Prerzidentin möhtəşəm “Ağ Şəhər” layihəsini məmurlar narazılıq mənbəyinə çevirib… - Ağ Şəhərdə mülkiyyət hüququ pozulan Ələkbər Abbasov Prezidentdən kömək istəyir…
11-03-2022, 15:46
7 471

Prerzidentin möhtəşəm “Ağ Şəhər” layihəsini məmurlar narazılıq mənbəyinə çevirib… - Ağ Şəhərdə mülkiyyət hüququ pozulan Ələkbər Abbasov Prezidentdən kömək istəyir…

Vətəndaşın əmlakının real  dəyəri  736.300  manat olsa da…. 

Deyirlər, təkrar  biliyin anasıdır, amma, təkrarçılıq  bəzən oxucunu bezdirir. 
Amma və lakin məcburuq, eyni mövzuya dönə-dönə qayıtmağa. Çünki  problem həll olunmursa, yüzlərlə, bəzən minlərlə vətəndaşın hüququ pozulursa, biz nə etməliyik..? 
Bəlkə yazmayaq..? Və sonuncu ümid pəncərəsini  də  vətəndaşın üzünə qapadaq ? 
Məlumdur ki, neft  yüz ildən artrıq  xalqımıza təkcə xoşbəxtlik gətirməyib, həm də  mazutla çirklənmiş on min hektarlarla torpaq sahəsi,  ekologiyaya vurulan ciddi ziyan və s...
Təkcə adına  QARA ŞƏHƏR  (Çyornı qorod)  deyilən ərazini gözünüzün önünə gətirin. Ətraf ancaq  mazut iyi verir, 12 METR QALINLIĞINDA MAZUTLU ÇİRKLİ TORPAQ   və ...ərazidə on minlərlə insan məskunlaşıb, nə qədər müəssisə, obyektlər və s.
Bütün bunları nəzərə alan cənab Perzident İlham Əliyevin 28 sentyabr 2006-cı il tarixli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikaslnda  ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün  Kompleks tədbirlər planı”na əsasən  Bakı Ağ Şəhər ekoloji şəhərsalma  layihəsi həyata keçirilir. 
Açıq  demək lazımdır ki, Prezidentin bu təşəbbüsü  böyük bir şəhər salmaq səviyyəsində layihədir. Adam sənədlərlə, görüləcək işlərin miqyası və ən əsası millətimiz üçün faydalı olacağını düşünəndə fərəh hissi keçirir. 
Təsəvvür edirsiniz  Ağ Şəhər  dünya miqyasında ən böyük və ən müasir tələblərə  cavab verən şəhərsalma layihələrindən biridir. 
Geniş küçələr və parklar salınır, ticarət və ofis mərkəzləri, mehmanxanalar, məktəblər, fərdi və çoxmənzilli evlər yaşayış evləri tikilir. 
Ən maraqlısı odur ki, 100 il ərzində  neft tullantıları ilə çirklənmiş  12 metr qalınlığında çirkli qat təmizlənməli, beton plitələr döşənməli, üstünə təmiz torpaq  qatı salınmalı və...
İndi layihənin miqyasını təsəvvür edin də. 
Amma min təəssüf ki, bu miqyasda MÖHTƏŞƏM layihəni bəzi məmurlar  NARAZILIQ subyektinə çevirdi. 
Yəni  vətəndaşları dövlətdən MƏMNUN etmək əvəzinə NARAZI saldı. 
Layihə ilə bağlı  qısa bir rəsmi məlumatı qeyd edək.  
Bakı ŞİH başçısının 262 saylı, 11.06. 2007-ci il tarixli sərəncamından irəli gələn Bakı şəhəri, Babək prospekti, Xəqani Rüstəmov, Süleyman Vəzirov, Yavər Əliyev küçələrinin əhatəsində və Nobel prospekti ilə Xəzər dənizi arasında yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi  “ADES” Azərbaycan İnkişaf Şirkətinə həvalə edilir. 
Bu plana əsasən bu ərazidə yaşayan  sakinlər ilk mərhələdə müvəqqəti köçürülür, sonra ərazidəki neftlə çirklənmiş  12 metr  dərinliyində torpaq qatı daşınmalı, beton səth döşənərək üzərinə yeni torpaq sahəsi tökülməli və son mərhələdə burada müasir yaşayış binaları tikilməli, yeni mənzillər sakinlərin istifadəsinə verilməli idi.  
VERİLMƏLİ İDİ.... 
Lakin “ADES” şirkəti işin öhdəsindən gəlmədiyi üçün Bakı ŞİH başçısının 225 saylı, 10.06.2013-cü il tarixli sərəncamı ilə yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi  Xətai RİH-nin başçısı Razim Məmmədova həvalə edilir.  O gündən sakinlərin qara günləri  başlayır. 
Bu barədə Gündəlik-Bakı konkret vətəndaşların şikayətləri əsasında kifayət qədər məqalələr dərc etidiy üçün  təkrar etmək istəmirik. 
Amma onu da qeyd edək ki, Razim Məmmədovun və ondan sonrakı icra başçısı Rafiq Quliyevin tamahı ucbatından xeyli sayda vətəndaş dövlətdən narazı qaldı. 
Belə ki,  Razim Məmmədovun yaratdığı komissiya  “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanuna əsaslanaraq  yaşayış sahələrinin və köməkçi tikililərin hər kv.m-ə qiymət qoyur. Qiymətlər real  bazar qiymətlərindən xeyli aşağı olduğu üçün  sakinlər razılaşmır. 
Belə olan halda  Xətainin sabiq icra  başçısı   Razim Məmmədov və hazırda isə Rafiq Quliyev xeyli sayda vətəndaşın evini uçurdub. 
Sözün qısası, Ağ Şəhər adı altında vətəndaşların evlərinə qanunsuz girirlər, evi sökürlər. Bu vandallıqdır. 
Dəfələrlə hüquqları pozulan sakinlər Gündəlik-Bakıya müraciət edərək  Prezidentdən xahiş ediblər ki, onların problemi nəzarətə götürülsün. 
Nə qədər yazmaq olar ki, mülkiyyət  toxunulmazdır...
Bəli, daha bir vətəndaşın şikyəti  Gündəlik-Bakıya daxil olub. Vətəndaş  Ələkbər Əsgər oğlu  Abbasovun dərdi daha böyükdür. 
Belə ki, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin verdiyi ŞƏHADƏTNAMƏDƏN  bəlli olur ki, Bakı ş, Nobel prospekti, Mexaniki təmir sahəsi Ələkbər Abbasov tərəfindən 1997-ci ildə özəlləşdirilib. Qeydiyyat N  004776. 
Vətəndaşın texniki pasportundan və digər sənədlərindən uzun-uzadı danışmağa  ehtiyac yoxdur. Əlində mülkiyyət kağızı ( kupça) var. 
Bəli, vətəndaş  Ələkbər Abbasova məxsus, Dəniz Vağzalından Nobel prospekti ilə Xəqani Rüstəmov küçəsinin kəsişməsinə kimi ( dəqiq ünvan  Xətai rayonu, Nobel prospekti 4 ) olan ərazidə yerləşən özəl müəssisə və əmlak  qiymətləndirilmişdir. 
Belə ki, Xətainin sabiq icra başçısı Razim Məmmədovun maliyyə naziri Samir Şərifova ünvanladığı  məktubdan bəlli olur ki, bu ərazidəki  obyektlərə kompensasiya kimi 31 milyon manat ödənilməlidir. 
Hətta digər bir sənəddə, Əmlak Komitəsinin sabiq sədri Kərəm Həsənov Prezidentin köməkçisi Əli Əsədova yazır ki, bu ərazidəki obyektlərə kompensasiya məqsədilə  35 milyon 869 min 512  manat vəsait lazımdır. 
Gündəlik-Bakıya  müraciət edən Ələkbər  Abbasova məxsus  müəssisənin Daşınmaz Əmlakın Qiymətləndirilməsi üzrə HESABATINDA  əmlakın qiyməti  736.300 ( yeddi yüz otuz altı min  üç yüz manat)  qiymətləndirilb.
Amma  Xətai  Rayon İcra Hakimiyyəti  vətəndaşa məxsus obyektin real qiymətini deyil, dəfələrlə ucuz  qiyməti  təklif edir. 
Bu isə haqlı olaraq  Ələkbər Abbasovu  qane etmir. 
Vətəndaş dövlət başçısına müraciət edərək onun mülkiyyət hüquqlarının qorunmasını xahiş edir. 
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. /Gundelik-baku.com/

Oxşar xəbərlər