Manşet
25-02-2022, 10:47
2 032
Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılov hara baxır ? - Sədr müavini Zakir Quliyev suyun hesabına milyonlara sahib olub…
Quliyevlər Sabirabadı özəlləşdiriblər…
Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini, əslən Sabirabaddan olan Zakir Quliyevdən və deputatlığa namizəd qardaşı Elçin Quliyevdən söhbət düşəndə bir məsələni vurğulamasaq olmaz.
Belə ki, atalar demişkən, “Kasıb xoşladığı şeyin adını Gümüş qoyan kimi”, indi hansı məmurdan söhbət düşürsə, o dəqiqə deyirlər ki, ZİYALI ailədəndir. Bunların çoxu bəlkə də heç ziyalı sözünün mənasını anlamır.
Nə isə lətifəsi hamıdan uzaq olsun...
Əlbəttə, hamının valideyni ziyalı ola bilməz, biri kəndli olar, biri fəhlə, o biri müəllim, biri sürücü və s.
Əbəs yerə demirlər ki, insan VALİDEYNİNİ və VƏTƏNİNİ seçə bilmir, doğulanda artıq onun vətəni və valideyni var.
Sözün qısası, mediada Zakir Quliyev və onun deputat olmaq istəyən qardaşı Elçin Quliyevin ziyalı ailədən olması söhbəti xeyli müzakirə olunub.
Hətta yazanlar var ki, bu qardaşların atası Bəybala kişi korrupsiyaya görə 15 il cəza almış, bunun 12 ilini həbsdə yatmış bir şəxsdir.
Yenə deyirik ki, heç kim həbsdən sığortalanmayıb, amma..
Əmması odur ki, hər şeyi öz adı ilə çağırmaq lazımdır.
Belə ki, bu ailəni tanıyanlar yazır ki, Bəybala Quliyev həbsdən çıxdıqdan sonra neçə ağır maddi durumda idi. Onun dəfnin məclislərini də “Biyan” Qədir təşkil eləmişdi və indiki Elçin Quliyev sonralar rayon vergi idarəsinin rəisi işləyərkən həmin biyan Qədiri ilişdirib müflis elətdirdi.
Allah Bəybala kişiyə rəhmət eləsin, amma yaxşılığa pisliklə cavab verən oğul necə ziyalı ola bilər..?
Nə isə bu məsələnin üzərində çox dayanmayaq, bunu tanıyanlar deyir, bəzi saytlar da yazır, bu bizim mövzumuz deyil.
Bəli, Zakir Quliyev 16 ildir ki, Meliorasiyada dövlətin ayırdığı milyonları təyinatı üzrə xərcləmir.
Bu adam hələ sədr müavini olmadığı vaxt uzun illər Kür Araz çaylarında Bəndlərin İstismar İdarəsinin müdiri olub və vəzifəsindən çıxıb ASC-yə müavin gələndə xalası oğlu Elman Nuriyevi öz yerinə təyin edib.
Bu adamdan soruşan olmayıb ki, bu vəzifə rəhmətlik qohumlarından qalmışdı?
ASC dövlət qurumudur e, tayfanızın şəxsi kantoru-zadı deyil.
Yeri gəlmişkən, Zakir Quliyev indi də xalası oğlu Elmana söz verib ki, səni Sabirabada icra başçısı qoyacam.
Gör milyonlar bunların başını necə xarab edibsə, az qala Prezidentin müstəsna səlahiyyətini də mənimsəmək istəyirlər...
Bəli, Zakir Quliyev suyun hesabına bütün qohum-əqrəbasını vəzifəyə doldurub.
Elman Nuriyev, Qoçu Nuriyev, Mahir Nuriyev, Saleh Nuriyev hamısı su satmaqla məşğuldur.
Zakir Quliyev dayısı Fazil Qasımovu pambıq zavoduna müdir, o biri dayısı Murtuza Qasımovu Cavad kənd bələdiyyəsinə sədr, qohumu Şamil Qasımovun oğlunu Sabirabad rayon polis idarəsində pasport qeydiyyatı idarəsinə rəis...eeeee...
Şamil Qasımovu isə artıq ikinci dəfədir ki, Sabirabad Şəhər Bələdiyyəsinin sədri olur.
Bir sözlə, bir ailə rayonu əlinə keçirib, sanki özününküləşdirib.
Bütün bunlar azmış kimi Zakir Quliyev Azərbaycan təbiətinə dağ çəkir.
Bəli, Zakir Quliyevin Sabirabad daş-qum-çınqıl karxanaları gecə-gündüz işləyir, bu adam təpələri sökür, dağların zirvələrini dağıdır, təbiəti məhv edir ki, milyonlar qazansın.
Ekologiya nazirliyi isə ağzına su alıb susur, demir ki, ay adam, təbiəti belə istismar etmək olmaz.
Vergilər nazirliyi də Zakirdən soruşmur ki, bu boyda daş-çınqıl-qum karxanalarından ayda nə qədər qazanırsan, dövlətə nə qədər vergi ödəyirsən ?
Zakir Quliyevin karxanalarında 6 nəfər işçi yüksək təzyiqlə yerin təkindən qum-çınqıl çıxaran borunun önündə yaranan burulğana düşüb faciə yaşayıblar.
Niyə bununla bağlı cinayət işi açılmadı..?
Kimsə bir toyuq oğurlasa, o dəqiqə barəsində cinayət işi açırsınız, bəs milyonları oğurlayanlara niyə söz demirsiniz..?
Görəsən, Cavad yolunun üstündəki ŞAMLIQ şadlıq sarayını, Çuxuryurddakı qoşa villaları, Sabirabadda, Cavadda, Bakıda evləri, obyektləri, rayondakı fermaları, qoyun sürülərini, balıq vətəgələrini və s Zakir Quliyev hansı pulla alıb..?
Biz hələ Zakir Quliyevin qohum-əqrəbasının Fətullah Gülənin dəstəsindən olması barədə çox yazılmış informasiyanı təkrarlamaq istəmirik.
Amma bir məsələ bizim üçün çox maraqlıdır.
Görəsən, adi şəxslərin gördüyü bu korrupsiya əməllərini ASC-nin yeni sədri Zaur Mikayılov görmür ?
Görmürsə, lap pis, deməli Prezidentin etimadını doğrultmur.
Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq. /Gundelik-baku.com/