Rüfət Aslanlı kimdir: milyonçu, multimilyonçu, ultramilyonçu, yoxsa SENTAMİLYONÇU..? -O DA HƏBS OLUNA BİLƏR…
23-02-2022, 14:59
7 868

Rüfət Aslanlı kimdir: milyonçu, multimilyonçu, ultramilyonçu, yoxsa SENTAMİLYONÇU..? -O DA HƏBS OLUNA BİLƏR…

Banklari  “sağaltmaq”  adı ilə dövlətin 100 milyonlarını oğurlayan  bu şəxs niyə həbs olunmur..? 

Əsas mövzuya  keçməzdən öncə  oxuculara  gərəkli məlumat verək. 
Bizim insanlar üçün ən varlı adam deyəndə ilk olaraq MİLYONER sözü işlənir. 
Ancaq dünyada milyonçu, multimilyonçu, ultramilyonçu, sentamilyonçu və s kimi  anlayışılar var. 
Beynəlxalq nüfuzlu qurumlardan birinin açıqlqmasına görə,  Azərbaycanda 6 min milyonçu, 260 multimilyonçu, 100 ultramilyonçu və 11 sentamilyonçu yaşayır. 
Həmin qurum yazır ki, Azərbaycanda əvvəl  2-3  nəfərin şəxsi təyyarəsi olub, hazırda isə  15 nəfərin şəxsi  təyyarəsi var. 
Bu girişi yazmaqda məqsədimiz  cənab Rüfət Aslanlının sadəcə  milyoner olmadığını izah etməkdir. Yəni onun “razmer”ini  dəqiqləşdirmək...
Söhbət  Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının keçmiş sədri  Rüfət Aslanlıdan gedir. O Rüfət Aslanlı ki, anası erməni olan Əmirxan Aslanovun əmisi oğludur.
Bu adamın Gədəbəydə  dağın kəlləsindəki  villasının şəkilinə baxanda Fransa krallarının qəsrləri  yada düşür. 
Hələ Türkiyədəki 50 milyonluq sarayını, İstanbuldakı 25-30 milyonluq mənzillərini demirik. 
İndi özünüz düşünün, bu adam barəsində sadəcə, MİLYONÇU demək nə qədər gülməlidir. 
Bu adamın içdiyi şərabın qiyməti  10 min dollardır. 
Bu adamın Fransada şəxsi şərab zavodu və üzüm sahələri var. 
Bu cavan oğlan  qısa müddətdə  bu pulları necə qazana bilərdi ? 
Gəlin bu adamın  ömür yoluna nəzər salaq.
O, 1970-ci ildə Bakı şəhərində anadan olub və 1993-də “Narxoz”u bitirib. Bankda mühasib kimi çalışıb, sonra  Mərkəzi  Bankda VALYUTAYA NƏZARƏT şöbəsinin rəisi olub. 
Daha sonra Azərbaycan Republikası Mərkəzi Bankının İdarə Heyəti sədrinin müavini olub. 
2008-ci ilin noyabr ayında Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə sədr vəzifəsinə təyin edilib. 
2016-cı ildən  Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin Direktorlar Şurasının sədri təyin edilib. Və  az vaxtdan sonra uzaqlaşdırılıb. 
Gördünüzmü, bu adam əvvəldən sonadək dövlət qurumlarında çalışıb  və dövlətdən konkret maaş alıb. 
Bəs onda bu milyonlar, pardon...SENTAMİLYONLAR bu cavan oğlanda haradandır ? 
Bəli, yuxarıda qeyd etdik ki, ölkədəki VALYUTAYA nəzarət edib. 
Sonda isə Allah qoymasa müflis olan bankların sağlamlaşdırılması üçün dövlətin  ayırdığı 100 milyonları mənimsəyib. 
Bəli, guya Rüfət Aslanlı  Allah qoymasa  xəstə bankları  sağaldırdı. 
Sonra məlum oldu ki, bu adam 100 milyonları ölkədən çıxarıb. 
Daha sonra yazdılar ki, bu gün-sabah həbs olunur, ay istintaq-filan-zad...
Ancaq Rüfət Aslanlı  hazırda şəxsi təyyarəsi ilə Parisdən İstanbula, oradan Dubaya uçur...
İtirən isə, Azərbaycan xalqı və Azərbaycan dövlətidir. 
Növbəti yazıda  Rüfət Aslanlının  xanımının türk  iş adamına atdığı  milyonlardan və  Rüfətin qardaşı Fuad  Aslanovdan bəhs edəcəyik.
P.S Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Oxşar xəbərlər