Manşet
14-03-2022, 17:02
7 379
Cənab Prezidentimiz İlham Əliyev idarəetmənin fəlsəfəsini dəyişir - “Xalqın birinci xidmətçisi mənəm və bütün dövlət məmurları belə işləməlidirlər”
Bəzi analitiklər cənab Prezident İlham Əliyevin iqtisadi və siyasi islahatlarının 5-10 il əvvəl başladığını düşünürlər.
Amma əslində cənab İlham Əliyev 2003-cü ildə Prezident seçiləndə islahatlara başlayıb.
Əbəs yerə deyil ki, Prezident olaraq ilk müsahibəsində cənab İlham Əliyev demişdir ki, biz feodal təfəkkürü, mağara psixologiyası ilə heç nəyə nail ola bilmərik.
Bəli, bu fikir əslində cənab Prezidentin cəmiyyətə və mövcud siyasi komandaya ismarıcı idi. Ki, kim komandada qalıb işləmək istəyirsə, buyursun müasir dəyərlərə, sivil qaydalara uyğun işini qursun, cəmiyyətlə ağa-qul münasibətində deyil, xalqın xidmətçisi kimi rəftar etmək lazımdır.
Cənab Prezident hər dəfə əbəs yerə demir ki, xalqın birinci xidmətçisi mənəm və bütün dövlət məmurları belə işləməlidirlər.
Bu artıq idarəetmənin fəlsəfəsi deməkdir, bu artıq lider-xalq münasibətinə yeni baxışdır.
Bəli, cənab Prezident ilk öncə iqtisadi islahatlara start verdi, qeyri-neft sektorunda ciddi irəliləyiş yarandı, ənənəvi aqrar sahələri, pambıqçılığı, üzümçülüyü, çayçılığı inkişaf etdirdi.
Çünki iqtisadi baza olmadan digər sferalarda islahatlar nəticə vermir.
Bəli, qısa vaxtda qeyri-neft sənayemizin 15 faizdən çox artması dünya miqyasında rekord göstərici hesab oluna bilər.
Digər bir vacib göstərici odur ki, xarici dövlət borcumuz çox aşağı səviyyədədir - ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir. Bu göstəriciyə görə biz dünya miqyasında doqquzuncu yerdəyik.
Sonra cənab Prezident vergi və gömrük sahələrində islahatlara start verdi və qısa zamanda bu öz nəticəsini göstərdi.
Yəni cənab Prezident iqtisadi islahatlarla ölkəni gücləndirə bildi.
Və sonrakı mərhələdə 44 günlük Zəfər savaşı ilə 30 il erməni işğalı altında olan torpaqlarımız azad edildi.
Bu tarixi bir qələbə idi və son 100 ildə millətimizin belə bir zəfəri olmamışdı.
Və nəhayət, “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm” deyən möhtərəm Prezidentimiz kadr islahatlarına, gənclərin mühüm vəzifələrə gətirilməsinə start verdi.
Beləcə, ölkənin idarəetmə sisteminə yeni nəsil cəlb edildi.
Yəni bir neçə xarici dildə sərbəst danışan, dünyanın nüfuzlu universitetlərində təhsil almış gənclər mühüm dövlət vəzifələrinə təyin olundu.
Açıq etiraf etməliyik ki, sovet sistemində çalışmış bir çox məmurlar müasir dünyanın qaydaları ilə ayaqlaşa bilmirlər.
Ona görə də idarəetmədə nəsil dəyişməsi labüd idi.
Yeri gəlmişkən, Birinci Vitse-Prezidentlik İnstitutunun yaradılması və Mehriban xanım Əliyevanın Birinci Vitse-Prezident təyin olunması da dövlətçiliyimiz tarixində mühüm mərhələlərdən biridir.
Yeri gəlmişkən, bir neçə gün öncə bu təsisatın 5 ili tamam oldu və keçən 5 ilin uğurlu göstəriciləri, mövcud reallıqları Birinci Vitse-Prezidentimiz Mehriban Əliyevanın özünün yeni missiyasını da layiqincə yerinə yetirdiyini, Birinci Vitse-Prezident kimi fəaliyyəti ilə Azərbaycan Prezidenti İlham Əliyevin siyasi kursunun uğurla reallaşmasında fəal iştirak etdiyini göstərdi. İlk gündən mühüm sosial məsələləri nəzarətə götürən Mehriban Əliyeva 2016-cı ilin Aprel döyüşlərində xəsarətlər almış qəhrəman hərbçilərimizin hərtərəfli qayğı ilə təmin edilməsi, yataqxanalarda müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin yeni mənzillərə köçürülməsi Mehriban Əliyevanın Birinci Vitse-Prezident kimi uğurlu fəaliyyətinin tərkib hissəsi olub.
Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Respublika Günü münasibətilə Amnistiya Aktlarının qəbul edilməsi təşəbbüsü onun uğurlu fəaliyyətinin çox şaxəliliyini göstərir.
2020-ci ilin sentyabrında başlayan 44 günlük Vətən müharibəsində isə Azərbaycanın Birinci Vitse-Prezidentinin döyüşlərdə yaralanmış əsgər və zabitlərimizin müalicəsini birbaşa nəzarətinə götürməsi bir daha xalqımızın dərin rəğbəti ilə qaşılandı. Məhz Birinci Vitse-Prezident Mehriban Əliyevanın şəxsi diqqət və qayğısı ilə qəhrəman hərbçilərimiz hərtərəfli təmin olundular.
Bir sözlə, Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyev yenilənmiş Müasir Siyasi Komandası ilə xalqımızı daha uğurlu gələcəyə aparacaq. /Gundelik-baku.com/