Qəbələnin icra başçısı Səbuhi Abdullayevin milyonluq mülkləri və biznes şəbəkələri…- O da HƏBS olunacaqmı ?
22-02-2022, 11:54
1 923

Qəbələnin icra başçısı Səbuhi Abdullayevin milyonluq mülkləri və biznes şəbəkələri…- O da HƏBS olunacaqmı ?

Keçmiş “pojarnı”  işçisi olan Səbuhi Abdullayev 12 ildir Qəbələni …”tikir”…

İcra başçısı türk  qəbristanlığını dağıdaraq yerində ticarət obyektləri inşa edib?…

İcra Başçısı Səbuhi Abdullayevin biznesini idarə edən Babayev qardaşları kimdir ? 


Neçə  ildir yazırıq ki, rayonların icra başçısı vəzifəsi  adi vəzifə deyil. Bu şəxslər  100-150  minlik rayona rəhbərlik edir. Və ən əsası icra başçılar rayonda Prezidentin bir başa nümayəndəsi, təmsilçisidir. 
Rayonun prokuroru Baş prokurorluğu, polis rəisi daxili işlər nazirliyini təmsil etdiyi kimi, icra başçısı da cənab Prezidenti təmsil edir. 
Bunu nə qədər yazmaq, nə qədər demək olar, cənablar. 
Təsəvvür edirsiniz, 12 ildir  Qəbələ  boyda rayonda cənab Prezident İlham Əliyevi təmsil edən icra başçısı  Səbuhi Abdullayevin tərcümeyi-halı ilə bağlı  2 saat  axtarış aparsaq da bir cümləyə rast gəlmədik. 
Prezidenti təmsil edən bu adam dünyaya gəlibmi, yoxsa yox..?
Dünyaya gəlibsə, neçənci ildə gəlib ? 
Hansı  ayda.....?  Onda hansı sezon olub? 
Bu adam məktəbə gedibmi? Oxuyubmu ? 
Allah qoymasa, “instruta”-zada gedibmi..? 
Orduda olubmu, yoxsa, “neqodnı knijkası”  var ? 
Harada işləyib, nə işləyib ? 
2 saatlıq axtarışdan sonra  bircə cümlə tapa bildik:
FHN sistemində çalışıb...
Həə, aydındır haradan gəlib Qəbələ kimi cənnət rayona sahib olub ? 
Bunları qoyaq  kənara. 
2 saatlıq  axtarış  zamanı cənab başçı Səbuhi Abdullayevin şəxsiyyəti ilə bağlı heç nə tapa bilməsək də onun neqativ əməlləri ilə bağlı az qala  100 səhifəlik  materiala  rast gəldik. Əlbəttə, onların hamısını yazmaq, şərh etmək mümkün deyil. 
Axtarış zamanı  bir dəhşətli  fakta rast gəldik. 
Konkret olaraq Qəbələ sakini öz ad-soyadı ilə yazır ki, Səbuhi Abdullayev  Qəbələnin  Vəndam qəsəbəsində, yol kənarında olan qəbirsanlıqda xalqın yüz il qoruyub saxladığı, türk şəhid əsgərlərinin qəbirlərini dağıdaraq ticarət obyektlərinin tikintisinə sərəncam verib. İcra başçısının törətdiyi bu vandalizimin bir millət iki dövlət dediyimiz Türk xalqına qarşı olunan bu təhqiri Qəbələ camaatı heç  vaxt  Səbuhi Abdullayevə bağışlamayacaq. Biz bu tipli məsələlərə müdaxilə etmirik. Rayonun Hüquq Mühafizə Orqanları var, özləri də görürlər.
Bundan böyük cinayət olarmı..? 
Bəs deyirdiniz  ancaq ermənilər qəbirləri dağıdır. 
Görəsən, icra başçısının  bu əməlinə görə, niyə ona söz deyən tapılmayıb ? 
Deməli, Səbuhi  Abdullayev  icra başçısı olan kimi vaxtilə FHN-də işləyən dostlarını yığıb doldurub şəhər icra hakimiyyətinə. Birini şəhər bələdiyyəsinə sədr qoyub...
Bəli, qoyub.
Bəli, icra hakimiyyəti, şəhər, qəsəbə bələdiyyələri hamısı keçmiş “pojarnı”  işçilərdir. 
Bir  xırda iş adamı deyir ki, rayonda abadlıq və tikinti işləri üzrə keçirilən tenderdə mən də iştirak etmək istəyirdim. İcra başçısı  bildirib ki, özümüzün şirkətlərimiz  var, başqasına ehtiyac yoxdur. İş adamı deyir ki, buna etiraz etdim və dedim ki, Prezidentə şikayət edəcəm, buna görə, sabah iki nəfər gəlib məni döydü. 
Həmin şəxs deyir ki, 102 ilə polisə zəng elədim, gəldilər akt tərtib elədilər  və sabah rəsmi olaraq məni günahkar çıxardılar. 
Həə,  gördünüzmü, Səbuhu Abdullayev kimdir, nəçidir..?
Heç orta əsrlərdə  kəndxudalar belə etmirdi...
İcra  başçısı öz bütün qaranlıq əməllərini Babayev qardaşları, onlara məxsus  şirkətlər  vasitəsilə həyata keçirir və milyonlar qazanır. 
Belə ki, şəhərin və rayonun abadlığı  üçün ayrılan dövlət vəsaitləri ancaq  bu qardaşların şirkətinə köçürülür, guya tender keçirirlər. Yəni bütün rayonlarda olduğu kimi. 
Əslində başçının  biznesini bu qardaşlar idarə edirlər və deyirlər ki, milyonları guya Rusiyadan başqa bir qardaşları göndərir. Ancaq Babayevlərin  fırlatdığı  milyonlar icra başçısına məxsusdur. 
Təsəvvür edirsiniz, icra başçısı  Heydər Əliyev prospektinin təmirinə, Zərifə Əliyeva adına parkın abadlaşdırılmasına ayrılan pulları da mənimsəyib. 
Kağız üzərində guya   “Qəbələ Palace” şadlıq sarayı Babayev qardaşlarına məxsusdur, ancaq  bütün sakinlər bilir ki,  bu obyekt icra başçısınındır. 
Hamı gözəl bilir ki, Qəbələ İnşaat Tikinti materiallarının satışı mərkəzi, rayonun müxtəlif yerlərində mağazalar, kirayə  verilən evlər, 100  hektarla müxtəlif təyinatlı torpaq  sahələri, Qəbələ Palace Şadlıq sarayı, Bizim Qəbələ restoranı  cənab Səbuhi Abdullayevin sərvətidir. 
Sözün qısası,  Səbuhi Abdullayev 12 ildir ki, cənnət Qəbələnin səsini çıxarır...
Amma o səsi eşidən yoxdur....
P.S Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. /Gundelik-baku.com/

Oxşar xəbərlər