Manşet
4-03-2022, 10:39
1 404
Xızı rayonunun Xozeyn(i) Əliyevi…. - Kənd Təsərrüfatı naziri İnam Kərimovun Xozeynin əməllərindən xəbəri yoxdur ?
Kartofun kilosu 2 manata yaxınlaşır, Xızı Aqrar mərkəzin müdiri “Xozu” isə torpaq alveri ilə məşğuldur…
Gündəlik-Bakı olaraq aqrar sahədə, daha dəqiq desək Kənd Təsərrüfatı Nazirliyi sistemində son illər baş verən tənəzzül, təcrübəli kadrların işdən uzaqlaşdırılması barədə kifayət qədər yazmışıq.
Təkcə onu deyək ki, son illər Kənd Təsərrüfatı Nazirlriyinin tabeçiliyində olan xeyli sayda qurum ləğv olunub, heç bir əhəmiyyəti olmayan yeni xidmətlər yaranıb, sözün qısası, bu sahə kimlərinsə təcrübə poliqonuna çevrilib.
İnam Kərimova başa salan yoxdur ki, ölkə iqtisadiyyatı sənin üçün təcrübə dovşanı-zad deyil ee, eksperiment aparasan....
Nə isə İnam Kərimovun son 1 ildə apardığı “reforma”lardan bir neçəsini yada salaq.
Dünyanın hər yerində olan Baytarlıq və Fitosanitar Dövlət Nəzarəti Xidmətləri bizim respublikada ləğv edildi.
Niyə və nə üçün ?
Və 1 ildən sonra həmin xidmətlərin əsasında yeni bir qurum Aqrar Xidmətlər Agentliyi yaradıldı.
Nazir İnam Kərimovdan soruşan lazımdır ki, bu qurumları niyə ləğv edirdin və 1 ildən sonra niyə bərpa edirsən..?
Axı, İnam Kərimov bu sahənin adamı deyil, heç başı da çıxmır.
ASAN Xidmətdən gələn İnam Kərimov ASAN Xidmətdə çalışan dostlarını, tarix müəllimlərini, regionşünasları yığıb gətirib nazirliyə.
Ona görə də bu gün Azərbaycanda kartofun kilosu az qala 2 manata çatıb. Eləcə də digər kənd təsərrüfatı məhsullarının.
Sözün qısası, əvvəllər rayonlarda aqrar şöbə var idi.
İnam Kərimov nazir olandan sonra guya islahat adı ilə şöbələri ləğv etdi və rayonlarda Aqrar İnkişaf Mərkəzi yaratdı.
Və 70-80 rayonda təcrübəli kadrları işdən uzaqlaşdırıb, özü kimiləri aqrar sahədən anlayışı olmayan şəxsləri Aqrar İnkişaf Mərkəzlərinə müdir təyin elədi.
Bir soruşan olmadı ki, rayona Aqrar Mərkəzə müdir təyin olunan şəxslərin bitkiçilikdən, baramadan, tütündən, pambıqdan başı çıxır, yoxsa yox ?
Belə Mərkəz müdirlərindən biri də İnam Kərimovun dostu Xozeyin Əliyevdir.
Hamı gözəl bilir ki, hətta sovet dövründə Abşeron və Xızı kimi rayonlar paytaxt Bakını kənd təsərrüfatı məhsulları ilə təmin etmək üçün ən əlçatan yer idi.
Xızının münbit torpaqları, havası, iqlimi aqrar sahənin inkişafı üçün ən əlverişli yerdi. Amma…
Əmması odur ki, məmurların çoxu Xızıya iqtisadi cəhətdən deyil, məhz dincəlmək yeri kimi baxırlar. Və bu rayonda hər məmurun neçə hektar torpağı və həmin torpaq üzərində villası var.
Deməli, torpağın təyinatı dəyişdirilir, kənd təsərürfatı üçün vacib olan torpaqlar VİLLA altına salınır.
Bu işdə XOZEYİN müəllimin də xidmətləri və qazandıqları az deyil.
Yeri gəlmişkən, bu yaxınlarda Ucar rayonunda Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Aqrar İnkişaf Mərkəzlərinin (DAİM) Respublika müşavirəsi keçirilib.
Müşavirədə Xozeyin müəllim də iştirak edib və cənab nazir İnam Kərimova xeyli tərif deyib.
Bu yerdə “Nəsimi” filmindəki bir dialoq yada düşür:
-Vəsf et məni, şair…
-Vəsf zamanı deyil, Afət…
Ay Xozu müəllim, bəy tərifi zamanı deyil ee, işləmək lazımdır, birazdan kartofun kilosu 3-4 manat olacaq…
Bax, onda sənin kimiləri gizlənməyə yer axtaracaq..
Bizdən demək….qalanı…sizlikdir..
P.S Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. /Gundelik-baku.com/