Manşet
25-02-2022, 10:52
2 094
“Access Bank” 150 manat “yetim pulu”na göz dikib… - Banklarla məhkəmələr şərik işləyir…
Access bankın ZAMİN oyunu…
Azərbaycanda mövcud bank sisteminin heç bir kriteriyaya uyğun gəlməməsi, bankların əslində vətəndaşları soyması barədə Gündəlik-Bakı olaraq neçə vaxtdır davamlı olaraq yazırıq.
Bəli, ölkəmizdəki bankların yüksək faiz dərəcələri, ümumiyətlə, kreditin verilməsi mexanizmi dünyanın heç bir yerində yoxdur.
Birincisi, vətəndaşa kredit verəndə 30 fazilə verirsən, amma vətəndaş banka əmanət kimi pul qoyanda 10-15 faiz divident ödəyirsən. Bu necə olur ?
Bu açıq-aşkar alıb-aldatmaq deyilmi ?
Dəfələrlə Milli Məclisin tribunasından açlq şəkildə deyilib ki, bu soyğunçuluqdur.
Belə banklardan biri də “Access Bank”dır.
Bəziləri bunu alman bankı-filan kimi təqdim etsələr də bu bankın hansısa oliqarx məmura məxsus olması daha inandırıcıdır, nəinki alman söhbəti.
Təsəvvür edirsiniz, media üzərindən apardığımız araşdırma zamanı bəlli oldu ki, bu bank müştəriyə 10 min yazıb 7 min verməyi, yəni 3 min “şapka” almağı təklif edir.
İndi özünüz deyin belə bir hal dünyanın harasında var ?
Hələ bu harasıdır..?
İndi isə keçək ZAMİN məsələsinə..
Ümumiyyətlə, bankdan kredit götürən şəxsə nə üçün 3-4 nəfər zamin durmalıdır ?
Qoy bank işçiləri əziyyət çəkib müştərinin layihəsinə, əmlakına nəzər salsınlar.
Deməli, zamin məsələsi ilə banklar vətəndaşları soymağın yeni yollarını düşünüblər.
Vətəndaş yazır ki, tanışıma az məbləğdə kredit götürəndə zamin durmuşam. Və kredit tam ödənilib. Sonta bankdan mənə zəng ediblər ki, həmin şəxsə daha böyük summada 2-ci kredit vermək istəyirik, zamin durursunuzmu...
Şikayətçi deyir ki, birmənalı olaraq etiraz etdim. Amma bank işçiləri dedi ki, gəlməsəniz də olar, sadəcə telefonla deyin...
Və bir neçə aydan sonra məlum olub ki, Access Bank bütün qalan məbləği məhkəmə vasitəsilə ZAMİN duran şəxsin üzərinə yönəldib.
Şikayətçi deyir ki, mən ikinci dəfə zamin durmamışam.
Yaxşı, bankları başa düşdük, bəs ƏDALƏT məhkəməsi niyə borcu zamin durmayan şəxsin üzərinə yükləyib ?
Ümumiyyətlə, son illərdə baş verənlərdən bəlli olur ki, banklarla məhkəmələr sanki şərik işləyirlər.
Başqa bir müştəri yazır ki, qızımın həyat yoldaşı Access Bankda kredit götürmüşdü, məbləğin çoxunu ödəyib.
Qəfil ölüm hadisəsindən sonra bank 3 körpə ilə dul qalan qadını evindən çıxardıb.
Qadın deyir ki, dövlətin verdiyi 150 manat “yetim pulu” ilə uşaqları dolandırıram. Bank isə məhkəmə vasitəsilə borcu “yetim puluna” yönəltmək istəyir.
Daha əlavə şərhə ehtiyac varmı ?
P.S Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. /Gundelik-baku.com/