“Notariat haqqında” Qanun Ramiz Hümmətova aid deyil? - 31 saylı notariat kontorunun müdiri Ramiz Hümmətovun biznes şəbəkəsi…
2-03-2022, 17:17
7 546

“Notariat haqqında” Qanun Ramiz Hümmətova aid deyil? - 31 saylı notariat kontorunun müdiri Ramiz Hümmətovun biznes şəbəkəsi…

“Notariat haqqında”  Qanun  Ramiz Hümmətova aid deyil?
 
31 saylı  notariat  kontorunun müdiri  Ramiz Hümmətovun biznes şəbəkəsi…
 
Son 10-15 ildə  ölkəmizdə kifayət qədər mükəmməl qanunlar qəbul olunub.
Təəssüf ki, həmin qanunların çoxu kağız üzərində mövcuddur, yəni bəzi qanunlar işləmir.
Belə xeyli sayda qanun saya bilərik.
Belə gözəl  və mükəmməl qanunlardan biri də, “Notariat haqqında” Azərbaycan Respublikası Qanunudur.
Qanunun  7-1-ci maddəsində xüsusi notariusların sahibkarlıq fəaliyyəti ilə məşğul olması və siyasi partiyada fəaliyyəti  qadağandır.
Əgər  belə bir hal olarsa, xüsusi notarius  vəzifəsindən uzaqlaşdırılır.
İndi görək, bu qanun ölkəmizdə işləyirmi ?
Əlbəttə, bu qanun da  digər qanunlar kimi kağız üzərində qalıb.
Əgər belə olmasaydı  Binədə yerləşən 31 saylı notariat kontorunun rəhbəri Hümmətov Ramiz Kamran oğlu sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməzdi.
Bu adamın  özünə məxsus  “R-Petrol” adlı yanacaqdoldurma məntəqəsini, Xırdalan şəhərində vaxtilə dövlət notariusu işlədiyi dönəmdə yığdığı pullar hesabına xüsusi notarius keçməsi ilə əlaqədar kontor kimi inşa etdirdiyi, fəaliyyətini Xırdalandan Binəyə köçürəndən sonra isə icarəyə verdiyi ofis binasını, Xırdalandakı başqa obyektləri, Abşeron rayonunun Məmmədli qəsəbəsində (Məhəmmədi kəndində) tikdirib ayrı-ayrı şəxslərə satdığı 50-yədək fərdi yaşayış evlərini, Abşeronun Badamlıq yaşayış massivindəki evlərini və daha nələri yazaq….
Görəsən, bütün bunlar  sahibkarlıq fəaliyyəti deyil..?
Nə olsun ki, Ramiz Hümmətov  həmin obyektlərin çoxunu yaxın qohumlarının adına  sənədləşdirib.
Bəli,  Ramiz Hümmətov  Məmmədli qəsəbəsində qeyri-qanuni yolla əldə etdiyi geniş torpaq sahəsində saldığı fərdi yaşayış evləri kompleksini qəsəbədə icra nümayəndəsinin müavini vəzifəsində işləyən qardaşı oğlu İlkin Hümmətovun adına rəsmiləşdirib.
Hələ bunlar harasıdır ?
Ramiz Hümmətovun elə əməlləri var ki, oxuyanda adam dəhşətə gəlir.
Bu adam  vətəndaşın adına olan qanuni avtomobili  onun razılığı və imzası olmadan  başqasına satıb. Bu əsl möcüzədir.
Bəli, bu saxtakarlıq əməli  31 saylı notariat kontorunun rəhbəri  Ramiz  Hümmətovun əli ilə həyata keçirilib. Və 31  saylı notariusda  avtomobilin alqı-satqısı baş tutub.
İndi gördünüzmü, Ramiz  Hümmətov kimilər üçün Azərbaycan qanunları nədir?
Qalanı isə başqa bir yazının mövzusudur.
P.S Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. /Gundelik-baku.com/

Oxşar xəbərlər