Manşet
11-03-2022, 14:22
7 615
Nazir Vilayət Eyvazovun mərd, prinsipial xarakteri cəmiyyətdə polisə qarşı müsbət rəy yaradıb…
Prezident İlham Əliyev: “Vətəndaşlarla ünsiyyətin yeni formatı tapılmalıdır”
Daxili İşlər Naziri Vilayət Eyvazov: “ Əsas olmadan vətəndaşı saxlamaq olmaz”
Cənab Prezident İlham Əliyev gənclərlə görüşündə deyib:
“Vətəndaşlarla ünsiyyətin yeni formatı tapılmalıdır”.
Bu sözü nə üçün yada saldıq.
Birincisi, cənab Prezident buyurur ki, şablon formatlardan qaçmaq lazımdır, insanlarla ünsiyyət səmimi qurulmalıdır.
İkincisi, son illər ölkəmizdə yüksək çinli məmurların qəbuluna düşmək olmur, onlar vətəndaşlar üçün az qala əlçatmaz olublar…
Cənab Prezident məhz bunu nəzərdə tutaraq deyir ki, məmur vətəndaş üçün əlçatan olmalıdır.
Yoxsa, 44 günlük Zəfər savaşında canını verən qazi 4 aydır icra başçısının qəbuluna düşə bilmir.
Yaxud şəhidin anası məmurun qəbuluna düşə bilmədiyi üçün intihara cəhd edir.
Bütün bunlara görə, cənab Perzident təkrar-təkrar məmurlardan tələb edir ki, xalqla düzgün münasibət qurun…
Bunları yazmaqda məqsədimiz odur ki, məmur xalqdan uzaq düşməməlidir.
Bunun ən bariz nümunəsini son bir neçə ildə Daxili İşlər Nazirliyinin timsalında görürük.
Sözün həqiqi mənasında, Daxili İşlər Nazirliyinin rəhbərliyinin, şəxsən cənab nazir, general-polkovnik Vilayət Eyvazovun, hətta qurumun mətbuat xidmətinin fəaliyyəti Azərbaycan reallığında çox yüksək qiymətləndirilir.
Cənab nazir Vilayət Eyvazovun mərd, prinsipial mövqeyi son illər Daxili İşlər Nazirliyi sistemində ciddi müsbət dəyişikliklər yaradıb.
Və açıq etiraf etmək lazımdır ki, vətəndaşların son illər polis sistemi ilə bağlı fikirləri müsbətə doğru xeyli dəyişib.
Məlumdur ki, pandemiya səbəbi ilə bağlı son 1-2 ildə polislər vətəndaşları yeri gəldi-gəlmədi saxlayırdı.
Sonuncu müşavirədə cənab nazir konkret olaraq dedi ki, yersiz, səbəbsiz yerə vətəndaşı saxlamaq olmaz.
Bəli, cənab nazirin bu konkret tapşırığı polis üçün qanun oldu.
Əbəs yerə deyil ki, cənab Prezidentimiz İlham Əliyev müşavirədə dedi ki, mütəşəkkil cinayətkarlığa qarşı mübarizəyə görə Azərbaycan dünyada 18-ci yerdədir:
“Deyə bilərəm ki, bu hesabat dünyanın 141 ölkəsi arasında keçirilən tədqiqatın nəticələri əsasında hazırlanıb dərc edilmişdir. Polis orqanlarına əhali tərəfindən inamın səviyyəsinə görə Azərbaycan 30-cu yerdədir. Mülkiyyət hüquqlarının qorunması sahəsində bizim yerimiz 37-cidir. Hökumətin, yəni, dövlətin və rəhbərliyin uzunmüddətli strategiyasına görə Azərbaycan, fikir verin, dünya miqyasında 10-cu yerdədir. Yəni, bu, onu göstərir ki, düşünülmüş uzunmüddətli siyasət Azərbaycanda ən yüksək səviyyədə həyata keçirilir”.
Bəli, cənab Prezident möhtəbər beynəlxalq qurumların sənədlərinə əsaslanıb bu sözləri deyir.
Hətta son illər sıravi vətəndaşlar da narkotiklə mübarizədə Daxili İşlər Nazirliyinin apardığı ciddi mübarizəni dəstəkləyir.
Cəmiyyət də görür ki, cənab nazir və onun əməkdaşları bu milli bəlaya qarşı necə ardıcıl mübarizə aparır.
Sözün qısası, Daxili İşlər Nazilriyində son illər baş verən islahatlar cəmiyyət tərəfindən müsbət qarşılanır. /Gundelik-baku.com/