Ağstafa Təhsil Şöbəsinin müdiri Mədəd Zeynalovun “təhsil biznesi”…. - Mədəd Zeynalov məktəb direktorlarını “aylığa” otuzdurub?…
18-02-2022, 13:17
103

Ağstafa Təhsil Şöbəsinin müdiri Mədəd Zeynalovun “təhsil biznesi”…. - Mədəd Zeynalov məktəb direktorlarını “aylığa” otuzdurub?…

Ağstafa Təhsil Şöbəsinin müdiri  Mədəd Zeynalovun  ət dükanı….

Mədəd  Zeynalov  Bakıda 150 min manata villanı  hansı pulla alıb ? 

Bəs  icra başçısı  Seymur Orucov və nazir Emin Əmrullayev hara baxır ? 



 Qısa  məlumat  üçün  qeyd edək ki, Ağstafa rayon Təhsil Şöbəsi Qazax rayonunun tərkibindən ayrılaraq müstəqil rayon kimi fəaliyyətə başlaması ilə əlaqədar 1990-cı ildə yaradılmışdır.
Hazırda təhsil şöbəsinin tabeliyində 39 ümumi təhsil müəssisəsi və 2 məktəbdənkənar tərbiyə müəssisəsi fəaliyyət göstərir.
Onu da qeyd edək ki, Təhsil şöbəsinin adı həmişə qalmaqllarda hallanıb. 
Belə ki, inanclı  müəllimə məktəbə  baş örtüyü ilə gəldiyi üçün onu az qala  linç  edəcəkdilər. 
Sonra Təhsil Şöbəsinin sabiq müdiri Kamran Abbasovun adı  dələduzluqda  hallanıb, hətta kimisə işə düzəltmək adı ilə külli miqdarda pul atıb. Və onu işdən azad edərək, Mədəd Zeynalovu   TŞ-nin müdiri  qoyublar. 
Bəli, Mədəd Zeynalovun  müavinləri, mühasibləri, məsələhətçiləri, Metodik Mərkəzi və üstəlik  39 məktəb direktoru  və s…yəni böyük strukturu var.  
Mediada yayılan məlumata görə, Mədəd  Zeynalov bu yaxınlarda Bakının mərkəzində dəyəri 150 min manat olan  ev-villa alıb. 
Təhsil şefinibn  bahalı  Mersedes  atomobili də var.
İndi görək, dövlətdən 600-700  manat maaş alan Mədəd Zeynalov  bu əmlakları hansı pulla əldə edib. 
Birincisi, ondan başlayaq ki, Mədəd Zeynalov 30 məktəbin və 2 məktəbdən kənar  tərbiyə müəssisəsinin direktorlarını məcburi “aylığa”  otuzdurub. 
Kim verməsə  təcili işdən azad edilməlidir. 
Görəsən,  rayonun icra başçısı  Seymur Orucov  Mədəd Zeynalovun bu əməllərini görmür ? 
Əlbəttə, görürür, amma göz yumur. Çünki  əl əli yuyar məsələsi…
Yeri gəlmişkən,  Təhsil Şöbəsinin müdirinin ət dükanı  gülməli, bəlkə də acınacaqlıdır. 
Təhsil hara, ət dükanı hara ? 
Bəli, ət dükanını Mədəd Zeynalovun dayısı işlədir, həm də  təhsil şefinə çatacaq pullar burada yığılır və sonra şefə çatır. 
Görəsən rayonun hüquq-mühafizə orqanları bu rüsvayçılığı görmür ? 
Mədəd  Zeynalov   nə qədər “ölü canlar”   saxlayır, nə qədər  adı olub özü olmayan müəllimlər, texniki işçilər var…
Bunlar hamısı pul deməkdir…
Biz də sadəlövcəsinə soruşuruq ki, Mədəd Zeynalov  villanı hansı pulla alıb..? 
Sonda təhsil naziri Emin Əmrullayevə də üz tuturuq ki, cənab nazir  icra başçısı  Seymur Orucov özünü görməzliyə  vurub, bəs siz niyə bu  boyda əməlləri görmürsünüz ? 
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. /Gundelik-baku.com/

Oxşar xəbərlər