Siyəzən RİH-nin başçısı Novruz Novruzov Ramiz Mehdiyevin kadrıdır… - Novruz Novruzovla sabiq deputatın birgə biznesi…
17-03-2022, 11:01
2 415

Siyəzən RİH-nin başçısı Novruz Novruzov Ramiz Mehdiyevin kadrıdır… - Novruz Novruzovla sabiq deputatın birgə biznesi…

Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı  Novruz Novruzovun  sahibkarlara sanki qənim kəsilməsi ilə bağlı mövzunu işləyərkən, onun tərcümeyi-halına nəzər salmalı olduq. 
Deməli, Novruz Novruzov 1954-cü ildə Lerikdə anadan olub. 1971-ci ildə orta məktəbi bitirib. Və…12 il sonra Bakı Dövlət Universitetini  bitirib. Amma…
1976-cı ildən sovxozda fəhlə, Lerik rayon mədəniyyət şöbəsində kütləvi işçi, 1977-ci ildən Lerik Rayon Komsomol Komitəsinin ikinci katibi  işləyib. 
Görəsən, ali təhsili olmayan Novruz Novruzov  necə Komsomolun 2-ci, hətta 1-ci katibi işləyib ? 
Hələ Allah qoymasa, 1995-ci ildə Lerik Rayon Partiya Komitəsinin ikinci katibi  işləyib. 
Görəsən, Novruz müəllimin rəsmi tərcümeyi-halını yazan  adam başa düşmür ki, 1995-ci ildə Partiya komitəsi yox idi. 
Bax, bu ağılda, bu savadda adamlara mühüm vəzifə verirlər, sonra da deyirlər ki….
Hələ bu harasıdır..? 
Novruz müəllim sonra da Azərbaycan Respublikası Mətbuat və İnformasiya Nazirliyində aparıcı mütəxəsis olub…
Mətbuat nazirliyi hara, partiya komitəsi hara..? 
Nə isə, Novruz Novruzov 1995-2002-ci illərdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı, 2002-2007-ci illərdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı, 2007-2019-cu illərdə isə Şabran Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır.
2019-cu ildən isə  Siyəzən Rayon İcra Hakimiyyətinin başçısıdır. 
Bu adamın barəsində mediada yazılanlardan bəlli olur ki, 
Şabran rayon İcra Hakimiyyətinə rəhbərlik etdiyi dönəmdə rayonun münbit torpaqlarını yuxarı vəzifədə çalışan şəxslərə verərək  milyonlar qazanıb. 
Məlumata görə Şabranda münbit torpaqları əlində cəmləyən şəxslərdən biri də Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin kürəkəni, keçmiş deputat olub. 
Yəni  Novruz Novruzovla  deputatın biznes şəriki olması Şabranda hamıya məlumdur. 
Bəli, deputatın Şabranda  55 hektar torpaq sahəsinə sahib olması barədə ölkə mətbuatı kifayət qədər yazıb. Və bu torpaqları Ramiz Mehdiyevin kürəkəni icra başçısı Novruz Novruzovun  əli ilə ələ keçirib. 
Yəni vətəndaşlara məxsus dədə-baba torpaqları qanunsuz olaraq ələ keçirilib. 
Hazırda bu məsələ ilə bağlı istintaq gedir. Yəqin ki, yaxın zamanda Novruz Novruzovun aqibəti bəlli olacaq. 
30 ilə yaxındır  müxtəlif rayonlarda icra başçısı işləyən Novruz Novruzovun  yüz hektarlarla torpaqları, villaları, mal-qara fermaları, balıq  vətəgələri, şadlıq evləri və daha nələri…
Bu adam hansı rayona gedirsə, oranı xaraba qoyur, sahibkarlara  qənim kəsilir, iş adamları icra başçısının əlindən qaçıb gedirlər.  
Rayon sakinləri  dəfələrlər mətbuata müraciət edərək deyirlər ki, icra başçısı  vətəndaşları dövlətdən narazı salır…
Sakinlər  tələb edir ki, rayonda yoxlamalar  keçirilsin. 
Sakinlər  yazır ki, icra başçısı  Novruz Novruzovun oğlu  vətəndaşın azadlığın məhdudlaşdırıb. 
Bəli, icra başçısının oğlu  Ruslan Novruzov  atasına məxsus şadlıq evində toy edən şəxsi  borca görə restoranda saxlayaraq buraxmayıb. 
Və bu məlumatı yazan mətbuat orqanlarını məhkəmə ilə hədələyib. 
Bəli, rayonda hamı bilir ki, “Savalan”  şadlıq evi icra başçısı Novruz Novruzovundur.   
Ruslan Novruzovun  eyni adda Bakıda və Sumqayıtda da şadlıq evləri var. 
Bir sözlə, Novruz Novruzov 30 ildir ki, vətəndaşların, iş adamlarının və dövlət vəsaitinin özününkü kimi istifadə etməklə milyonerə çevrilib. 
Yəqin ki, onu da digər icra başçılarının aqibəti gözləyir. 
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. /Gundelik-baku.com/

Oxşar xəbərlər