Hacıqabul Notariusunun rəisi Ruslan Səfərovun 20 dəqiqə 43 saniyəlik etirafı… - Ruslan Səfərov HƏBS olunacaqmı ?
10-03-2022, 17:24
6 964

Hacıqabul Notariusunun rəisi Ruslan Səfərovun 20 dəqiqə 43 saniyəlik etirafı… - Ruslan Səfərov HƏBS olunacaqmı ?

Hacıqabul Notariusunun rəisi Ruslan Səfərovun  20 dəqiqə 43 saniyəlik etirafı…

Ruslan Səfərov deyir ki, mən məsuliyyət daşımıram…bu səhlənkarlıqdır..


Bu adam idarəetmə üçün verilən etibarnamə ilə alqı-satqı  üçün verilən etibarnamənin fərqini  bilmir…

Bayaqdan dişimi  dişimə sıxıb Hacıqabul Notariusunun rəisi Ruslan Səfərovun  20 dəqiqə 43 saniyəlik  söz güləşdirməsinə qulaq asıram. Ki, görüm  bu  söz güləşdirməsinin axırı nə olacaq. 
Vallahi adam dəhşətə gəlir ki, tez-tez “ Mən hüquqşünasam… qanunları bilirəm..”  deyən  Ruslan  Səfərov sanki çayxana aşığı  qədər hüquqdan başı çıxmır. 
20 dəqiqə 43 saniyəlik  telefon danışığında zərərçəkən deyir ki, niyə mənim avtomobilimin qanunsuz  satılmasına imza atmısan ? 
Ruslan Səfərov nə desə yaxşıdır ? 
Mən buna görə məsuliyyət daşımıram ? 
Əə, necə məsuliyyət daşımırsan..? 
Ruslan Səfərov deyir ki, mən işçimə güvənmişəm, etibar etmişəm, ona görə qanunsuzluq baş verib…
Zərəçəkən deyir ki, mən  kiməsə avtomobili idarə etmək üçün  etibarnamə  vermişəm, alqı-satqı üçün  etibarnamə verməmişəm, yəni sadəcə idarə etmək üçün…
Notariusun rəisi Ruslan  Səfərov deyir ki, əə  qardaş, bunu necə yoluna qoyaq ? 
Gör ölkədə  hüquq sistemini Ruslan Səfərov kimilər nə günə qoyub.
Əslində bu səs yazısını  paylaşmaq lazımdır ki, qoy vətəndaşlar  real vəziyyətin nə yerdə olduğunu bir daha görsünlər. 
Ruslan Səfərov, zərəçəkənə deyir ki, məni işdən çıxartmaq istəyirsən ? 
Sözün qısası, bu  21 dəqiqəlik audio-dialoq  notariusların  real durumunu göstərir. 
Axı,  “Notarius haqqında”  Qanunda yazılıb ki, bu şəxslərin hüquq təhsili və  təcrübəsi olmalıdır. 
Amma,  Ruslan müəllimin  danışığından  hiss olunur ki, bu adam ən yaxşı halda sanki maklerə  oxşayır. 
Söhbət təkcə  Ruslan Səfərovdan getmir ee…
Ümumiyyətlə, bu gün bizdə dövlət qurumlarının verdiyi, dövlətin tanıdığı  notariuslarda təsdiqlənən sənədlərin saxta çıxarılması, qanunsuz hesab edilməsi halları az qala adi  hala çevrilib.
Vətəndaş pulunu verib əmlak alır, əmlakı təmir edir, iş yerinə, yaşayış yerinə çevirir və aylar, illər sonra ortaya çıxan birisi  deyir ki, bəs əmlak mənimdir.
Məlum olur ki, hansısa  notarial kantor  saxta  sənəd verərək  vətəndaşın mülkiyyət hüququnu  pozub.
Daha dəqiq desək,  notarial kantorlarda alqı-satqı  prosesində saxtakarlığa  yol verilib.
Məlumdur ki, Azərbaycanda vətəndaşlar xüsusilə notariat xidmətlərinə üstünlük veriblər.
Qısa məlumat üçün bildirək ki, hazırda Azərbaycanda 200-ə  yaxın notariat kontoru fəaliyyət göstərir. Onlardan 100-dən çoxu  dövlət kontorudur və  30-u  Bakıda, 70-dən artığı isə  regionlarda yerləşir.
Bir məsələni də xüsusi olaraq qeyd edək ki,  hüquqların notariat qaydasında təsdiq edilməsinin üstünlüyü ondadır ki, notariat qaydasında tərtib edilmiş sənəd hüququ DÖVLƏTİN ADINI  QORUYUR.
Amma SƏS  YAZISINDAN da gördük ki, Hacıqabul notariat kantorunda nəinki DÖVLƏTİN, heç kantorun öz adı qorunmur.
Belə ki, Hacıqabul sakinlərinin dediyinə görə,  Hacıqabul rayonu dövlət  notariat kantoru mülkiyyətin alqı-satqısı, avtomobillərin satışı zamanı  ciddi saxtakarlığa yol verir.
Bu isə gələcəkdə mülkiyyət hüquqi ilə bağlı  vətəndaşlara ciddi problem yaşadır.
Sözün qısası, Hacıqabul notariat kantorunda hüququn aliliyi deyil, sanki rüşvətin miqdarı əsas götürülür.
Bütün bunlar azmış kimi, kantorun notariusu vəzifəsini icra edən Ruslan Səfərov hamıya deyir ki, Ədliyyə Nazirliyində adamım var, mənə kimsə bir söz deyə bilməz.
Bir sözlə,  Hacıqabulda  notarial kantor deyil, əsl bazar fəaliyyət göstərir.
Görəsən Ədliyyə Nazirliyində  Ruslan Səfərovun arxasında dayanan kimdir ? 
Ümumiyyətlə,  bu barədə  Ədliyyə Nazirliyinin rəhbərliyi nə düşünür ?
Mövzunu gündəmdə saxlayacağıq.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. /Gundelik-baku.com/

Oxşar xəbərlər