Manşet
14-03-2022, 16:17
7 196
Yaponiyanın ölkəmizdəki səfirliyinin binasını KİM 20 ildir, ayda 30 min yevroya icarəyə verib ..? - Bakı ŞİH Ticarət Departamentinin sabiq sədri Faiq Məmmədovun cinayət əməlləri…
Faiq Məmmədovun obyektlərini neçə ildir qardaşı Mədət Məmmədov idarə edir…
Faiq Məmmədov dünyasını dəyişdi və…ailə daxilində mülkiyyət savaşı başladı…
Haqqında bəhs edəcəyimiz Faiq Məmmədov barəsində media üzərindən araşdırma apararkən, dəhşətli faktlarla üzləşdik.
Məlumat üçün qeyd edək ki, söhbət Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət Departamentinin sabiq sədri Faiq Məmmədovdan gedir.
Təsəvvür edirsiniz, “Şah market” Açıq Səhmdar Cəmiyyətinin (ASC) üzvləri mediaya müraciətində qeyd edir ki....
... Səbail rayonu Rəsul Rza küçəsi 23 ünvanında yerləşən “Şah market” adlı xüsusi mülkiyyətimiz 1998-ci ildə qanuni şəkildə özəlləşdirilib, Əmlak Komitəsində ASC kimi qeydiyyata alınıb. Lakin özəlləşdirmədən bir müddət sonra obyekti işlətmək xeyli çətinləşdi. Məmur müdaxiləsi və başqa bürokratik-inzibati əngəllər qarşımıza keçilməz sədd çəkdi. Xüsusən, Bakı şəhər İcra Hakimiyyətinin Ticarət Departamenti müxtəlif bəhanələrlə bizə əl-qol açmağa imkan vermədi. Nəhayət, biz depatamentin o vaxtkı sədri Faiq Məmmədovdan “obyektdən mənə də 20 faiz pay ayırın” ultimatumunu qəbul etməyə məcbur olduq. Lakin sənədləşmə zamanı üzə çıxdı ki, vəzifəsindən sui-istifadə edən Faiq Məmmədov əmlakdan 20 deyil, özünə 30 faiz pay yazdırıb. Beləliklə, bu məmur zorla bizim ASC-nin üzvü oldu”.
İndi gördünüzmü Faiq Məmmədov kim olub ?
Bəli, Faiq Məmmədov öz səlahiyyətlərindən istifadə edərək vətəndaşların qanuni obyektlərini əlindən alıb, bəzən özünü payçı kimi ASC-yə soxuşdurub.
Bizə elə gəlir ki, təkcə bu fakt bu məmurun kim olduğunu gösətərir.
“Şah market” ASC-nin üzvləri yazır ki, müxtəlif ağır cinayətlərdə ittiham olunduğuna görə Faiq Məmmədov təxminən 10 il Azərbaycandan qaçıb yoxa çıxıb: “Buna baxmayaraq, ASC-dən gələn gəlirlərini hər ay nümayəndəsi müntəzəm olaraq alırdı. O, bir də 5-6 il əvvəl peyda oldu. Qayıtdıqdan sonra o, əsassız olaraq kollektiv maraqlara qarşı çıxmağa, daha çox vəsait istəməyə, hətta obyekti bölüb “öz hissəsini” hörgü ilə ayırmağı tələb etməyə başladı. Təbii ki, yalnız obyekti icarəyə verməkdən ibarət olan fəaliyyətimizi iflic etməyə yönəldiyi üçün, həm də mövcud qeyri-yaşayış sahəsi “Şah market” Səhmdar Cəmiyyətinin tam xüsusi mülkiyyəti olması səbəbindən və ASC-nin bölünməzliyi prinsipindən çıxış edərək biz bu iddianı qəbul etmədik”.
Təsəvvür edirsiniz OĞRU QANUNİ EV SAHİBİNİ MƏHKƏMƏYƏ VERİR...
İndi bir daha gördünüzmü, Faiq Məmmədov kimdir ?
Bəli, Faiq Məmmədov vəzifə səlahiyyətlərindən istifadə edərək Bakı şəhərində xeyli sayda obyekti ələ keçirib, özününküləşdirib.
Belə obyektlərdən biri də Yaponiyanın ölkəmizdəki səfirliyinin yerləşdiyi binadır. Bu bina Mədət Məmmədov adlı şəxsə məxsusdur. Bu şəxs 20 ildir bu binanı Yaponiya səfirliyinə ayda 30 min avroya icarəyə verib. Amma...
Əmması odur ki, 20 ildə Mədət Məmmədov qanunla hər ay 14 faiz dövlətə vergi verməli olduğu halda...heç 14 qəpik də verməyib.
Bəli, uzun illər Bakı ŞİH-də Ticarət Departamentinin sədri olan Faiq Məmmədov vəzifəsindən istifadə edərək qazandığı milyonların hesabına ələ keçirdiyi obyektlərin hamısını qardaşı Mədət Məmmədovun və onun uşaqlarının adına sənədləşdirib.
Mədət Məmmədov və övladları isə həmin obyektləri icarəyə verərək milyonlar qazanıblar.
Faiq Məmmədovun bizə bəlli olan obyekəri bunlardır.
Statistika Komitəsinin yanında böyük ərazi, supermarket, Ədliyyə Nazirliyinin arxasında böyük ofis, Londonda milyonluq evlər, keçmiş “Domsovetin”in yanındakı Bakı Univermağı, Padamdartda 10 milyonluq villa və daha nələr...
Son olaraq onu qeyd edək ki, etdiyi cinayətlər səbəbindən küçəyə çıxmağa qorxan, kölgəsindən hürkən Faiq Məmmədov bir müddət əvvəl dünyasını dəyişib. Və...
Bəli, haram mal-mülk cinayət mənbəyidir.
Faiq Məmmədov dünyasını dəyişəndən sonra onun qardaşı Mədətin və övladlarının adına olan xeyli sayda mülküyyət uğrunda ölüm-dirim savaşı başlayıb.
Bəli, Faiq Məmmədov dünyasını dəyişəndən sonra övladları ilə əmilər Mədət Məmmədov arasında qırğın başlayıb.
Sözün qısası, haram mal-mülk bir ailəni üz-üzə qoyub.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Yazıda müxtəlif media orqanlarında dərc olunan materiallardan istifadə edilmişdir. /Gundelik-baku.com/