Manşet
1-04-2022, 11:44
1 901
Avtovağzallar nə üçün işləmir ? - Küçə ticarəti və 1 manatlıq taksilər Bakınıın gözəlliyini pozur..
Küçə ticarəti + 1 manatlıq taksilər...indi Bakını təsəvvür edin...
Bakıda 35-40 min arası 1 manatlıq taksi var...
Görəsən İcra Hakimiyyəti, Hüquq Mühafizə Orqanları və digər qurumlar bu xaosu görmür ?
Metro çıxışları, avtobus dayanacaqları dəhşəti xatırladır...
Sözün düzü, metro çıxışlarındakı, avtobus dayanacaqlarındakı səs-küyü, daha doğrusu, bağırtını eşidəndə adam elə bilir ki, hansısa vahiməli, qorxunc bir aləmə düşüb.
1 manatlıq, ucuz taksi sürücüləri Koroğlu metrosunun çıxışında
Zabraat....Maştağaa...Binəə...Mərdəkann...deyə qışqırırlar.
20 yanvar metrosundan çıxanda isə şüar dəyişir: Xırdalann....Qurtuluşş...Sumqayıt....
Bu hal digər metro çıxışlarında, avtobus dayanacaqlarında təxminən eynidir.
Və təsəvvür edirsiniz bu taksilərin əlindən marşrut avtobusları saxlamağa yer tapmır. Yolun kənarı taksilərlə doludur. Avtomobillər keçməyə yol tapa bilmir. Beləcə cəhənnəm əzabına bənzəyən tıxaclar yaranır.
Taksi sürücüləri tez-tez sərnişinləri az qala trasın ortasında saxlayıb düşürürlər. Hansı ki, hər an ölüm hadisəsi baş verə bilər.
İnanmaq olmur ki, dünyanın hansısa bir ölkəsində buna bənzər eybəcər mənzərə olsun.
Amma, bir nəfər də olsun dövlət qurumu buna münasibət bildirmir. Yəni həmin ərazilərdə olan bütün işçilər də sanki bu hala göz yumurlar.
Bilirsiniz, biz taksi xidmətinin əleyhinə deyilik, ancaq paytaxt Bakının nəqliyyat sistemini iflic vəziyyətə qoymaq heç cürə yol verilməzdir.
Bu sürücülər özlərinin dediyi kimi səhər saat 7-dən, axşam saat 12-yə kimi küçələrdə ora-bura şütüyürlər, 1 manata görə, yolda maşını 100 dəfə saxlayıb, müştəri axtarırlar. İndi özünüz təsəvvür edin 1 taksi sürücüsü 50 yerdə saxlayırsa, görün vəziyyət necə olur.
Statistikaya görə, Bakıda 35-40 min qanunsuz taksi fəaliyyət göstərir. Bunlardan 2-3 mini fərqlənmə nişanı alır, qalanları fərqlənmə nişanı olmadan, qanunsuz , dövlətə heç bir vergi ödəməyən 1 manatlıq taksilərdir.
Hətta qanun-qayda üzrə avtobuslara ayrılmış dayanacaqlar da bu taksilərin əlindən tərpənə bilmir.
Bu taksilərin əlindən Sumqayıt istiqamətinə hərəkət etmək demək olar ki, mümkün olmur. Yollar Bakıda, Sumqayıtda bu taksilərlə doludur.
Görəsən, səhərdən-axşamacan Bakını, Sumqayıtı zəbt edən bu taksi sürücüləri dövlətə heç olmasa 1 manat vergi ödəyirmi ..?
Əlbəttə, yox. Bütün bunlar hamısı qanunsuz fəaliyyət göstərirlər. Həm də vətəndaşların əsəbləri ilə oynayırlar.
Görəsən, Bakıda və Sumqayıtda mövcud olan avtovağzallar nə üçün işləmir..?
Axı, taksi sürücüləri də onda avtovağzallardan istifadə edərlər dəə...yoxsa yolların qırağına tısbağa kimi düzülməzlər.
Deməli, bütün bunlar hamısı məqsədəyönlü şəkildə baş verir. Və səhərdən axşamacan şəhərdə dolaşan taksilərə şərik olanlar, onlara havadarlıq edənlər var.
Bəli, bu işdə neçə-neçə nəfərə arendaya taksi verən məmurlar var. Taksi sürücüləri ilə söhbət zamanı bunu özləri açıq şəkildə deyirlər.
Hətta taksi biznesinə icra başçıları da, hətta rəislər də, digər vəzifəli şəxslər də şərikdirlər.
Əks-təqdirdə bu dəhşətə, bu xaosa kim göz yumar ki..?
Sözün həqiq mənasında, bəlkə də ölkəmizə gələn hansı əcnəbisə metroların çıxışlarındakı basabası, soxasoxu, qışqırtını, bağırtını görsə...düşünər ki, bu nə tamaşadır...
Bütün bunlarla bərabər Vergi Dövlət Xiddmətinin bu məsələyə laqeyd qalması da düşündürücüdür. Axı, niyə qanuni yolla bu taksi sürücüləri vergiyə cəlb olunmurlar..?
Bir məsələni də qeyd edək ki, acınacaqlı mənzərə tam aydın olsun.
Hamıya bəllidir ki, metro çıxışları, yol kənarları hamısı küçə ticarəti ilə məşğul olanlarla doludur. İndi bunun üzərinə taksi sürücülərini də əlavə edin və...görün ki, Bakının dərdi var, Bakı xəstədir...
Sözün qısası, kimlərsə öz maraqları, qazancları naminə Bakını 90-cı illərin vəziyyətinə salmağa çalışırlar. Daha doğrusu, salıblar...
Bizdən yazmaq, yozmaq isə...daha doğrusu, tədbir görmək isə müvafiq dövlət qurumlarının üzərinə düşür.
Qəpik dalına düşən cənab Prezidentimizin sərəncam və göstərişlərinə əməl etməyən bütün məmurlara ölüm olsun.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. /Gundelik-baku.com/