Sumqayıt ŞİH-i başçısının müavini Fəzailin neçə bacanağı, neçə baldızı, neçə qudası var..? - Fəzail Hüseynov ona qarşı olan bütün təhqirləri boynuna verir...
4-03-2022, 10:33
1 404

Sumqayıt ŞİH-i başçısının müavini Fəzailin neçə bacanağı, neçə baldızı, neçə qudası var..? - Fəzail Hüseynov ona qarşı olan bütün təhqirləri boynuna verir...

Vaxtilə  Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini olmuş - Memarlıq və tikinti şöbəsinin müdiri Fəzail Hüseynov  qəfil vəzifəsindən azad edildi. İlk öncə xəbər yayıldı ki, Fəzail Hüseynov gecə barlarının birində paltarı bütöv əynindən çıxmış vəziyyətdə Kolaveçkina soyadlı bir xanımla qol boyun vəziyyətdə həyətə çıxarkən kameralara tuş gəlib. Sonradan bu xəbərin yalan olduğu məlum oldu. Bir müddət sonra, Fəzail Hüseynov qumar oynayarkən külli miqdarda pulla yanaşı beton zavodunu da uduzduğunu bildirdilər. Bu məlumatın da düzgünlüyü təsdiq olunmadı. Sonra saytlar yazdı ki, Fəzail Hüseynov öz katibəsi ilə kağız üzərində hansısa rəsm əsərinə baxarkən dalaşıblar və katibə Fəzail Hüseynovun yumşaq sifətinə cırmaq atıb. Bu məsələ də inkar olundu. Sonradan onu da bildirdilər ki, Fəzail Hüseynov Qəddafinin sonuncu xarici səfəri zamanı istifadə etdiyi qızıl unitazı ucuz qiymətə almış imiş. Saytlar bu məlumatı da tirajladıqdan sonra yenə də təkzib etdilər. Hətta bir məlumat da saytlarda yazılmışdır ki, Fəzail Hüseynovun ikinci həyat yoldaşı, Simuzər xanım iş yerinə gələrək Fəzaili orada möhkəmdən döyüb. Sonradan bu məlumat da təkzib olundu. Düzü biz bu məlumatların heç birinə inanmırdıq, Fəzail Hüseynovu elə-belə tanıyırıq. Belə ki, Sumqayıt ictimaiyyəti arasında heç bir nüfuzu olmayan, öz mənafeyini hər şeydən üstün tutan, hər addımda öz xeyrini güdən, keçmiş müxalifətçi kimi. 
Amma sonradan məlum olub ki, o vaxt medianın yazdığına görə, Fəzail Hüseynov  uzun müddət Sumqayıtda tikinti və inşaat işlərinə “xozeyn”lik edib, onun razılığı olmadan Sumqayıtda daşı daş üstdə qoymaq mümkün olmayıb. Fəzail Hüseynov hətta qanuni-sənədli mülk sahiblərinin obyektlərini ələ keçirmək üçün təzyiqlərə, təhdidlərə əl atıb, hətta lazım gələndə ən iyrənc yollara  əl atıb və  vətəndaşa  məxsus  obyektləri ələ keçirib. 
Bunlardan əlavə Fəzail Hüseynov Sumqayıt şəhərində iş adamlarına, sahibkarlara ciddi problemlər yaradıb, onları müflis vəziyyətinə qoyub.
Bütün bunların nəticəsi olaraq  Fəzail Hüseynov  Memarlıq və tikinti şöbəsinin müdiri vəzifəsindən azad edildi, ancaq  bir neçə gün sonra yenidən başçının müavini oldu. Amma...
Əmması odur ki, bu dəfə  memarlıq və tikinti işləri Fəzailin əlindən alındı. Fəzail oldu başçısnın müavini və Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri. 
Yəni Sumqayıt boyda şəhərin tikinti, inşaat, memarlıq işləri hara, proqnoz hara ? 
Medianın yazdığına görə, Fəzail Hüseynov hətta iş adamlarına  hədə-qorxu gələrək deyirmiş ki, “ Sizin ağırlıqda qızılım var, istəsəm hamınızı həbs etdirərəm”. (bəlkə Qəddafinin unitazını nəzərdə tuturmuş)
Şahidlərin dediyinə görə, Fəzail Hüseynovun Mərdəkandakı villasının qiyməti  Sumqayıt şəhərinin illik büdcəsinin yarısı boydadır, hələ biz beton zavodundan danışmırıq.
Bəli, Fəzail Hüseynovun əsas metodu  bilirsiniz nədir ?
Hansı vəzifəli şəxs varsa, deyir onunla qudayam, yaxud bacanağam...
Məsələn, işi düşən adam görəndə deyir ki, Milli Məclisdə Əli Hüseynli var ee, onunla qudayam, olsun...
Yaxud  bir başqasına deyir ki, Mədət müəllim var haa, onunla bacanağam, hətta deyir ki, bu yaxınlarda Mədət müəllimi Fövqaladə Hallar Naziri qoyacaqlar. ( iştahaya bax eee)
Başqa birisinə deyir ki, Filankəs  müəllim, bacımın əridir...
Bu adamdan soruşan yoxdur ki, sənin neçə bacın və neçə əri var, sənin neçə qudan var, neçə bacanağın var, ay  sifəti yumşaq...
Yeri gəlmişkən, dostları deyir ki, Fəzail Hüseynovun sifəti uşaq bezini xatırladır....hətta ona baxanda Pampers  Muradı da xatırlayırıq...
Bu adamın Bakının və Sumqayıtın az qala  hər küçəsində obyektləri, qumarxanaları, nə-xanaları olsa da yenə...başqalarına paxıllıq edir, rəhbər şəxslər barəsində  danos yazdırır, şər-böhtanla məşğul olur...
Təsəvvür edirsiniz,  iclasda  konkret deyilir ki, bu danosları, şər-böhtanları yazdıranın  laaap....
Fəzail Hüseynov isə yanında oturana deyir ki, görəsən kimi deyirlər...guya bilmir ki, söhbət konkret olaraq kimdən gedir?...
Bəli, Fəzail  belədir, üz-üzə olanda “maz”danır, sabunlanır, amma arxada  ona  və yeddi  arxa dönəninə  çörək verənin  kürəyindən xəncəri soxmağa hazırdır... Amma bilmir ki, adama elə şey göstərərlər ki, bir neçə gün bundan öncə oturacağı 200kq olan bir dostu da gəlib yanında otursa, yuxularında qara-qura görəcək.
Sözün qısası,  Fəzail Hüseynov  sabiq köməkçi  Əli Həsənov kimi  hamının üzünə gülərək arxada  başqalarını öyrədib quyu qazmaqla  məşğuldur. Buna əyani misal olaraq, oturacağı 200kq olan, kimlərinsə hesabına qucaqdan-gucağa hoppananları misal çəkmək olar.
Atalar deyib ki, gen qaz, dərin qaz, bir gün özün düşərsən... Amma Atalar bir misal da deyib, "sən saydığını say, gör fələk nə sayır".
P.S Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. /Gundelik-baku.com/

Oxşar xəbərlər