Manşet
11-03-2022, 11:47
2 146
Başqasının fəlakəti üzərində özünə biznes quran Niyazi Bayramov... - Hansı daha dəhşətlidir: Erməni terroru, yoxsa məmur terroru..?
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun haqqında nə qədər neqativ materiallar oxusaq da biri bizim üçün daha dəhşətlidir.
Doğrudanmı, nəinki böyük bir şəhərin rəhbəri, hətta sıradan bir adam belə bir addımı ata bilərmi..?
Söhbət 44 günlük Vətən müharibəsi zamanı ermənilərin Gəncə şəhərində yaşayış binalarına atdığı raket zərbəsi nəticəsində evi dağıdılan sakinlərin başına gələnlərdən gedir.
Niyazi Bayramovun laqeydliyi nəticəsində evləri dağılan zərərçəkənlər nə ev əşyalarına görə kompensasiya ala bilirdilər, nə də evləri tikilib təhvil verilirdi.
Bununla əlaqədar həmin sakinlərin hüquqlarını müdafiə edən vəkil Əziz Qənbərov Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramova dəfələrlə müraciət etsə də heç bir nəticə olmamışdı.
Vəkil bildirir ki, müraciətimdən aylar ötsə də icra başçısı heç bir addım atmır:
“ Hüquqlarını müdafiə etdiyim şəxslərin evləri erməni qəsbkarlarının raket hücumu nəticəsində tamamilə dağılıb, ev əşyaları tamamilə məhv olub. Üstündən xeyli müddət keçir. Hüquqlarını müdafiə etdiyim şəxslər kirayədə dözülməz vəziyyətdə yaşayırlar".
Bu hələ harasıdır ?
Erməni terroru nəticəsində evi dağılan, doğması ölən, yaralanan şəxslərə dövlət kompensasiya verir.
Gəncə ŞİH-nin başçısı Niyazi Bayramovun işçiləri isə bir gözü görməyən Gəncə sakininə 6 min manata qol çəkdirib, ona cəmi 1500 manat pul veriblər.
Təsəvvür edirsiniz, evi dağılan, fəlakət içərisində olan zavallıya dövlət 6 min manat kömək edir, 75 faizini Niyazi Bayramovun adamları mənimsəyir, barı yarısını da vermir ee...
İndi özünüz deyin, hansı daha dəhşətlidir: erməni terroru, yoxsa məmur terroru..?
Erməni düşməndir, özü də qansız düşmən, onun elədikldərini harasa yazmaq olar.
Bəs, sapı özümüzdən olan məmurun əməllərini hara yazaq..?
Ona görə də möhtərəm Prezidentimiz dəfələrlə belə məmurlara üzünü tutaraq deyir ki, xalqdan qorxmursunuz, barı Allahdan qorxun...
Elə bilirsiniz Niyazi Bayramovun adamlarının əməlləri bununla bitir ?
8 aydan sonra nəşi tapılan Qarabağ şəhidi Elvin Mustafayevin atası Fəxrəddin kişi günlərdir ki, Gəncə şəhərinin icra başçısı Niyazi Bayramovun qəbuluna düşə bilmir.
Şəhid atası Niyazi Bayramovdan heç nə istəmir. Sadəcə, oğlunun və digər şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün Bulağın inşa edilməsinə dəstək istəyir. Amma...
Əmması odur ki, Fəxrəddin kişi və digər şəhid ataları, əmiləri icra hakimiyyətinin binası önündə günlərlə gözləsələr də icra başçısı onları qəbul etmir. Və bu boyda dərdə və biganəliyə ürəyi dözməyən Fəxrəddin kişinin ürəyi dayanmaq həddinə çatıb.
Yaxud başqa bir misal.
Şəhidin evinə gedən yol, küçə zülmət qaranlıq içərisindədir. Niyazi Bayramov həmin küçəyə iki işıq dirəyi basdıra bilmir.
Amma 44 günlük müharibə gedən ərəfədə öz övladına Londonda 30 milyon dəyərində mülk alır.
Yaxud Kəlbəcərdə şəhid olan 21 yaşlı Sahib Hüseynovun anası 6 aydır Gəncə ŞİH-nin başçısı Niyazi Bayramovun qəbuluna düşə bilmir. Kirayədə qalan və kirayə haqqını verə bilməyən şəhid anasının məqsədi icra başçısından iş istəmək olub. Və 6 ay qəbula düşə bilməyən şəhid anası ŞİH-nin binası qarşısında çoxlu sayda dərman içərək intihar etmək istəyib və nəticədə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Belə şikayətlər bir deyil, iki deyil...Amma əvəzində...
Bu yaxınlarda Niyazi Bayramovun həyat yoldaşının Bakı şəhərində 10 milyonluq restoranı tapıldı. Və daha nələri…
Niyazi Bayramov Prezidentin Gəncəyə səfəri zamanı dövlət başısını aldadıb...
Belə ki, bütün ölkənin izlədiyi videoda Gəncədə Nizami küçəsində Bayraq meydanına yaxın körpünün yanında səki kənarına əkilən ağacların Prezidentin səfərindən sonra çıxarılaraq, maşına yığıldığı görünür.
Deməli, cənab Prezidentin Gəncə səfərinə hazırlıq görən, icra başçısı Niyazi Bayramov tələsik ağacları yolların qırağına əkdirib ki, Prezident keçəndə görsün və səfərdən sonra maşına yığıb aparıblar.
İndi özünüz deyin beləsinin vəzifədə qalmağa haqqı varmı..?
Əslində belə məmurun yeri başqa məkandır...
P.S Niyazi Bayramovun bir dostu vardır, onun həyat yoldaşı özündən 17 yaş böyük idi. Həmin xanım Niyazi müəllimin dostu ilə ailə həyatı quranda yanında 17 yaşlı bir oğlan gətirmişdir. Sonradan Niyazi müəllimin dostu ilə olan nigahdan bir qızları dünyaya gəldi. Böyüdü və böyük bir adamın oğlu ilə ailə həyatı qurdu. Sonradan Niyazi müəllimin dostunun həyat yoldaşının birinci ərindən olan oğlu tez-tez Niyazi müəllimin dostugilə gəlir və Niyazi müəllimin dostunu döyür. Niyazi müəllimin dostu isə həmin uşağın sakitləşməsi üçün ona bahalı maşınlar hədiyyə edir. Hətta həmin uşaq belə bir sualla Niyazi müəllimin dostuna müraciət edib. Sən olmasaydın mənim anam ərə getməzdi. Həyat qəribəliklərlə doludur. Niyazi müəllimdən xahiş edərdik ki, əgər həmin dostunun adını xatırlayırsa redaksiyamıza zəng vurub bizə deyə bilər.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. /Gundelik-baku.com/