Təhsil Nazirliyində HƏBSLƏR GÖZLƏNİLİR….- Nazir və müavinlərinin gizli “BİZNES ŞƏBƏKƏLƏRİ”…
11-03-2022, 15:44
7 446

Təhsil Nazirliyində HƏBSLƏR GÖZLƏNİLİR….- Nazir və müavinlərinin gizli “BİZNES ŞƏBƏKƏLƏRİ”…

Təhsil Nazirliyi, yoxsa  “Narxoz”un filialı...? 

Nazir “Partşkola”nı, 2 müavini “Narxoz”u bitirib, 1 müavin isə diplomatdır, Belçikada səfirlikdə işləyib..

Nazir və müavinləri  təhsilə biznes kimi, özü də şəxsi biznes kimi baxa bilərlər?...


Təhsil Nazirliyində  baş verən digər neqativ hallara keçməzdən öncə  bir ciddi problemə nəzər salaq. 
Təhsil naziri Emin Əmrullayevin 3 müavini var. 
Nazir müavini Qurbanov Firudin İsa oğlu 1974-cü ildə Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunu, yəni “Narxoz”u bitirib. 
Digər nazir müavini İsayev  İdris Balakişi oğlu  D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun maliyyə və kredit fakültəsini bitirib, yəni “Narxoz”u. 
Nazirin  digər müavini  Məmmədov Muxtar Məmməd oğlunun ixtisası Beynəlxalq münasibətlərdir, Belçikada  səfirlikdə işləyib, yəni DİPLOMAT-dır. 
Cənab təhsil naziri  Emin Eldar oğlu  Əmrullayev özü isə “Partşkola”nı bitirib. Yaşlı nəsil gözəl bilir ki, sovet dövründə  partiya məktəbi deyilən  bir  məktəb var idi. Sonra bir neçə dəfə adını dəyişdirdilər. 
Sözümüzün canı odur ki, uşaq  bağçalarına, orta məktəblərə, kolleclərə, ali məktəblərə  rəhbərlik  edən nazirliyin rəhbərliyində olan 4 nəfərin heç birinin  pedoqoji təhsili  yoxdur. Bunların heç olmasa  biri PEDOQOQ olmalı idi. 
Elə bilirsiniz məsələ təkcə nazir və müavinlərlə bitir. 
Nazirlikdə fəaliyyət göstərən idarə və şöbələrin rəhbərləri də ya  “Narxoz”u bitirb, ya da  biznes sahəsində çalışıb. 
Hətta nazir müavinlərindən biri İdris İsayev  “Narxoz”u bitirəndən sonra   ABŞ-ın Corciya Dövlət Universiteti ilə birgə təşkil etdiyi MBA proqramı çərçivəsində BİZNESİN  idarə olunması ixtisası üzrə magistr dərəcəsi alıb.
İndi gördünüzmü, milli təhsilimizi  biznesmenlər, kredit mütəxəssisləri idarə edir. 
Məhz ona görə də  milli təhsilimiz ilbəil geriyə gedir. 
Çünki  belə  şəxslər  təhsilə millətin gələcəyi kimi deyil, sanki biznes, kimi baxa bilərlər. 
Bəli, məsələn, nazir müavini  Firudin Qurbanov üçün  ali məktəblərə müəllim, yaxud laborant  təyin etdirmək iki vur ikidir.
Bu şəxs  həm nazir müavini, həm də BDU-da rektor olanda xarici ölkələrdən Bakıdakı ali məktəblərə olan köçürmə-“perevod”ların  qiymətini dəfələrlə  artırdı. BDU-da ikinci ali təhsil alanların kəsrlərini neçə min dollara sildirdi. 
Firudin Qurbanov nazir müavini kimi  orta məktəblərə  müəllim düzəltmək,  şagirdlərin yerdəyişməsi və s  məsələlərdən əməlli-başlı qazandı və Avropada biznes qurdu. Onun biznesini Avropada qardaşı idarə edir. Buyurun tanış olun: 
Medianın yaydığı məlumata görə, Sloveniyada FİREM D.O.O. (Məhdud Məsuliyyətli Cəmiyyəti) 2014-cü il fevralın 9-da qeydiyyatdan keçirilib. Sloveniya mənbələrinin məlumatına görə şirkət xidmət və ticarət sahəsində fəaliyyət göstərir. Direktoru Firudin Qurbanovdur.
İndi gördünüzmü, bunlar biznesmenlərdir. 
O biri müavinlər də eləcə təhsilin hesabına özlərinə biznes qururlar. 
Məsələn, nazirin  digər müavini  Muxtar Məmmədov  tələbələrin xaricdə təhsil almasını sanki biznesə çevirib. 
Qeyd edək ki, yazıda müxtəlif media orqanlarının məlumatlarından istifadə edilmişdir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. /Gundelik-baku.com/

Oxşar xəbərlər