3 gün öncə həbs olunan Məlikməmməd Qurbanovun keçmişi.... - Nə qədər gec deyil, 10 min manatı qaytar, Malik....
26-02-2022, 10:49
1 356

3 gün öncə həbs olunan Məlikməmməd Qurbanovun keçmişi.... - Nə qədər gec deyil, 10 min manatı qaytar, Malik....

Lenanın itinin abort olunması barədə  yazdıqlarımız  səhvdirsə, qoy Şükufə  xanım danışsın...

3  gün öncə  Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanovun həbs edilməsi barədə xəbər yayıldı. 
Sonra bəlli oldu ki, Bakı Hərbi Məhkəməsi  keçmiş idarə rəisinin barəsində 4 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi barədə qərar çıxarıb.
Medianın  sorğusuna cavab olaraq  Baş Prokurorluğun Mətbuat Xidməti  bildirib ki, Hərbi Prokurorluğun İstintaq idarəsi tərəfindən Məlikməmməd  Qurbanov barəsində Cinayət Məcəlləsinin 179.4-cü (Mənimsəmə və ya israf etmə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib. 
Məlumatda o da qeyd  olunur ki, Məlikməmməd Qurbanov hazırda hərbi xidmətdə deyil. O, 2019-cu ilin avqustunda yaşa görə ehtiyata buraxılıb.
İndi görək,  Məlikməmməd Qurbanov kimdir, nəçidir ? 
Gündəlik-Bakının özəl  araşdırması zamanı bəlli olub ki, həmişə Malik deyə çağırılan  Məlikməmməd Qurbanov  hələ Səfər Əbiyevin müdafiə naziri olduğu dönəmdə ordunun ərzaq və digər təchizat məsələlərinə məsul şəxs olub və  milyonlarla dövlət vəsaitini mənimsəyib. 
Sonra Səfər Əbiyevin dövründə vəzifəsindən uzaqlaşdırılıb. 
Zakir Həsənov müdafiə  naziri təyin olunandan sonra Məlikməmməd Qurbanovu  yenidən öz vəzifəsinə qaytarıb  və ona az qala  general səlahiyyəti verib. 
Məlumat üçün  onu da qeyd edək ki, əslən Lənkəran rayonundan olan  Məlikməmməd Qurbanov  separatçı  Əlikram Hümbətovun  ən yaxın adamlarından biri olub. 
Bəli, Məlikməmməd ikinci dəfə vəzifəyə qayıdanda daha acgözülüklə  dövlət pullarını mənimsəməyə  başlayıb. 
Yəni Məlikməmmədin ruslar demişkən, “ikinci nəfəsi”  açılıb.  Sonda isə yuxarıda dediyimiz kimi Məlikməmmədi  xalq nağıllarımızda olan kimi   quyuya  tulladılar. 
Bəli, əslində Məlikməmməd  kəndiri kəsilməli  adam idi. 
Çünki Məlikməmməd öz ailəvi dostuna  qarşı elə bir  addım atıb ki, bu gün də ağrı-acısı  candan çıxmır. 
Məlikməmmədə deyirik ki, nə qədər ki, səninlə bağlı şikayətçilərin sayı həndəsi silsilə ilə artmayıb, başının çarəsini qıl və….10 mini qaytar, özü də təcili…
Ay Malik, nə qədər ki,  Biləcəridə saxladığın  Lenanın itini aborta aparmağını manşetə çıxarmırıq, ağlını başına topla…
Yəqin bildin də, söhbət nədən gedir..
Camaat  uşağına dərman almağa pul tapmayanda, öz həyat yoldaşını həkimə apara bilməyəndə, sən Məlikməmməd  Lenanın itini  ginekoloq yanına aborta aparırdın…
Əgər səhv, yalan deyiriksə,  qoy Məlikməmmədin övrəti Şükufə  xanım  desin ki, yalandır. 
Onda Şükufə xanıma da  deməyə xeyli sözümüz olacaq. 
Amma  qapımıza xahişə-minnətə adam göndərmə, Maliko…
P.S. Bahalı restoranlar, bahalı hədiyyələr, bahalı mebellər, Şərizadədəki evlər, qızıl-briliyantlar, bağ evləri, mülklər, şubalar, bahalı torpaq sahələri və Kürdəxanı+11 illik həbs cəzası. Biz səndən fərqli olaraq, arxancan gülmürük, heç kimə heç nə demirik. Axı mən sizin hamınıza demişdim, "yaxşı işçinin sorağı yuxarılardan gələr". /Gundelik-baku.com/

Oxşar xəbərlər