Manşet
23-02-2022, 17:50
7 325
Ege hospitalda xəstələrin soyulmasına kim şərait yaradır ?- Qanunsuzluq edən EGE klinikasını kim HİMAYƏ edir ?
Bütün Azərbaycan EGE Hospitalını tanısın…
Dünyasını dəyişmiş xəstəni əməliyyat etmək istəyən EGE həkimləri…
Xəstə, həkim Xəyyam Eyvazovdan 495 manatını tələb edir…
Özəl klinikalarda, hospitallarda baş verən qanunsuzluqlar, insanlığa yaraşmayan əməllər barədə ölkə mediasında kifayət qədər yazılıb.
Belə hospitallardan biri də EGE Hospitaldır.
12 mərtəbəli korpusdan ibarət EGE Hospital öz reklamında vətəndaşlara yüksək keyfiyyətli tibbi xidmətdən, peşəkar həkimlərdən, müasir tibb texnologiyasından söhbət açır və təklif edir ki…
Düzgün müayinə və müalicə üçün ölkə xaricinə çıxmağa ehtiyac yoxdur. Ege Hospitala gəlin. Sağlamlığınız Sağlamlığımızdır!
Bütün bunlar hamısı boş sözdən başqa bir şey deyil. Əslində EGE Hospitalın özünü həkim hesab edən bəzi personalı heç BAYTAR-VETERİNAR olmağa layiq deyillər.
Şübhəniz varsa, buyurun tanış olun.
Bəh-bəhlə Türkiyədən EGE Hospitala dəvət olunan uzman doktor Aytekin Başarğan kimdir ?
Bütün Türkiyə mətbuatı yazır ki, bu xanım doktor Türkiyədə xəstənin zobunu kəsmək əvəzinə onun qida borusunu kəsib və xəstəni ömürlük şikəst edib.
Həə, budur, EGE Hospitalın müasir tibb personalı..?
Türkiyədə tibbi sahədən qovulanları EGE bəh-bəhlə Bakıya dəvət edir.
Xəstələr deyirlər ki, bunlar həkim deyil, sanki qəssablardır.
EGE Hospitalla bağlı 2-ci bir dəhşətli fakta nəzər salaq.
Deməli, xəstənin sahibi deyir ki, bütün Azərbaycan EGE Hospitalı və qatil həkim-kardioloq Ülvi Mirzoyevi tanımalıdır.
Belə ki, həkim Ülvi Mirzoyev artıq dünyasını dəyişmiş xəstənin sahibinə deyir ki, 10 min verin təcili əməliyyat keçirim. Xəstənin sahibi deyir ki, qoy, icazə ver, xəstəni görək, sonra…
Vəziyyətin qəliz olduğunu görən həkim Ülvi Mirzoyev qaçıb aradan çıxıb. Bəlli olub ki, həkim ölmüş şəxsi əməliyyat edib pul qazanmaq istəyirmiş.
EGE Hospital Qarabağ qazisindən 2900 manat alaraq onun amputasiya olunmuş ayağını müalicə etmək əvəzinə sağlam ayağını da yararsız edib, sağlam ayaq da qaralmağa başlayıb. Və Qarabağ qazisinə deyir ki, get kimə istəyirsən şikayət elə…
Baxın, özünü reklam edən EGE Hospital budur.
Əslində EGE Hospitalın əvvəlki adı “Grand Hospital” olub.
Sadəcə, insan ölümləri və digər neqativ məsələlərdə adı çox hallandığı üçün adını dəyişib EGE Hospital olub.
Ancaq ad dəyişməsində başqa səbəb də olub.
Belə ki, “Grand Hospital”ın dövlətə külli miqdarda vergi borcu olub. Vergidən yayınmaq üçün adını dəyişib EGE Hospital qoyub.
EGE Hospitalın sahibinin kimliyi barədə xeyli yazılıb. Müxtəlif yüksək vəzifəli şəxslərin adı hallandırılır.
EGE Hospital sənəd üzərində, yəni rəsmi olaraq Xızı rayonunun Giləzi qəsəbəsinin sakini Nizami Zəkiyevə məxsusdur. Nizami Zəkiyevin həmin hospitalda adi həkim olduğu deyilir.
Nizami Zəkiyevin qardaşı Nasim Zəkiyev isə Giləzi bələdiyyəsinin sədridir.
Ancaq Azərbaycan reallığını nəzərə alanda 4.5 milyon manatdan artıq nizamnamə kapitalı olan “Ege Hospital”ın arxasında hansısa böyük vəzifəli məmurun və yaxud oliqarxın dayandığı şübhə doğurmur.
Bəzi xəbərlərə görə, “EGE hospital” Xaçmaz “MERO”nun rəisi Quliyevə məxsusdur. Həmin MERO rəisi isə yetkililərdən birinin qohumudur.
İndi isə keçək EGE Hospitalla bağlı sonuncu şikayətçiyə.
Vətəndaş Gündəlik-Bakıya bildirib ki, həyat yoldaşımın səhhəti ilə əlaqədar EGE Hospitala müraciət etdik.
Ayağındakı şiş və halsızlıqla bağlı bizə həkim Eyvazov Xəyyamı məsləhət gördülər.
Həkim heç bir baxış keçirmədən MRT-yə və qan analizlərinə göndərdi. Bu iki tibbi prosesin qiyməti 400 manat elədi. Biz pulu ödədik. Sabah nəticəni öyrənmək istədik də bəlli oldu ki, sidik analizi də olmalıdır və əlavə 35 manat ödəməliyik. Onu da ödədik.
Yeri gəlmişkən, həkimin qəbuluna düşmək üçün də 60 manat pul ödəmişdik.
Deməli, ortada heç bir nəticə olmadığı halda biz 495 manat pul ödədik.
Səhəri günü analizin nəticələrini götürüb həkim Xəyyam Eyvazovun qəbuluna girdikdə, həkim analizlərə baxıb dedi ki, burada mənlik bir şey yoxdur, başqa həkimə müraciət edin.
Onda sual olunur ki, əgər SƏNLİK bir şey yoxdursa, niyə təqaüdçü xəstə 495 manat xərcləməli idi ?
İndi xəstə başqa həkimə müraciət etmək üçün yenidən 500-600 manatı haradan tapmalıdır..?
Xəstə 495 manatını geri tələb edəndə həkim Xəyyam Eyvazov deyib ki, pul geri qayıtmır, gedin hara istəyirsiniz şikayət edin…
Məsələnin aktuallığını nəzərə alaraq gündəmdə saxlayacağıq.
Bizi izləyin.
P.S Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. /Gundelik-baku.com/