Manşet
25-02-2022, 10:50
2 055
Vidadi Zeynalovla həbsdə olan Ceyhun Cəfərovun “Qlobal-aqro” şirkəti...- Şirkət Kürdəmirdə sahibkarları etiraz aksiaysına məcbur edir...
Deyəsən, Vidadi Zeynalov Kürdəxanıya qayıtmalı olacaq....
Ölkəni postneft dövrünə hazırlamaq, qeyri-neft sektorunu, aqrar sahəni inkişaf etdirmək üçün cənab Prezident İlham Əliyev aqroparkların yaradılmasını irəli sürüb və kifayət qədər dövlət vəsaiti ayrılıb.
Əslində Azərbaycan tarixən aqrar ölkə olub, ölkəmiz daha çox pamblğı, baraması, tütünü, çayı, meyvələri, tərəvəzi ilə məşhur olub.
Yəni aqroparkların yaradılmasının ciddi zəmini var. Amma...
Əmması odur ki, bəzi məmurlar cənab Prezidentin bu xoş təşəbbüsündən öz şəxsi maraqlarının ödənməsi, milyonlar mənimsəməsi üçün istifadə edirlər.
Belə məmurlardan biri də Kürdəmirin sabiq icra başçısı Ceyhun Cəfərov idi.
Qısa məlumat üçün qeyd edək ki, əvvəl Tərtərin, sonra Kürdəmirin icra başçısı olan Ceyhun Cəfərov Rabitə Nazirliyinin sabiq Aparat rəhbəri, bir müddət məhkum həyatı yaşayan Vidadi Zeynalovun qaynıdır.
Sözün qısası, indi haqqında bəhs edəcəyimiz “QLOBAL-Aqro” şirkəti Ceyhun Cəfərovla Vidadi Zeynalovun şərikli biznesi olub.
Ümumiyyətlə, Kürdəmir rayonunda 3-4 böyük aqropark yaradılıb.
Şilyan massivində 6150 hektar sahədə “SM Aqro” MMC tərəfindən aqropark yaradılır. Aqroparkda bu ilin payızında 1500 hektarda buğda, 500 hektarda arpa səpini aparılıb.
“Vüqar Fermer Təsərrüfatı” MMC tərəfindən isə Muradxan massivində 2500 hektar və “Azər Aqro” MMC Ərəbqubalı massivində 2800 hektar sahədə aqroparklar yaradılır.
Qeyd edək ki, Kürdəmirdə yeznə-qayına məxsus olan ilk aqropark rayonun Pirili massivində yaradılıb. “QLOBAL-Aqro” MMC-yə məxsus olan və 2 min hektar sahədə yaradılan aqroparkda dənli bitkilərin saxlanılması üçün 27 min tonluq anbar, smart dəyirman, habelə yağ və yem emalı zavodlarının, toxum emalı sexinin tikintisi nəzərdə tutulub.
Dəfələrlə mediada yazılıb ki, yeznə-qayının şirkəti sahibkarları ciddi etitaz aksiyalarına məcbur edir.
Belə ki, bu şirkət Kürdəmir rayonunda sahibkarlara məxsus torpaq sahələrini zəbt edir və hökumətin aqrar sektorun inkişafına ayırdığı vəsaitlər mənimsənilir.
Daha doğrusu, yeznə-qayının şirkəti təsərrüfat sahiblərinə təzyiqlər etməklə onların torpaq sahələrini əllərindən alırlar.
Hətta bu aqroparka bəzi müxalifət partiya sədrlərinin də şərik olduğu bildirilir.
Sözün qısası, həbsxana həyatı yaşayan Ceyhun Cəfərovla yeznəsi, həbsdən azan olan Vidadi Zeynalov köhnə əməllərini davam etdirirlər.
Məlumat üçün qeyd edək ki, Vidadi Zeynalovla qaynı Ceyhun Cəfərovun Çexiyanın Praqa və Borno şəhərlərində böyük otelçilik biznesi var.
Bundan başqa, Vidadi Zeynalovla Ceyhun Cəfərov Çexiyada məşhur istirahət mərkəzi Karlovıy Varyada torpaq sahəsi alaraq burada yan-yana dəbdəbəli iki villa tikdiriblər.
Nə isə bu qohumların Nabranda böyük torpaq sahələri, Nəsimi rayonu ərazisində onlarla mənzili, ticarət obyekti və daha nələr…
Bir sözlə, həbsdən azad olunan Vidadi Zeynalov köhnə əməllərindən qalmır.
Deyəsən, Vidadi Zeynalov yenidən Kürdəxanıya qayıtmaq istəyir, eee Vidadi Zeynalov deyirlər "zona" getməmək uğrunda böyük çabalar göstərirmişsən. Dedində, elədində. Amma Loğman səninlə bağlı maraqlanırmış. Maraqlı olmuşlarından bizə söhbət açmaq istəyir. Yaxşı olsa oxuculara da təqdim edərik.
P.S. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. /Gundelik-baku.com/