Manşet
5-04-2022, 12:23
1 555
SSRİ dövrü çəkilmiş 1 000 000 km alternativ qaz, su, melioraisiya turbalarını kimlər satıb..?
Bu boyda cinayətdən “Azəriqaz”ın, “Azərsu”nun, “Azərmeliorasiya”nın xəbəri olmayıb..?
Bunu araşdırmaq üçün möhtəbər dövlət komissiyası yaradılmalıdır...
Məlumat üçün qeyd edək ki, SSRİ adlı dövlətdə istənilən situasiyaya hazır olmaq üçün qaz, su, meliorasiya xətləri alternativ çəkilirdi.
Lap loru dildə desək, qaz, su, yaxud suvarma xətlərində qəza halı baş verərdisə, o anda alternativ xətt işə düşürdü.
Bir az da sadə dildə deyək. Əgər qışın soyuğunda hansısa qaz xəttində avariya-qəza baş veribsə və bunu aradan qaldırmağa saatlar, günlər lazım olacaqsa...vətəndaş qışın soyuğunda donmalı deyildi ki ?
Deməli, belə hallar üçün alternativ-paralel xətlər var idi. Və qəza halında həmin xətlər avtomatik işə düşürdü, insanlar da əziyyət çəkmirdi.
Bunları yazmaqda məqsədimiz odur ki, SSRİ dağılanda Azərbaycanda yerin altında bəlkə də milyon kilometrlərlə alternativ qaz, su, meliorasiya turbaları var idi.
Bizim bəzi dövlət məmurları düşündü ki, bu alternativ turbaları doğrayıb “metallom” kimi satmaq və...100 milyonlar qazanmaq olar.
Belə faktlar 5-10-15 deyil...
Biz belə faktlardan bir neçəsini oxucuların nəzərinə çatdırmaq istəyirik.
Bu barədə bütün ölkə mətbuatı illərdir yazır.
Məsələn, mətbuatın yazdığına görə, Şirvanın sabiq, Zərdabın indiki icra başçısı olan Mərdan Camalov Şirvanda 3 kilometr, yəni 3000 metr uzunluğunda yeraltı qaz turbasını doğratdırıb və satdırıb.
Yuxarıda dediyimiz kimi bu alternativ qaz xətti idi.
Təsəvvür edirsiniz, bütün xalqın, cəmiyyətin, dövlət qurumlarının gözü qarşısında 3000 metr uzunluğunda, iridiametrli qaz turbalarını rayon prokurorunun razılığı ilə doğrayıb satırlar. Bu biznesə hətta o zamankı baş prokuror Zakir Qaralov da şərik olur.
O zamandan Mərdan Camalov sözün həqiqi mənasında milyonçu olur.
Məsələ turba ilə bitmir.
Mərdan Camalov Şirvanın o zamankı Hüquq Mühafizə Orqanları ilə birgə rayon ərazisindəki, beton zavoduna gedən dəmir yolu relslərini də doğrayıb satdırır.
İndi gördünüzmü, məsələ təkcə qaz, su turbası deyil, bunlar dəmir yolu, tramvay relslərini də satıblar.
İndi keçək başqa bir misala. Bu dəfə qaz yox, SU turbalarından bəhs edək...
Bəli, Masallının indiki icra başçısı Şahin Məmmədov Ağcabədinin icra başçısı olarkən, Qarqar çayından rayon mərkəzinə gələn 18 km uzunluğunda su borularını çıxararaq satıb.
Təsəvvür edirsiniz, 18 km uzunluğunda su borularını doğrayıb satırlar və bir dövlət qurumu səsini çıxartmır. Niyə..? Çünki hamısı bu cinayət əməlinə şərikdir.
Birincisi, o boyda SSRİ dövləti ağlını itirmişdi ki, yerin altında 18 km alternativ su xətti çəkirdi..?
Deməli, dövlət istənilən situasiyaya hazır olmalıdır.
Təsəvvür edirsiniz, Qarqardan Ağcabədinin rayon mərkəzinə kimi uzanan 18 km-ə qədəri çuqun boruların 1-inin uzunluğu 4,2 metr, çəkisi 534 kq-dır.
İndi qoy hüquq-mühafizə orqanları 18 km borunun çəkisini və bazar qiymətini hesablasın. Və görsünlər ki, Şahin Məmmədov təkcə su borularından neçə milyonlar qazanıb.
Belə nümunələrin sayını kifayət qədər artırmaq olar.
Demək olar ki, bütün rayonlarda, şəhərlərdə eyni vəziyyətdir.
Yəni son illər metal-turba mafiyası bu yolla milyardlar qazanıb.
Bir məsələni də xüsusi qeyd edək ki, əgər icra başçısı, yaxud başqa bir məmur qaz, su, meliorasiya turbalarını kəsib-doğrayıb satırsa, bundan Azəriqaz-ın, Azərsu-nun, yaxud Azərmeliorasiya-nın necə xəbəri olmaya bilərdi..?
Deməli, bu qurumlar bütün bu cinayət əməllərini müştərək ediblər. Bu aksiomadır.
Bu məsələ hətta zamanında sabiq Baş prokuror Zakir Qaralovun kabinetində müzakirə edilib və...yaşıl işıq yandırılıb.
Bəli, konkret deyə bilərik ki, hər dəfə turbaların oğurlanması ilə bağlı milyonluq məsələlər Zakir Qaralovun kabinetində müzakirə olunanda son sözü “Qosprokuror” deyirdi və “faiz”ləri müəyyən edirdi. Əgər belə olmasa idi o turbalara görə bir çox icra başçıları və onların işbaz dostları çoxdan həbsxanalarda cəza çəkirdilər.
Yəni bu böyük bir mütəşəkkil cinayətkar dəstədir.
Və bizə nə qədər hədə-qorxu, təhdid-filan olsa da biz Gündəlik-Bakı olaraq bu məsələnin sonadək araşdırılmasını tələb edəcəyik. Ona görə ki, bu işdə Prezidentimizin verdiyi sərəncamlar, dövlət maraqları, dövlətçiliyimiz, büdcəmiz bizim üçün çox vacibdir. Bir məsələni başa düşmək olmur, bəzi məmurlar ancaq oğurlamağı, talan etməyi, bu gün nə qapdım-qapdım prinsipini üstün tuturlar. Bu tip məsələlərlə bağlı məqalələr dərc edən jurnalistləri isə pul müqabilində susdurmaq, pul götürməyəndə məhkəmə ilə hədələmək, vaxtını almaq, hədə-qorxu gəlmək, heç bir niyyətləri baş tutmayanda isə şərləmə prinsipinə keçirlər. Amma həmin jurnalistlərin bəziləri açıq-aşkar şəkildə həmin şərləyən məmurun üzünə deyir ki, mərhum Məmməd Arazın sözü ilə "Məni qınayanın beləsi belə" VƏ YA "Yalançının beləsi belə". Onda həmin məmur məzlum-məzlum adamın üzünə baxır. Hələ o sözü həmin məmurun övladlarının yanında deyəsən, gör onda nə baş verər.
Təsəvvür edirsiniz, bu cinayətkar dəstə deyir ki, Prezidentin dənizin dibi, yeraltı metal tullantılarla bağlı göstərişi olub. Çox gözəl.
Bəs yerin altındakı bu dəyəri milyardlar olan boruların, gəmilərin pullarını kimlər mənimsəyib..?
Bu boruların və gəmilərin doğranılaraq satılmasından dövlət büdəcəsinə 1 manat daxil olubmu..?
Bütün bu məsələlərlə bağlı biz Gündəlik-Bakı olaraq cənab Prezidentdən xahiş edirik ki, möhtəbər bir dövlət komissiyası yaradılsın və uzun illərdir metalların satışından dövlət büdcəsinə nə qədər vəsait daxil olubsa yoxlanılsın.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. /Gundelik-baku.com/