Manaf Ağayevin Füzuliyə səfərinin BAİSKARI kim olub ? - “Tender kralı” Sənan Hüseynov kimdir ?
22-02-2022, 17:27
7 003

Manaf Ağayevin Füzuliyə səfərinin BAİSKARI kim olub ? - “Tender kralı” Sənan Hüseynov kimdir ?

Bir adam bu qədər tenderi necə uda bilər ?   

Biz  müğənni  Manaf Ağayevin  qanunsuz  yolla işğaldan azad edilən  Füzuli şəhərinə getdiyini və sonda həbs edildiyini  alqışlayanlardan, nə də pisləyənlərdən deyilik. 
Biz loru dildə deyirk ki, qanun varsa, onu pozmağa heç kimin, nəinki Manaf Ağayevin, heç  SSRİ xalq artisti  Zeynəb Xanlarovanın da  ixtiyarı yoxdur. 
İkincisi, Manaf Ağayevə qarşı heç bir antipatiyamız  olmasa da, düşünürük ki, bu insana  belə cəza vermək də optimal deyil. 
Üçüncüsü, cəmiyyət Manaf  Ağayevi  iddialı, özündən razı adam kimi deyil, daha çox  mülayim xarakterli bir insan kimi tanıyır. Bəs  görəsən, Manaf  Ağayevin ora səyahətinin  BAİSKARI  kim olub?
Səbəbkarı yox haa, məhz BAİSKARI...
Azərbaycan dilində BAİSKAR məhz mənfi mənada işlənir və deyirlər ki, Allah BAİSKARA lənət eləsin...
Amma Manaf Ağayev BAİSKARIN adını açıqlamır. 
Nə isə...mövzudan yayınmayaq...
İndi görək,  Manaf Ağayevi  Füzuliyə aparan  “AA” seriyalı avtomobilin sahibi kim imiş....
Yayılan məlumatlardan bəlli olur ki,  10-AA-307 dövlət qeydiyyat nişanlı bahalı avtomobil “MSDIS Holdıng” MMC-nin prezidenti Sənan Hüseynova məxsusdur. O, Manaf Ağayevin yaxın dostudur. 
Yəni  Sənan  Hüseynov  tanınmış  iş adamıdır. 
Qeyd edək ki, hadisə ilə bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb. DİN Mətbuat Xidmətinin rəisi polis polkovniki Ehsan Zahidov açıqlamasında həmin şəxsin icazə əsasında Füzuliyə getdiyini bildirib: "Həmin 10-AA-307 nömrəli maşının icazəsi olub. Ona görə də o həbs olunmayıb. O Füzuliyə qanuni gedib".
Yaxşı qanuni gedibsə....
Məsələ ilə bağlı  Yasamal Rayon Məhkəməsi qərar çıxarıb. Belə ki, hər iki şəxs icazələri olmadan işğaldan azad edilmiş ərazilərə səfər ediblər. 
Məhkəmənin qərarı ilə Manaf Ağayev və Sənan Hüseynov hər biri 15 sutka həbs olunub.
Yuxarıda qeyd etdik ki, cəmiyyət müğənni  Manaf Ağayevi az-çox tanıyır. 
Bəs Sənan Hüseynov  hansı əməllərin sahibidir ? 
Saytlardan birinin araşdırmasına görə,  Sənan Hüseynov  xeyli sayda  tenderin qalibi olub, obrazlı dildə desək, tender kralı olub. 
Belə ki, Sənan Hüseynovun rəhbəri olduğu “MSDIS Holdıng” Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət satınalmalarında ən çox qalib elan edilən təşkilatlardandır.
“MSDIS Holdıng” MMC əsasən “yolların əsaslı təmiri” lotu üzrə sifariş olunan dövlət satınalamaları üzrə qalib olur.
2021-ci ildə təşkilat sözügedən lot üzrə xeyli sayda tenderin qalibi olub.
“MSDIS Holdıng” MMC-nin ötən il qalib olduğu tenderlərin bir qisminin siyahısını təqdim edirik:
1. Xırdalan şəhərində abadlıq işləri 
1.362.482 AZN - 22.05.2021
2. Abşeron rayonu, Novxanı qəsəbəsi,
Bağlar ərazisində “Azərişıq” ASC-yə məxsus2 saylı Sumqayıt-Maştağa 35 kV-luq hava xəttininbir hissəsinin sökülərək kabel xətti ilə əvəz edilməsi işlərinin satın alınması 
116.489 AZN - 26.04.2021
3. Sumqayıt şəhərində “Karvan yolu” küçəsinin və Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun giriş hissəsinin asfaltlanması işləri 
277.715 AZN - 25.05.2021
4. Sumqayıt şəhərində küçə, yol, mikrorayon və məhəllələrin ərazilərindəki asfalt örtüyünün təmiri işlərinin satın alınması 
2.020.503 AZN - 01.06.2021
5. Zaqatala rayonunda yolların əsaslı təmiri 
542.113 AZN -  03.06.2021
6. Mehdi Hüseynzadə Sumqayıt şəhər stadionun ətraf hissəsinin abadlaşdırılması və yaşıllıq işlərinin satınalınması  
447.134 AZN - 08.08.2021
7. Siyəzən şəhəri üzrə avtomobil yollarının əsaslı təmiri işlərinin satın alınması 
442.448 AZN - 07.07.2021
8. Qəbələ rayonunda mənzil fonduna aid olan yaşayış binalarının əsaslı təmiri 
164.127 AZN - 14.07.2021
9. Sumqayıt şəhərində küçə və prospektlərə yol cizgilərinin çəkilməsi 
293.230 AZN - 26.07.2021
10. Sumqayıt şəhərində çoxmənzilli yaşayış binalarının fasadlarının və girişlərinin təmiri işləri 
1.037.999 AZN - 30.07.2021
11. Sumqayıt şəhərində yaşayış binalarının əsaslı təmiri 
787.700 AZN - 02.08.2021
12. Xırdalan şəhəri ərazisində İlham Cəfərov küçəsinin asfaltlanması 
130.127 AZN - 05.08.2021
13. Qəbələ rayonunda yolların təmiri
355.982 AZN - 11.08.2021
14. Abşeron rayonunda yolların təmiri 
164.995 AZN - 03.09.2021
15. Gədəbəy şəhərində şəhərdaxili küçə, meydan və parkların abadlaşdırılması 
693.320 AZN - 10.09.2021
16. Sumqayıt şəhər Corat qəsəbəsində H.Salayev, M.Əliyev, Kərbalayi Zöhrab küçələrinin asfalt-beton işləri üzrə təmiri 
61.642 AZN - 15.09.2021
17. Küçə işıqlarının təmiri işlərinin satın alınması 
137.521 AZN - 06.10.2021
18. Şəki şəhərində yolların asfalt-betonla əsaslı təmiri 
708.293 AZN - 18.10.2021
19. Qobustan şəhər küçələrində işıqlandırma sistemlərinin quraşdırılması 
278.851 AZN - 22.10.2021
20. Abşeron rayonunda yolların təmiri işlərinin satın alınması 
1.126.797 AZN - 22.10.2021
21. Mollamuhuma Eminov küçəsində dalan, Xalqlar Dostluğu küçəsində, Göyəm küçəsi, döngə 1-də yolların əsaslı təmiri 
55.861 AZN - 22.11.2021
22. Yolların təmiri işlərinin satın alınması  
59.917 AZN -  09.12.2021
İndi özünüz gördünüzmü,  Manaf Ağayevi işə salan, yəni BAİSKAR kim imiş. 
Bir adamın bu boyda tenderləri udması  heç bir əndazəyə sığmır. 
Yəqin ki, yaxın zamanda  Füzuliyə bu səfərin kimlər tərəfindən təşkil olunması, məqsədi bəlli olacaq. 
Bizi izləyin.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
P.S Manaf Ağayev mədəniyyət adamıdır, yaxşı dostdur, vətənpərvər insandır, haqsızlığa susmayandır, cəmiyyətin ona hörməti var, elinə, obasına, vətəninə, dövlətinə, millətinə, dostlarına vəfalıdır. Unutmamalıyıq ki, hər birimizin ziyarət etdiyimiz işğaldan xilas olmuş torpaqlarımızda Cənab Prezidentimizin böyük xidmətləri var. Hamımız bunu bilməliyik. 
P.S.S Manaf müəllim, gərək şeş-qoşa ilə konfliktə getməyəydin. /Gundelik-baku.com/
 

Oxşar xəbərlər