“Şəki Sukanal”ın direktoru Bayram Məmmədov turbanın diametrini “lülək”lə ölçür…- Bayram Məmmədovun qardaşı Nəsir rayonda tender kralıdır?…
29-03-2022, 11:10
1 621

“Şəki Sukanal”ın direktoru Bayram Məmmədov turbanın diametrini “lülək”lə ölçür…- Bayram Məmmədovun qardaşı Nəsir rayonda tender kralıdır?…

Abid Şərifovun sağ əli olan  Nəsir az  vaxtda milyonçuya çevrilib… 

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti sədrinin çoxlu müavini  var: 
Köçərli Həsənov, Teyyub Cabbarov, Seymur Seyidov və  İlqar Tağıyev və başqaları. 
Vallah, heç ABŞ  prezidentinin  bu qədər müavini yoxdur.
Məlumdur ki, Qorxmaz  Hüseynov 1 ildir ki, ASC-nin sədri  vəzifəsini tərk edib və  sədr vəzifəsi  müvəqqəti olaraq  sədrin müavini  Köçərli Həsənova həvalə edilib.  
Amma  su  ilə  ilə bağlı problemlər bitib-tükənmək bilmir. 
Təsəvvür edirsiniz,  “Tərəqqi” medalı ilə təltif olunmuş “Şəki Sukanal” TSC-nin  direktoru Bayram Məmmədov  barəsində  hər gün mediada neqativ məlumatlar dərc olunur. 
Ümumiyyətlə, “Azərsu”  ASC-nin tabeçiliyində olan rayon idarələrində özbaşınalıq hökm sürür. 
Təsəvvür edirsiniz  ərazidə fəaliyyət göstərən  şirkətlər, ictimai-iaşə obyektləri, şadlıq evləri  və s  rayon su idarəsinin rəhbərliyini  “görür”  və məsələ bitir. 
Yəni ASC-nin  rayon qurumlarının müdirləri suyun hesabına milyonçuya çevrilirlər. 
Belə  “su müdirlərindən”   biri də  “Şəki Sukanal”ın direktoru Bayram Məmmədovdur. 
Bu adamın səriştəsizliyi, təhsili olmayan tanışlarını, savadsız qohum-qardaşlarını idarəyə doldurması ilə  bağlı mediada nə qədər yazılıb.
Deyilənə görə, Bayram Məmmədov  maliyyədən anlayışı olmayan, işıq idarəsindən qovulan, təhsili olmayan Qismət adlı qohumunu abunə şöbəsinə müdir təyin edib. Gün ərzində 1 saat işdə olmur, özünə məxsus aptekdə dərman satır. 
Bayram Məmmədov uzun illərdir idarəyə rəhbərlik edir. Dövlət büdcəsindən ayrılan vəsaiti təyinatı üzrə deyil,  hara istəyir ora xərcləyir. 
Rayonun  su kanalizasiya sisteminin  yenidən qurulması ilə bağlı  İsveçrənin Şerko yardım təşkilatı, Almaniya İnkişaf  Bankı maliyyə dəstəyi verib. 
Amma Bayram Məmmədov həmin pulları hara silib, necə xərcləyib bilən yoxdur. 
Daha doğrusu, bilən var. 
Belə ki, həmin bahalı layihəni Bayram Məmmədov tenderdə öz yaxınlarına verib və  neçə milyonluq layihə hələ də yerinə yetirilməyib. 
Hələ bu harasıdır ? 
Bayram Məmmədovla bağlı “Azərsu”da müxtəlif lətifələr  dolaşır. 
Deməli,  müşavirələrin birində  “Azərsu”  ASC-nin rəhbərliyi  Bayram Məmmədovdan soruşub ki, Şəkiyə çəkilən  su turbalarının DİAMETRİ hansı ölçüdə olmalıdır ki, əhalinin su təminatı ödənilsin…?
DİAMETR sözünün mənasını anlamayan  “Şəki Sukanal”ın direktoru  Bayram Məmmədov yanında  oturan  “incinar”ına baxıb və görüb ki, o da bilmir…
Əlacsız qalan  Bayram Məmmədov, iki əlinin yanaşı gətirərək deyib ki, yoldaş rəis, LÜLƏYİ BU BOYDA olsa su çatar…
İndi gördünüzmü, Şəki boyda rayonun Sukanal idarəsinin direktoru diametr anlayışını  bilmir və turbanın ölçüsünə lülək deyir. Və bilmir ki, lülək  afatafada olar. 
Belə birisini  rəhbər vəzifəyə qoymaq özü cinayətdir. 
Bəli, Şəki Sukanal idarəsi sanki cinayət mənbəyidir. 
Belə ki, Bayram Məmmədov əvvəllər  QAİ-də işləyən qardaşı Nəsiri  idarədə söz sahibi edib. Nəsirin təhsili-zadı yoxdur. Amma, böyük bir şirkətin təsisçisidir. 
Nəsir Məmmədov əvvəllər  Şəki postundakı  5-ci tağımda adi QAİ işçisi olub. 
Bəli, Nəsirin təsisçi olduğu “Əfqan”  şirkətini Məmməd  idarə edir. 
Bayram Məmmədovun qardaşı  Nəsir Məmmədov Şəkidə tender kralı kimi ad çıxarıb. Və onun təsisçi olduğu şirkətin də adı oğlu Əfqanın adı ilə bağlıdır. 
Yeri gəlmişkən, onu da qeyd edək ki, Nəsir Məmmədov baş nazirin sabiq müavini Abid Şərifovun  sağ əli sayılır. 
Nəsir Məmmədov Şəki məhkəməsinin binasının, həbsxananın, Polis idarəsinin inzibati binasının “baş memarı”dır.  
Bəli, hazırda  keçmişdə QAİ işçisi olan Nəsir Məmmədov Şəkidə kanalizasiya çəkməklə məşğuldur. 
Görəsən, “Azərsu”nun müvəqqəti şefi  Köçərli Həsənov bu barədə nə düşünür..? 
Ay Köçərli müəllim, QAİ hara, kanalizasiya çəkmək hara..? 
Yuxarıda qeyd etdiyimiz kimi  “Əfqan” şirkəıtinin təsisçisi Nəsir olsa da idarə edən Məmməd adlı şəxsdir. 
Şəkililər deyir ki, QAİ-şnik Məmməd  Azərsu-da su kanalizasiya məsələləri mövzusunda  doktorluq dissertasiyası yazır. 
Lətifəni sevən Şəki sakinləri  deyir ki,  rayonda  su kanalizasiya çəkənlərin hamısı  rayonun Göynük kəndindəndir. OLSUN. 
Nə olar. Amma  turbanın ölçüsünün diametri LÜLƏKLƏ deyil,  millimeter, yaxud  santimetrlə ölçüldüyünü bilsinlər. 
Bunu bilsələr, hansı kənddən olmağın əhəmiyyəti yoxdur. 
Qarşı tərəfin mövqeyni dərc etməyə hazırıq.
Xatırladaq ki, yazıda müxtəlif saytların yazılarından istifadə edilmişdir. /Gundelik-baku.com/

Oxşar xəbərlər