Səbaildə baş verən partlayış çoxlarını bitirəcək…. - Partlayış nə üçün məhz ramazan-orucluq ayında oldu..?
5-04-2022, 14:45
1 660

Səbaildə baş verən partlayış çoxlarını bitirəcək…. - Partlayış nə üçün məhz ramazan-orucluq ayında oldu..?

Qaz  sızmasını öncədən xəbər verən detekterlər nə üçün ölkəyə gətirilmir..? 

Müasir dünyamızda  heç bir ölkə  qəzadan, partlayışdan-filandan  sığortalanmayıb. 
Təsəvvür edirsiniz, avtoqəzalarda baş verən ölüm halları, müharibədə ölənlərin sayından qat-qat çoxdur. 
Yəni bunlar dövrümüzün acı statistikasıdır. Amma...
Əmması odur ki, kimsə məsuliyyətsizlik edərək,  yoldakı lükün qapağını açıq qoyur və təhlükəli qəza  baş verir, insan tələfatı olur. 
Bunun artıq reallıqla heç bir əlaqəsi  yoxdur.
Son illər Azərbaycanda nə qədər  vətəndaş, yaxud ailə qaz sızması nəticəsində dünyasını dəyişib. 
Adını da qoymuşuq...İran sobaları-filan...
Bu adamlara başa salmaq olmur ki, müasir dünyada qazın sızmasını anındaca xəbər verən  cihazlar  var. 
Ay  cənablar, nə qədər yazmaq olar ki, qaz sızıntısını xəbər verən, sızıntı zamanı qazı avtomatik söndürən detekter və  digər  cihazlar var  dünyada. 
Niyə quraşdırmırsınız..? 
Niyə  bu cihazları ölkəyə gətirmirsiniz..? 
Digər tərəfdən  kommersiya obyektləri niyə  balon qazlara üstünlük verir..? 
Çünki elektrik enerjisi  bahadır. Balon qazlar ucuzdur, amma təhlükəlidir. Və kommersiya obyektləri də ucuza  qaçır. 
Ona görə də  bu məsələdə  ciddi  qanunlar qəbul edilməlidir. 
Digər bir məsələyə nəzər salaq. 
Çoxumuzun bəyənmədiyi  Avropada  gecə müəyyən vaxtdan  sonra spirtli içkilərin satışı  qadağandır. 
Müsəlman ölkəsi olan Azərbaycanda gecə saat 3-də, 4-də  barlarda spirtli içkilərin satışına kim icazə verib..? 
Həm də pandemiyanın tüğyan elədiyi zamanda. 
Görəsən, şəhər rəhbərliyi hara baxır..? 
Görəsən Səbailin icra başçısı Vuqar  Zeynalov  bu boyda həngaməni görmür..?
Vaxtilə “kinoverən” işləyən, yəni Nizami Kino Mərkəzinin direktoru olan Vüqar müəllim  4 ildir ki, bu rayonun icra başçısısıdr. Deyəsən, limit  bitmək üzrədir..? 
Görəsən,  gecə barı açıb gecə səhərəcən sakinləri bezdirməyə hansı icra orqanı  rəsmi icazə verib..? 
Paytaxtın hüquq-mühafizə orqanları bu barədə nə düşünür..? 
Bakı şəhərində  neçə qədim binaların zirzəmisində xarici vətəndaşlar  gecə barı açaraq  səhərəcən sakinləri bezdirirlər. 
Bu barədə neçə illərdir ki, vətəndaşlar  dövlət qurumlarına yazır ki, səs-küydən  yata bilmirik, uşaqların əxlaqına mənfi təsir edir və s...
Guya bunları görmürdünüz, eşitmirdiniz..? 
Yəqin ki, söhbətin  3 aprel 2022-ci il tarixdə saat 03:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən “Location”  gecə klubunda baş verən partlayışdan getdiyini  bildiniz. 
Belə ki, partlayış nəticəsində 1 nəfər ölüb, 37 nəfər müxtəlif bədən xəsarətləri alıb. 
Bu gün insanların çoxu adi kommunal xərclərini ödəyə bilmədiyi  halda görəsən, bahalı gecə barlarında əylənən şəxslər kimdir, nəçidir..? 
Bunların siyahısını açıqlamaq olmazmı..? 
Bəli, yayılan məlumatlardan bəlli olur ki, gecə barında  xəsarət alanlardan biri də  Bakı Lift İdarəsinin sabiq direktoru Qüdrət Şükürovun qızı  Aysel Şükürovadır. 
Bu xanım  450 min manata  başa gələn qalmaqallı toyu ilə oxucuların yadında qalıb. Və həmin vaxt onun barəsində yazanları  söyüb, təhqir edib. 
Axı, vətəndaşlar soruşurdu ki,  dövlətdən konkret maaş alan Bakıliftin müdiri   Qüdrət Şükürov  qızına necə 450 min manatlıq toy edə  bilər..? 
Bəs sonrası nə oldu..? "DƏHŞƏTLİ DƏRƏCƏDƏ TƏRLƏMƏ".
Bu da nəticəsi. 
Allah yaralananlara şəfa versin, ölənlərə rəhmət eləsin. Amma...
Əmmasaı odur ki,  belə bir faciəli hadisə niyə məhz ramazan, orucluq ayında baş verdi..?
Bizim  dindar, yaxud qeyri-dindar kəsimin üzərinə kölgə salmağa  haqqımız yoxdur. Amma düşünməyə dəyir ki,  nə baş verir..? 
Sonra o da maraqlıdır ki, nə üçün  gecə klubunun sahibinin kimliyi  hələ də açıqlanmır..? 
Bizə daxil olan məlumata görə, həmin obyekt Ceyhun adlı şəxsə  məxsusdur. Və qonşu obyektdən qaz sızması nəticəsində faciə baş verib. 
Yəni xeyli sayda  cavabsız suallar var. Ki, bunlara aydınlıq gətirilməlidir. 
P.S. Məsələyə aydınlıq gətirmək üçün Gündəlik-Bakı qəzetinin Baş redaktoru   “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru hörmətli  Ruslan Əliyevlə  telefon əlaqəsi saxlayıb. Ruslan müəllim bildirib ki, hadisə baş verən obyektdə təbii qaz istifadəsi olmayıb, hadisə propan-balon qazının partlaması nəticəsində baş verib. Hadisənin təbii qazla heç bir əlaqəsi olmayıb.
Bəli, bütün baş verən hadisələrin hər biri üçün biz ictimaiyyət olaraq tam ayıq-sayıq olmalıyıq. 
Yazıda adı keçənlərin mövqeyni dərc etməyə  hazırıq. /Gundelik-baku.com/

Oxşar xəbərlər