Məmurların klinika biznesi....- “Həyat” klinikası kimə məxsusdur ?
1-03-2022, 13:46
1 575

Məmurların klinika biznesi....- “Həyat” klinikası kimə məxsusdur ?

Alman dəqiqliyindən, dürüstlüyündən danışan  Elçin Sultanov qohumu Eyvaz kişiyə necə aldadıb?

 

Azərbaycan məmurları  o dərəcədə  harınlayıblar ki, hətta millətin sağlamlığı,  səhhəti  üzərində də biznes qururlar. 
Bəli,  açılan apteklərin, özəl xəstəxanaların, klinikaların çoxu  məmurlara məxsusdur. 
Birincisi, məmur bizneslə məşğul ola bilməz. 
“Sahibkarlıq fəaliyyəti haqqında” qanunda belə deyilir. Lakin bəzi istisnalarla. Qanuna görə, dövlət məmurları, Milli Məclisin deputatları və digər bu qəbildən olan şəxslərə sahibkarlıq fəaliyyəti qadağandır.
İkincisi, axı, insan  az-çox başı çıxdığı sahə ilə məşğul olmalıdır. 
Tibbi sahə ilə, ümumiyyətlə, anlayışı olmayan məmur necə klinika aça bilər ? 
Sözün düzü,  ölkəmizdə səhiyyə sistemi bərbad durumadadır. 
Düzdür, məmurlar  öz  fəaliyyətlərini rəsmi şəkildə həyata keçirmirlər, özlərinə yaxın şəxslərin adlarına rəsmiləşdirirlər.
Bu gün dünyada ən gəlirli biznes  sahələrdindən biri də  özəl klinikalardır. 
Məsələn, Bakının iki böyük tibb mərkəzinin – “German Hospital”ın və “Astoriya Tibb Mərkəzi”nin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti, Prezident Adminstrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevə məxsus olduğu deyilir. Hər iki klinikanı AMEA rəhbərinin kürəkəni, Milli Məclisin sabiq deputatı İlham Əliyev idarə edir. 
Paytaxtın Xətai rayonunda yerləşən “Medikal Hospital”ın başqa bir vəzifəli şəxsə məxsus olduğuna dair məlumatlar var. Klinikanı vəzifəli şəxsin qohumları idarə edir. 
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin sabiq rəisi Arif Qaraşov paytaxtın Nəsimi rayonunda yerləşən “Medical Plaza”nın faktiki sahibidir. Belə ki, klinikanın qanuni təmsilçisi onun həyat yoldaşı  Qaraşova Rəmziyə Sahib qızıdır. 
“Real” Tibb Mərkəzi isə Xətai rayon İcra Hakimiyyətinin sabiq başçısı Razim Məmmədova məxsusdur. Hazırda bu klinikanın direktoru onun qızıdır. 
Sözün qısası bu siyahını kifayət qədər uzatmaq olar. 
Belə  özəl klinikalardan biri də HƏYAT klinikasıdır. 
Klinikanın Baş direktoru Elçin  Sultanovdur. 
Qısa məlumat üçün bildirək ki, Vertebrologiya – HAYAT Clinic tibb mərkəzində əsas istiqamətlərdən biridir  və onurğa  xəstəlikləri ilə bağlı  sahədir. 
Bu klinika  öz reklamında yazır ki, bizim fəaliyyətimiz özəl tibb sahəsində yeni düşüncə tərzini formalaşdırmaqdır. 
YENİ DÜŞÜNCƏ…
Görək, doktor  Elçin Sultanov doğrudanmı, cəmiyyətimizə  YENİ DÜŞÜNCƏ gətirmək istəyir…
Öncə onu qeyd edək ki, Elçin Sultanovun atası vaxtilə Almaniyada hərbçi kimi xidmətdə olub və Elçin Almaniyada doğulub. 
Bundan istifadə  edən Elçin doktor hər yerdə alman dəqiqliyindən, dürüstlüyündən söhbət açır. Amma…
İndi görək, alman dəqiqliyindən, dürüstlüyündən  danışan  Elçin  Sultanov  öz qohumu  Eyvaz kişini necə aldadıb? 
Belə ki, Nərimanov ərazisində Eyvaz kişiyə məxsus olan mağaza Elçin Sultanovun adına olub. Və Elçin Sultanov qohumuna  məxsus  mağazanı sataraq özünə klinika alıb. Sonra işləri düz gətirmədiyi üçün həmin klinikanın başını buraxıb. Amma həmin dövrdə alınan borclar məcburi köçkünlərin yaddaşlarından silinməyib. Hətta bu mübahisə dəfələrlə "şüşəli mağaza"nın içərisində əlbəyaxa döyüş səhnəsinə çatsada belə sonda tərəflər gözləməyə üstünlük verib. Sonradan necə olubsa Elçin Sultanov hörmətli şəxslərdən birinin etimadını qazana bilib. Bu etimad onu Həyat klinikasının Baş direktoru vəzifəsinə ucaldıb. Həmin hörmətli şəxsin adından Elçin Sultanov hər yerdə istifadə edərək camaatı aldada-aldada gedir. Borclu olan şəxslər artıq səbr kasalarının dolduğunu bildirir, yaxın zamanlarda Elçin Sultanovdan Hüquq Mühafizə Orqanlarına şikayət edəcəklərini gizlətmirlər. Elçin Sultanov isə bu günədək borcları qaytarmır. 
Elçin Sultanovun  digər əməlləri barədə növbəti yazıda bəhs edəcəyik. 
Bizi izləyin.
P.S Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. /Gundelik-baku.com/

Oxşar xəbərlər