Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin rəisi Anar Axundov kimdir ?...
1-03-2022, 14:55
1 745

Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin rəisi Anar Axundov kimdir ?...

Və onun qohumlarının  tenderdə  iştirakı ….

Bəs nazir Emin Əmrullayev  hara baxır ? 


Məlumdur ki,  Azərbaycanda  5000-ə yaxın orta məktəb var. Və bu məktəblərin  təmiri, tikintisi ilə  Təhsil Nazirliyinin  Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi məşğul olur.
Və  bu idarənin  rəisi  Anar  Axundovdur. 
Məlum olduğu kimi sözügedən qurum ölkə ərazisində fəaliyyətdə olan təhsil müəssisələrinin təmir tikintisindən tutmuş, digər bir çox təchizat işlərini də həyata keçirir.
Qurum bu məqsədlə  müxtəlif şirkətlər arasında  TENDER keçirir. 
Həə, əsas məsələ bu tenderin keçirilməsi  və şirkətlərə köçürülən pulların “otkat”ıdır...
Qısa məlumat üçün bildirək ki, cənab Prezident İlham Əliyev “Satınalmalar  haqqında Qanunda”  dəyişik edilməsi barədə 27 may 2021-ci il-il tarixdə Sərəncam imzaladı. Qeyd edək ki, Qanunda olunan dəyişikliklər dövlət satınalmalarında şəffaflığın və səmərəliliyin, o cümlədən satınalma metodunun aydınlıq və aşkarlıq şəraitində aparılmasını təmin etmək məqsədi ilə aparılıb. Bu dəyişiklik həm də dövlət satınalma proseslərində iştirak haqlarının və digər xərclərin əhəmiyyətli şəkildə azaldılmasına, sahibkarlara iştirak üçün geniş imkanların yaradılmasına xidmət etmək üçün aparılıb.
Sözün qısası,  tenderlər  elə keçirilir ki, dövlətin ayırdığı vəsait  dəfələrlə şişirdilir. Prezident məhz bunun qarşısını alamq üçün qanunda dəyişiklik etmişdi. 
Amma  Anar Axundov üçün  əsas qanun və dövlətin marağı deyil,  cibidir. 
Bu qurum  son 1 ildə respublika üzrə bir sıra təhsil müəssisələrinin əsaslı təmiri işləri və bir sıra orta məktəbin tikintisinin layihə-smeta sənədlərinin hazırlanması üzrə 17 açıq tender elanı yerləşdirib. Dəyəri 3 milyon ABŞ dollarının ekvivalentindən çox olan açıq tenderlərdə isə sözügedən qurum noutbukların satınalınması, Respublika üzrə bir sıra təhsil müəssisələrinin əsaslı təmiri işlərinin satın alınması, digər malların alınması xərc maddəsi üzrə malların satın alınması, dəftərxana və təsərrüfat mallarının satınalınması, yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin satınalınması üzrə isə tender keçirilib. 
Ən maraqlısı odur ki,  bu qurum  modul tipli təhsil müəssisələrinin quraşdırlıması  üçün   tenderi keçirməyi ilə bağlı elan vermir. 
Nə üçün bu barədə hətta rəsmi qəzetlərdə məlumat yoxdur ? 
Hansı  şirkətlər qalibdir və nə qədər vəsait ayrılıb ? 
10 milyon dövlət vəsaiti necə bölünüb..? 
Bir sözlə, Anar Axundovun müdir olduğu qurum sanki korrupsiya yuvasıdır.
Respublika ərazisində modul tipli təhsil müəssisələrinin quraşdırılması işlərində iştirak etmək istəyən sahibkarın verdiyi məlumata görə Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsində qanunsuzluq, vəzifədən sui-istifadə halları baş alıb gedir. Onun sözlərinə görə, Nazirliyin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsində keçirilən satınalmalarda yeni, korrupsiyaya yol açan amillər baş alıb gedir. Yəni satınalma (tender) proseduru başlamamış artıq bütün işlər idarənin rəisi Anar Axundovun və rəis mavini Fərhan Əliyevin qohumlarının adlarına təsis edilmiş müəssisələr tərəfindən icra edilir.
Sözün qısası,  dövlətin ayırdığı milyonları  Anar Axundov və  qohumları mənimsəyir. 
Bəs görəsən, təhsil naziri Emin Əmrullayev hara baxır ? 
Bu barədə növbəti yazıda.
P.S Yazıda adları çəkilən hər bir şəxsin mövqeyini dərc etməyə hazırıq. /Gundelik-baku.com/

Oxşar xəbərlər