Manşet
28-02-2022, 10:17
1 594
Səkinə Sadıqovanın “qaziləri” zəng edərək Gündəlik-Bakıdan üzr istədi… - Səkinə Sadıqova yaxın zamanda məhkəmə qarşısında cavab verəcək…
Səkinə Sadıqova qanunsuz əməllərinə görə həbs edilməlidir….
“Gündəlik-Bakı” qəzetinin Sumqayıt Şəhər Səhiyyə Şöbəsinin müdiri Səkinə Sadıqovanın qanunsuz əməlləri, tender maxinasiyaları, tabeçiliyində olan şəxslərə qarşı qanunsuz hərəkətləri, dövlət vəsaitini mənimsəməsi və s barədə silsilə araşdırma yazılarından sonra redaksiyamıza zəng edərək hədə-qorxu gələn, hətta redaksiyamıza “ordu yeridəcəyi” ilə təhdid edən və...özünü Qarabağ müharibəsinin qazisi kimi təqdim edən şəxs...bu gün qəzetin Baş redaktoruna öz səsini göndərərək üzr istəyib.
Əlbəttə, üzr istəmək özü barışıq və mədəniyyət deməkdir. Və biz də həmişə barışın tərəfdarı olmuşuq. Amma...
Əmması odur ki, hədə-qorxu və təhdidlə bağlı iş hazırda Binəqədi PRİ-nin 7-ci Polis Bölməsində araşdırılır. Və yəqin ki, nəticə ədalətli olacaq və Hüquq Mühafizə Orqanları üzr istəyənlərin cinayəti törətdiklərini bir daha təsdiq edən səs yazısını işə əlavə etməlidirlər. Bizi təhdid edən şəxslərin bizdən üzr istəməsilə bərabər başqa səs yazıları da var. Çox güman ki, istintaq materiallarına əlavə olunar.
Lakin biz Gündəlik-Bakı olaraq Səkinə Sadıqovanın əməllərindən yazmaqdan geri çəkilən deyilik.
Belə ki, biz bir media olaraq Səkinə Sadıqovanın Sumqayıt boyda şəhərin səhiyyə sistemində çalışan savadlı və ləyaqətli tibb işçilərini işdən qanunsuz qovması, onların yerinə nəyinsə müqabilində yeni işçilərin götürülməsi ilə barışa bilmərik.
Yeri gəlmişkən, Səkinə Sadıqovanın işdən qanunsuz olaraq çıxardığı xeyli sayda tibb işçisi məhkəmələrə müraciət edib. Və biz Gündəlik-Bakı olaraq həmin məhkəmə proseslərini sonadək işıqlandırmağa söz veririk. Bu bizim bir media olaraq vəzifə borcumuzdur.
Biz sözün düzü, Səkinə Sadıqovanın ruhi xəstə olması, ruhi dispanserdə bir neçə ay müalicə olunması, vaxtilə səhiyyə şöbəsində inspektor işləməsi barədə yazdıqlarımızı təkrarlamaq istəmirik.
Səkinə Sadıqovanın fala baxması, məmurların “dilini-ağzını” bağlaması, nə bilim kiməsə “qurd yağı sürtməsi” kimi rüsvayçı məsələləri yada salmaq istəmirik.
Bunlar artıq tirajlanmış məlumatlardır və yenidən bu məsələlərə qayıtmaq istəmirik.
Həm də kiminsə ruhi halı bizim üçün maraqlı deyil.
Bizim üçün maraqlı olan odur ki, Səkinə Sadıqova dövlət tərəfindən xəstəxanalara ayrılan dərman preparatlarını öz malı kimi apteklərdə satdırır və deyir ki, dövlət xəstələrə dərman vermir.
Səkinə Sadıqova təkcə dərman satdırmır, benzin, maşın yağı, avtomobil hissələri, təkər və s nə olsa satdırır, pulunu mənimsəyir.
Yəqin ki, oxucular düşünə bilər ki, səhiyyənin müdiri hara, benzin, “zapçast” alveri hara ?
Bəli, “Sumqayıt Təcili Tibbi Yardım”ının qarajı kimi böyük korrupsiya mərkəzi Səkinə Sadıqova üçün milyonlar deməkdir. (bunu biz demirik, Kamranın işdən cıxardığı Rafael kimi sürücülər deyir)
Bu boyda mərkəzin qarajının müdiri Kamran adlı şəxs gündə neçə dəfə Səkinə Sadiqovanın kabinetinə girib çıxır.
Bəli deyirlər ki, qaraj müdiri Kamran işə düzəlmək istəyənlərdən 10 min manat alıb Səkinə Sadıqovaya verir. Qaraja ayrılan benzini, yağı, avtomobil hissələrini satdırıb Səkinə Sadıqovaya çatdırır və özü də qazanır. (bunu biz demirik aaaa Səkinə Sadıqova orada işləyən sürücülər deyir)
Təcili yardım maşınları isə xəstələrə yardım dalınca gedəndə yollarda qalırlar. Səkinə Sadıqova deyir ki, qoy sürücülər özləri benzin, “zapçast” alsınlar.
Beləcə xəstələr təcili yardım gözləməkdə, Səkinə Sadıqova isə pul qazanmaqda davam edir.
Səkinə Sadıqova özünü elə biabırçı aparır ki, tabeçiliyində olan baş həkimlər onun intriqasından, şantajından qorxurlar. Məlumatlı şəxslər deyirlər ki, Səkinə Sadıqova şəhər ərazisindəki istənilən xəstəxanada pulunu alıb yerdəyişmə edir, istədiyini çıxardır, istədiyini qoyur. Etiraz edənə isə deyir ki, İcbari Tibbi Sığorta Agentliyindəki qrup rəhbəri Rəşad dalımda durub.
Deməli, Səkinə Sadıqova Sumqayıt şəhər şöbəsindəki bütün maxinasiyaları və kadr dəyişikliklərini Rəşadın əli ilə edir.
Yeri gəlmişkən, Səkinə Sadıqova ona tabe olmayan, yaxud işdən çıxara bilmədiyi baş həkimlərin xəstəxanasını şöbəyə çevirir.
Görəsən, Səkinə Sadıqovanın bu əməllərindən İcbari Tibbi Sığorta Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyevin xəbəri yoxdur ?
Zaur Əliyev öz işçisi Rəşadın əməllərinə niyə son qoymur?
Biz ötən sayımızda Səkinə Sadıqovanın tender maxinasiyalarından geniş bəhs etdiyimiz üçün bu mövzudan yan keçirik. Bəs görəsən Sumqayıt şəhər rəhbərliyi bu məsələlərə nə üçün biganə yanaşır.
Biz dövlət hesabına hər ay dərman alan bəzi xəstələrin Səkinə Sadıqovanın ümidinə qalmasından da bəhs etmirik...
Biz Səkinə Sadıqovanın təqaüd yaşı çatmış kadrların pulunu alıb vaxtını uzatmasından da bəhs etmirik...
Biz Səkinə Sadıqovanın “koronavirus pasportu” satmasını da yada salmaq istəmirik...
Biz Səkinə Sadıqovanın “Qaloş” ləqəbli hüquqşünası Oqtaydan, kadr üzrə müavini Sevincdən, bir sözlə, Sumqayıt səhiyyə şöbəsini zəbt etmiş dəstəsindən bəhs etmirik...
Biz Səkinə Sadıqovanın dövlətdən oğurladığı milyonlar hesabına “novostroyka”lardan bahalı mənzillər almasından bəhs etmirik...
Bizim istədiyimiz odur ki, Səkinə Sadıqova ədalət məhkəməsi qarşısında cavab versin və…layiq olduğu cəzanı alsın.
P.S. Səkinə Sadıqova 23 fevralda bir yas məclisində üz-üzə gəldik. Sənə yaraşarmı ki, bizi pulla almaq və kiməsə pul verib üstümüzə göndərmək, pulun müqabilində bizi susdurmaq. Bütün etdiyin hərəkətlər haqqında, pulu kimlərə verməyin haqqında, ünvan göndərdiyin rüşvəti qəbul etmədiyi halda, kimlərdən alınıb geriyə yəni sənə qaytarılmağı haqda bütün səs yazıları, bütün telefon danışıqları qeydə alınaraq lazım olan təşkilata təqdim olunacaq və rüşvət verib üstümüzə göndərdiyin hər bir şəxs sənin üzünə duracaq. Sənə sübut olunacaq ki, jurnalisti rüşvət müqabilində susdurmaq olmaz. Qarşı tərəf olaraq rəyini bildirməli idin. Sən artıq bütün körpüləri yandırmısan. /Gundelik-baku.com/