylərinin direktorları hətta  tələbələrə verilən təqaüdə də  şərik çıxırlar. 
Əslində Agentliyin  əsasnaməsində göstərildiyi kimi peşə litseyləri   müəssisələrlə müqavilə əsasında tələbələri işə cəlb etməlidirlər. Bütün bunlar hamısı kağız üzərindədir. Amma ortada külli miqdarda pullar  dövr edir. 
Bütün bunlar azmış kimi  direktorlar  15-20 il  iş təcrübəsi olan istehsalat ustalarını,  müəllimləri işdən uzaqlaşdırıb, öz yaxınlarını,  qohumlarını işə götürürlər. 
Hətta ali təhsili  olmayan şəxslərə  nəzəri dərs  saatı  verirlər. 
Sözün qısası, ixtisaslı ustaların  hazırlanması ilə bağlı  Agentlik üzərinə düşən  işi yerinə yetirmir. 
Ona görə də  bu gün axtarsan da peşəkar suvaqçı, yaxud  qaynaqçı,  dülgər tapmaq olmur. 
Görəsən peşə təhsilində baş verən  bu qədər qanunsuzluqlardan cənab təhsil naziri Emin Əmirullayevin xəbəri yoxdur ?
Bəs  2021-ci ildə  nazirin  Peşə Təhsili üzrə Dövlət Agentliyinə  direktor təyin etdiyi dostu  Valeh Mirzalıyevin başı  nəyə qarışıb ? 
Mövzunu davam etdirəcəyik. 
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. /Gundelik-baku.com/

Oxşar xəbərlər