Füzulinin Araz Yağlıvənd kənd məktəbindən dəhşətli video görüntülər… - Direktor Səidə Hacıyeva şagirdləri niyə barama kimi tüstüdə boğur..?
1-04-2022, 15:10
7 581

Füzulinin Araz Yağlıvənd kənd məktəbindən dəhşətli video görüntülər… - Direktor Səidə Hacıyeva şagirdləri niyə barama kimi tüstüdə boğur..?

Məktəbin tavanı-döşməsi qopub, tualeti isə  rüsvayçılıqdır…

Görəsən, nazir Emin Əmrullayev bu videolara baxanda xəcalət çəkirmi ? 

Bəs rayonun icra başçısı  Alı Alıyev hara baxır ? 



Qısa  məlumat üçün qeyd edək ki, Füzuli rayon Təhsil Şöbəsinin tabeliyində  79 ümumtəhsil məktəbi, 1 İnternat tipli Gimnaziya, 2 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. Həmin məktəblərin 15-i Bakı şəhəri, 5-i Sumqayıt şəhəri, 1-i Şirvan şəhəri, 2-si Sabirabad rayonu, 5-i İmişli rayonu, 7-si Beyləqan rayonu, 44-ü isə rayon ərazisində fəaliyyət göstərir.
Həmin məktəblərdən biri də şəhid  Bəxtiyar  Əzimov adına  Araz Yağlıvənd kənd tam  orta məktəbidir. 
Məktəbin direktoru isə Səidə Hacıyevadır. 
Ümumiyyətlə,  bu məktəb barəsində yerli sakinlərin  mətbuata  yazdıqlarını oxuyanda, göndərdikləri  videolara baxanda  adam dəhşətə gəlir. 
XXI əsrdə  mal tövləsinə bənzəyən məktəbdə necə şagird oxuya bilər. 
Sakinlər  yazır ki, Bəxtiyar Əzimov adına Araz Yağlıvənd kənd tam orta məktəbində qanunsuzluqlar baş alıb gedir. Belə ki, məktəbin direktoru olan Səidə Hacıyeva məktəbin həyətində öz şəxsi təsərrüfatına aid olan inəkləri, mal-qaranı otarır.
Şikayətçininn yazdıqlarından bəlli olur ki, məktəbdə istilik sistemi yoxdur, odun sobası yandırırlar və şagirdlər tüstüdən dərs otaqlarında otura bilmir, dərslər yarımçıq kəslir. Müraciətdə o da qeyd olunur ki, məktəbin direktoru Səidə Hacıyeva dövlət tərəfindən məktəbə ayrılan idman avadanlıqlarını sataraq mənimsəyib.
Məktəbin fizika, kimya, biologiya otaqlarına verilən fizika, kimya, biologiya avadanlıqları isə direktor Səidə Hacıyeva və RTŞ-nin müdiri Ramella Məmmədova tərəfindən mənimsənilib. Bütün bunlar azmış kimi məktəbin müəlliməsi Pərvanə Quliyeva saxta diplomla məktəbdə direktor müavini işləyib. Direktor müavini işləyən zaman qeyri-qnuni olaraq vəzifə maaşı ilə bərabər dərs yükünə görə də maaş alıb.
Bütün bu qanunsuzluqların arxasında dayanan Füzulu RTŞ-nin müdiri Ramella Məmmədovadır. Şikayətçilər  xahiş edir ki, onların  göndərdiyi müraciəti  və göndərdiyi canlı video görüntüləri ictimailəşdirək. 
Gündəlik-Bakı olaraq  bu məktəblə bağlı “Məktəb, yoxsa örüş yeri” başlıqlı  yazımızda bəhs etmişdik. 
Yenicə  redaksiyamıza  göndərilən  təzə  videolara baxanda  isə…adam dəhşətə gəlir. 
Məktəbin həyəti zibil yığını, mal təzəkləri ilə doludur. 
Bütün bunlar  azmış  kimi məktəbin tualetinə baxanda  adam dəhşətə gəlir. 
Birincisi, tualetin qapısı yoxdur.
İkincisi, tualet  dəhşətli dərəcədə natəmiz  vəziyyətdədir, antisanitariya  və s. 
Görəsən, Səidə Hacıyeva başa düşmür ki, bu məktəb 1992-ci ildə Qarabağda şəhid olmuş əsgərimizin adını daşıyır. 
Barı,  heç olmasa, şəhidin adından utanın, abır-həya edin dəə…
Canlı videolardan görünür ki, mart ayında, yəni soyuq havada  şagirdlər  sinifdə soyuqdan donur, sinif otağını isə tüstü  basıb, şagirdlər öskürür, boğulur…
Vallah, vaxtilə  baramanın içindəki kəpənəkləri boğmaq üçün  tüstüyə verərdilər. Lap adamın gözünün qabağına həmin mənzərə gəlir. 
Görəsən, Səidə Hacıyeva  bu gül balaları nə üçün boğur..? 
Həm də qışın günündə, xəstəliklərin yayıldığı  bir vaxtda  belə məktəbə hansı şagird gəlmək istəyər..?
Sinif otaqlarınn döşəməsi  dəlmə-deşik, tavanı  uçuq. Bura necə məktəb demək olar..? 
Görəsən  bu canlı videoları, təhsil naziri Emin Əmrullayev, yaxud  rayonun icra başçısı  Alı Alıyev  görmür ? 
Cənab nazirə və icra başçısına buradan deyirk ki, sizi həmin uşaqların tüstüdən  boğulduğu  otaqlara salsalar dözə bilərsinizmi..? 
Maşallah ikiniz də oturmusunuz isti və yaraşılıq kabinetlərdə….uşaqlar da tüstüdən boğulur…
Həmin məktəbin şagirdləri  Qarabağı  azad elədi, şəhid oldular ee…
Vallahi, bu vide görüntülər  xarici mediaya yol tapsa, bir millət və cəmiyyət olaraq  biabır olarıq. 
Sonda bir daha onu qeyd etmək istəyirik ki, malyarı-rəngsazı  rəssam, rəssamı malyar yerinə qoyanda  belə də olmalı idi. 
Qarşı tərəfin mövqeyni dərc etməyə hazırıq. 
Yazıda müxtəlif saytların materiallarından istifadə olunub. /Gundelik-baku.com/

Oxşar xəbərlər