Goranboy RİH-in BOZ KARDİNAL müavini Rafət Qurbanovun əməlləri…- Rafət Qurbanov fermerin torpaq sahəsini zəbt edib….
28-02-2022, 18:08
7 492

Goranboy RİH-in BOZ KARDİNAL müavini Rafət Qurbanovun əməlləri…- Rafət Qurbanov fermerin torpaq sahəsini zəbt edib….

QULİYEV  Nizaməddin gedir, QULİYEV Məhərrəm gəlir, ancaq Goranboy düzəlmir…

Qarabağ  qazisi  Goranboyda  QAMIŞ  daxmada yaşayır…


Goranboy Rayon İcra Hakimiyyətinin  sabiq  başçısı  Nizaməddin Quliyevin həbsindən sonra Məhərrəm Quliyevin rayona rəhbər təyin olunması  vətəndaşlarda ümid yaratdı ki, vəziyyət  müsbətə doğru dəyişəcək. 
Amma  təəssüf ki, belə olmadı. 
Nizaməddin Quliyevin  vaxtında   vəzifəsindən azad edilən Rafət  Qurbanov  10 aydan sonra  Məhərrəm Quliyev tərəfindən vəzifəsinə bərpa olundu. 
Biz Gündəlik-Bakı olaraq nə Nizaməddin Quliyevin, nə də Məhərrəm Quliyevin qərarlarını  doğru-yalan olduğunu təftiş etmirik. Amma…
Əmması odur ki, Rafət  Misir oğlu Qurbanov haqlı olaraq vəzifəsindən azad edilmişdisə, Məhərrəm Quliyevin onu yenidən köhnə vəzifəsinə bərpa  etməsi  nə maraq daşıyırdı...? 
Nə isə,  Rafət Qurbanov  10 aydan sonra yenidən köhnə vəzifəsinə, yəni başçının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri postuna təyin edildi. Hətta …
Bəli, Rafət Qurbanov  hətta  medal da aldı. 
İndi görək, yenidən vəzifəsinə qayıdan, hətta medal alan Rafət  Qurbanov haqqında  Goranboy  camaatı  nə deyir..? 
Vətəndaş ölkə başçısı İlham Əliyev və I Vitse-Prezident Mehriban xanım Əliyevaya üz tutaraq yerli icra orqanındakı məsul şəxslərin vəzifəsindən sui-istifadə hallarından dad edərək, İMDAD DİLƏYİR. Vətəndaş deyir ki, 15 ildir  otlaq sahəsi kimi istifadə etdiyim ərazini  Rafət Qurbanov zəbt edib. 
Fermer deyir ki, 15 ildir  heyvandarlıqla məşğulam, 15 ildir  örüş yeri kimi torpağı icarəyə götürmüşəm, amma…
Təsəvvür edirsiniz, fermerin  haqlı olması ilə bağlı məhkəmə qərarı var, amma icra başçısının müavini Rafət Qurbanov  məhkəmə qərarını  boş kağız hesab edir. 
Bu adama başa  salan yoxdur ki, məhkəmə dövlətin  adından qərar  verib, sən kimsən onu icra etməyəsən..? 
Hətta Rafət Qurbanov  qarşı tərəfə hədə-qorxu gəlir…
Fermer bildirir ki, bacısı oğlunun ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə aktiv iştirak edib, qəhrəmancasına şəhid olmasına belə qiymət verməyən Goranboy Rayon İcra Başçısı Məhərrəm Quliyev, vətəndaşa “mənim üçün “Qarabağ” maraqlı deyil. Əgər siz bu torpaq sahəsini tərk etməsəniz, başınıza min bir müsibət gətirəcəm. Bununla bağlı şikayətinizi də hara istəyirsiz, kimə istəyirsiz edə bilərsiz.
Başqa bir şikayət ərizəsində  Qarabağ qazisi  QAMIŞ DAXMADA  yaşamasından  gileylənir. 
Və Qarabağ qazisi  göz yaşları içində icra hakimiyyəti tərəfindən  get-gələ salındığını deyir: “Gəlin, bizim yaşamağımıza baxın, gör nə gündə yaşayırıq. Bu, yaşamaq deyil. İcra başçısına yaxınlaşmışam, deyir get sabah gələrsən, birisi gün gələrsən”. 
Sözün qısası,  Goranboyda  vəziyyət  dözülməz həddə çatıb. 
Rafət Qurbanov kimi məmurlar   vətəndaşları  deyil, öz şəxsi  maarqlarını güdürlər. 
Axı,  cənab Prezident deyir ki, biz  xalqın  xidmətçiləriyik…
Siz nə düşünürsünüz,  cənab Məhərrəm Quliyev, cənab Rafət Qurbanov…??
P.S Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. /Gundelik-baku.com/

Oxşar xəbərlər