Meşələrin qənimi Namik Xıdırov HƏBS olunmalıdır… - Bəs nazir Muxtar Babayev, müavinləri Firdovsi, Rauf, Vüqar hara baxırdılar?
14-03-2022, 16:36
7 392

Meşələrin qənimi Namik Xıdırov HƏBS olunmalıdır… - Bəs nazir Muxtar Babayev, müavinləri Firdovsi, Rauf, Vüqar hara baxırdılar?

Muxtar Babayev 4 ildir ki,  nazir postunu zəbt edib…  

Neçə illərdir ki, cəmiyyətdə  “Meşələrin qənimi”  kimi tanınan  Namik Xıdırovun vəzifəsindən uzaqlaşdırılması  xəbərini oxuyanda sözün düzü, sadəcə, insan olaraq çox sevindik. 
Söhbət  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəisi  Namik Xıdırovdan gedir. 
Yeri gəlmişkən,  nazirliyinin (http://eco.gov.az/az/nazirlik/tabeli-qurumlar/meselerin-inkisafi-departamenti/rehberlik )  saytına daxil olan kimi yuxarıdan sağ tərəfdə  Ulu Öndərin sözlərini gördük: “Mən istəyirəm ki, hamınız təbiəti qoruyanlar olasınız”. 
Buradan üzümüzü, nazir Muxtar Babayevə, onun müavinləri Rauf Hacıyevə, Firdovsi Əliyevə, Vüqar Kərimova  tutub deyirik ki, rəhmətlik Heydər Əliyev meşələrə qənim kəsilənlərə qarşı daha sərt və kəskin ifadə işlədib: “ Bir ağacın budağı kəsiləndə elə bil qolumu kəsirlər”, yaxud Sumqayıtda müşavirədə dedi ki, “Bu ağacları kəsənlər elə bil mənim balamın başını kəsiblər”. 
Cənab Muxtar Babayev gələn ay  4 il  olacaq ki, ekologiya nazirisiniz. Bu 4 ildə müsbətə doğru nəsə dəyişdimi ? 
Əlbəttə, yox. Əksinə vəziyyət daha da ağırlaşdı.  
Cənab nazir !  Başa düşürsünüzmü ki, Azərbaycan meşə fonduna görə, dünyada onsuz da geridədir, ərazimizin cəmi 11 faizi meşədir, bu başqa ölkələrlə müqayisədə çox azdır. 
Bu 11 faizin də bir hissəsini erməni faşistləri  məhv edib, yerdə qalanı isə ekologiya nazirliyinin rəhbər şəxsləri tərəfindən məhv edilir. 
Bəli, bir neçə ay əvvəl  cənub zonasındakı meşələrin  xeyli hissəsini  ( 65  hektar )  “BETA”  çay şirkətinə satmışdınız və neçə milyona…
Hansısa xarici şirkət gəlib  meşələrimizdə ağacları qırıb yerində  çay əkəcək və milyonlar qazanacaq. Nəticədə  meşələrimiz məhv olacaq. 
Guya  cənab nazir bunu bilmirdi ? 
İndi Namik Xıdırovu işdən çıxartmaqla problem həll olundu..?
Əslində Baş prokurorluq məsələni ciddi araşdırmalı və Namik Xıdırov həbs olunmalıdır.
Bu adam sanki Azərbaycan meşələrindən qisas alırdı. Meşələri sata-sata özünə milyonluq villalar, mülklər, avtomobillər alaraq meşələri məhv etdi. 
Guya  bütün bunlardan  nazir Muxtar Babayevin, onun müavinləri Firdovsi Əliyevin, Rauf Hacıyevin, Vüqar Kərimovun xəbəri yox idi..? 
Problem təkcə Xıdırovluq deyil, axı… 
Təsəvvür edirsiniz, Masallı Regional Meşə Təsərrüfatı Mərkəzində dövriyyədə olan 1000 ha əkinin demək olar ki, 800 hektarı tamam yoxdur. Yəni  kağız üzərində guya meşə salırlar, ona qulluq edirlər, maaşlar verilir, dövlətin milyonları silinir, amma  ortada meşə yoxdur. 
Bütün bunları xidmət rəhbəri  özbaşına edə bilərdimi ? 
Konkret olaraq bilmək lazımdır ki, Ekologiya Nazirliyində neçə illərdir ki, problemli adamlar var. Onlar milyonlar qazanır və Azərbaycan təbiətini məhv edirlər. 
Meşə fonduna aid torpaqlarda əkin əkmək ancaq Muxtar Babayevin ağlına gələ bilər. 
Firdovsi Əliyev 19 ildir ki, nazir müavinidir. 
Eləcə də  Rauf Hacıyev. Uzun müddət “Azərbalıq” konserninin prezidenti olub, 12 ildir  nazir müavinidir. 
Digər nazir  müavini  Vüqar Kərimov da eləcə. 
Hamısı da  SOCAR-dan gəliblər. Bir soruşan yoxdur ki, SOCAR kadr  akademiyasıdır, nədir belə..? 
Sözümüzün canı odur ki, Baş prokurorluq  meşələrlə bağlı məsələni ciddi və obyektiv araşdırmalıdır. 
Yəni məsələ təkcə Xıdırovun işdən azad olunması ilə bitməməlidir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. /Gundelik-baku.com/

Oxşar xəbərlər