Manşet
19-02-2022, 11:44
9 781
Məmur DÖVLƏT-dən oğurladığı milyonlar hesabına tikdiyi obyekti DÖVLƏTƏ İCARƏYƏ verir… - Yaponiyanın ölkəmizdəki səfirliyinin binası hansı məmurun mülküdür ?
Bəzi məmurların korrupsiya və rüşvət yolu ilə dövlətin yüz milyonlarını talaması ölkədə adi hala çevirilib. Bu özü böyük cinayətdir.
İkincisi, məmur dövlətdən oğurladığı yüz milyonları şəxsi biznesinə yönəldir. Konstitusiyaya görə məmur bizneslə məşğul ola bilməz. Bu ikinci ağır cinayət əməlidir.
İndi isə bu yazıda bəzi məmurların daha dəhşətli bir cinayət əməlindən bəhs edəcəyik.
Belə ki, məmurun dövlətdən oğurladığı yüz milyonları biznesə yönəltməsi, bahalı mülklər alması, Avropa ölkələrində obyektlər alması barədə mətbuatda çox yazılıb.
Ancaq məmurun DÖVLƏT-dən oğurladığı milyonlar hesabına tikdiyi obyekti DÖVLƏTƏ İCARƏYƏ verməsi barədə mediada çox cüzi məlumat var. Hətta bir neçə il əvvəl bu məsələ mediaya çıxanda təcili olaraq mövzunu “bağladılar”.
Bəli, təsəvvür edin ki, DÖVLƏT məmuru öz şəxsi obyektini hansısa nazirliyə, məsələn səhiyyə nazirliyinin bir qurumuna icarəyə verir. Hətta konkret bilirik ki, dövlət məmuru öz obyektini Audit Departamentinə icarəyə verib.
Yaxud hansısa məmur öz mülkünü filan bölməyə icarəyə verir.
Bütün bunlar hamısı faktdır, sadəcə ad çəkmək istəmirik.
Həm də məmur öz obyektini DÖVLƏTƏ necə və neçəyə İCARƏYƏ verir?
Bəli, real icarə qiymətindən ən azı 4-5 dəfə baha ...
Bu mexanizm sizə aydın oldumu ?
Dövlətdən oğurladığı azdır, hələ bir oğurladığını dövlətin özünə baha qiymətə satır...
Bu dünyada analoqu olmayan bir haldır.
Sözün qısası, Gündəlik-Bakıya daxil olan məlumata görə, Yaponiyanın Azərbaycan Respublikasındakı səfirliyinin yerləşdiyi bina da, iri məmurlardan birinə məxsusdur.
Daha doğrusu, məmurlardan biri öz şəxsi mülkü olan binanı Yaponiya səfirliyinə icarəyə verib.
Həm də neçəyə ?
Ayda 30 min yevro qiymətə...
Qoy, müvafiq dövlət qurumları araşdırsınlar və tədbir görsünlər.
Bu mövzu ilə bağlı, yəni digər məmurların icarəyə verdiyi obyektlərlə bağlı mövzunu davam etdirəcəyik. Və əlimizdə ciddi faktlar var.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. /Gundelik-baku.com/