Tərtərin Xoruzlu kəndindəki “Vəkiloğlu” MMC-nin tumları… - Bu tumların içindən qurd, qoyun nəcisi, hətta… çıxır…
30-03-2022, 11:37
1 807

Tərtərin Xoruzlu kəndindəki “Vəkiloğlu” MMC-nin tumları… - Bu tumların içindən qurd, qoyun nəcisi, hətta… çıxır…

Qoşqar Təhməzlinin  QİDA-sə hara baxır ? 

Şirkətin polisi maşınla vurub  qaçan direktor müavni necə azadlığa çıxdı..? 


Bu şirkət, yəni “Vəkiloğlu” MMC  haqqında  2 il öncə eşitmişdik. 
Belə ki, rəsmi məlumatlardan bəlli olurdu ki, xüsusi karantin rejiminin tətbiq olunması səbəbindən fəaliyyət göstərən iki stasionar postda yol hərəkəti qaydalarını kobud şəkildə pozan və xidməti vəzifəsini həyata keçirən zaman polis əməkdaşını avtomobillə vurub ona bədən xəsarəti yetirən sürücü qaçıb aradan çıxıb. 
Təsəvvür edirsiniz, karantin rejimi dövründə iki polisi  vurub qaçan şəxs hamıya meydan oxuyur. Nazirliyin rəhbərliyini söyür, ağzına gələni danışır və ona bir söz deyən olmur. 
Söhbət  Tərtər rayonunun Xorzlu kəndində  fəaliyyət göstərən “Vəkiloğlu” MMC-nin  ( Patron tumlar ) direktor müavini Elşad Məmmədovdan gedir. 
Bu adam şirkətin direktoru  Rəşad Məmmədovun qardaşıdır. 
Aydınlıq üçün qeyd edək ki, Elşad Məmmədov  idarə etdiyi “Mercedes” markalı, 10-00-018 dövlət nömrə nişanlı avtomobillə Bakı-Qazax avtomobil yolunun 60,5-ci kilometrliyində xüsusi karantin rejimi ilə əlaqədar qurulmuş stasionar postda xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşının “saxla” əmrinə tabe olmadan öz hərəkətini davam etdirib, bundan əlavə, həmin magistralın 113-cü kilometrliyindəki stasionar postda xidmət aparan digər polis əməkdaşlarının da “saxla” əmrinə məhəl qoymayıb və posta daxil olaraq xidməti vəzifəsini yerinə yetirən Şirvan rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı Mirzəli Mirzə Nofil oğlunu vurub ağır bədən xəsarətləri yetirib.
Faktla bağlı Hacıqabul rayon prokurorluğunda Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanmışdı. 
Və  Elşad Məmmədov  azadlıqda gəzərək özü üçün kef edir. 
Bəs görəsən bu boyda cinayəti  törədən adam necə azadlıqda qala bilərdi..? 
Bu suala  birazdan qayıdacağıq…
İndi isə “Vəkiloğlu”nun tumlarından bəhs edək. 
Deməli, bir neçə ildir ki, bu şirkətin Patron tumları haqqında ölkə mediası nələr yazmır. 
20  qəpiyə satılan  “Sərfəli” günəbaxan tumundan qurd çıxmasıyla bağlı vətəndaşlar az qala haray salırlar. 
Hətta vətəndaşlar  yazır ki, həmin tumların istehsal edildiyi yerdə   antisanitar və gigiyenik qaydalara əməl olunmur. 
Onda ortaya sual çıxır ki, bəs görəsən Qoşqar Təhməzlinin rəhbər  olduğu QİDA agentliyi  hara baxır ? 
Hələ bu harasıdır ? 
Vətəndaşlar yazır ki, günəbaxan paketinin içindən tullantı çıxıb və vətəndaş bununla bağlı istehsalçı şirkətin nömrəsinə zəng edərək haqlı iradını bildirib. İstehsalçı şirkətdən isə bildiriblər ki, hazırda həmin günəbaxan tumlarının istehsal olunduğu sexdə təmir işləri gedir və buna görə paketin içindən tullantı çıxması normal haldır. Daha sonra şirkətin xanım təmsilçisi öz arqumentini daha da gücləndirmək üçün əlavə edib ki, indiki iş şəraitində onlara məxsus günəbaxan paketinin içindən nə desən çıxa bilər.
İndi gördünüzmü, şirkətin işçisi üzr istəmək-filan əvəzinə  deyir belə hal normaldır. 
Bax, belə şirkətin direktor müavini də polisi vurub qaça bilər. Buna da adi hal kimi baxmaq lazımdır. 
Hələ bu harasıdır ee…
İndi görün nə baş verib..? 
Bəli, vətəndaş  yazır ki, aldığım  tumların içindən QOYUN NƏCİSİ çıxdı…
Bu artıq sözün bitdiyi yerdir. 
Ona görə mövzunun istiqamətini dəyişirik. 
Deməli, şirkətin rəhbərliyi dönə-dönə qeyd edir ki, şəhid ailələrinə xeyli ianə  etmişik. 
Əgər sənin istehsal etdiyin məhsulun içində qoyun nəcisi  çıxırsa, sənin ianən ….dəysin. Kimə lazımdır  belə ianə..? 
Hələ bu harasıdır..? 
İndi görüm tumların içindən daha nə çıxacaq…?
Tərtərdən olan millət vəkili Sahib Alıyev deyib ki, lazım gəldiyi vaxt yardımsevərlik, xeyriyyəçilik edən imkanlılar, sahibkarlar da var....
“Tərtərin Xoruzlu kəndində “Patron” tumlarını istehsal edən “Vəkiloğlu” MMC-nin təsisçiləri Rəşad və Elşad Məmmədov qardaşları məhz birincilərdəndirlər. Onlar bu günlərdə Yeni Azərbaycan Partiyasının könüllüləriylə birgə 200-dən artıq ehtiyacı olan ailəyə baş çəkərək yardım ediblər. Bu gün Elşadla danışdım, daha 100 ailəyə yardım hazırlıqları gördüklərini bildirdi. Xahişim bu oldu ki, mümkünsə, yardımı bir neçə yox, sağlamlığı testlə təsdiqlənmiş bir adam çatdırsın.
Son olaraq onu qeyd edək ki, polisi vurub qaçan Elşadın qardaşı  Rəşad Məmmədov  jurnalistə deyib ki, “Bura Azərbaycandır, puluna minnət, siz də gedin neçə istəyirsiniz yazın”....
Qarşı tərəfin mövqeyni dərc etməyə hazırıq.
Xatırladaq ki, yazıda müxtəlif saytların yazılarından istifadə edilmişdir. /Gundelik-baku.com/

Oxşar xəbərlər