Səhiyyəmizin uğursuz kadr siyasəti…- Peşəkar və təcrübəli həkimlər təcrübəsiz gənc kadrlarla əvəz edilir…
9-04-2022, 10:24
1 536

Səhiyyəmizin uğursuz kadr siyasəti…- Peşəkar və təcrübəli həkimlər təcrübəsiz gənc kadrlarla əvəz edilir…

İllərin təcrübəsinə malik YAŞLI həkimi çıxardıb yerinə praktiki təcrübəsi olmayan gənci təyin etmək....

Bilik, təcrübə, rəhbər olmaq  keyfiyyətləri illərlə formalaşır...

Bir peşəkar mütəxəssisin, uzmanın hazırlanmasına ən azı 10-12 il vaxt lazım olur...


Bütün dünyada  nəsl dəyişməsi deyilən, bəzən  atalar və oğlullar adlandırılan problem olub. 
Yəni   gənc  nəsil  yaşlı nəsili əvəz etməlidir.
Amma zamanında...
Bizdə son illər gənc nəsilin hakimiyyətdə təmsil olunması, gənclərə olan etimad əlbəttə təqdirə layiqdir. Amma...
Əmması odur ki, yaşlı və təcrübəli  nəsli  vəzifələrdən uzaqlaşdırıb yerinə gənc, amma təcrübəsiz  şəxsləri doldurmaq qətiyyən olmaz. 
Bunun  ağrısını bir millət və cəmiyyət olaraq  çəkəcəyik. 
Bütün  dünyaya bəllidir ki, bir peşəkar mühəndisin, təcrübəli həkimin, yaxud lap təyyarəçinin hazırlanması üçün  10-12 il il vaxt lazım olur. 
Yəni bu məsələ  bütün dünyada bəlli məsələdir. 
Sözün qısası, gənc mütəxəssis  universitet partası arxasında  nəzəri cəhətdən xeyli bilik əldə edə bilər ee...
Amma  bu adamın 1 günlük praktiki təcrübəsi yoxdursa, buna necə mühüm vəzifəni  tapşırmaq olar..? 
Yəni rəhbər  vəzifədə çalışmaq üçün illərin nəzəri və praktiki bilikləri lazımdır. 
Və üstəlik...
Rəhbər olan şəxsdə  rəhbərə məxsus  insani və mənəvi keyfiyyətlər olmalıdır. 
Bir sözlə, ucdantutma  yaşlı və təcrübəli nəsli  YAŞ bəhanəsi ilə az qala kütləvi şəkildə işdən uzaqlaşdırmağın bir adı var:
Millətin gələcəyinə balta çalmaq...
Və illərlə toplanmış kadr korpusunu məhv etmək...
Son illər bütün sahələrdə  belədir. 
Aqrar sahədən tutmuş  təhsil sferasına, təhsildən tibb sahəsinə qədər çox yerdə...
Uzun illər həkim, baş həkim işləmiş şəxsləri vəzifəsindən uzaqlaşdırıb yerinə  gənc-“molodoy”  birini təyin edirlər. 
Bu gəncin də öz ixtisası üzrə  praktiki  təcrübəsi yoxdur, hələ üstəlik  vəzifəyə təyin olunan kimi özü ağılda  dost-tanışlarını ətrafına yığır və...
Ancaq  necə pul yığmaq, az vaxtda necə varlanmaq barədə düşünürlər...
Ümummilli lider Heydər Əliyev deyirdi: "Həkim üçün hər bir keyfiyyət lazımdır. Amma ən əsas keyfiyyət yüksək mənəviyyatdır”. 
Bəli, illərlə püxtələşmiş,  müdrikləşmiş  bir şəxsiyyəti  yaşına görə  vəzifədən çıxardıb yerinə  ağzından rüşvət iyi gələn bir cavanı (bu hamıya aid deyildir) təyin etmək nə vaxtdan  islahat sayılır..? (görəsən həmin gənc dünyasını dəyişmiş xəstə ilə bir otaqda qala bilərmi?)
Axı,  həkimlik və digər peşələrdə olduğu kimi  insanlar işlədikcə, yaşa dolduqca öz sahəsinin UZMANına çevrilir. 
Biz deməli  UZMAN həkimlərimizi  işdən uzaqlaşdırıb  yerinə niyə və nə üçün  təcrübəsiz  gəncləri təyin etməliyik..? 
Tarixdə məşhur loğmanlar, təbiblər, İbn Sinalar olub. 
Bunlar 20-25 yaşında məşhurlaşmayıb ee...illərin təcrübəsindən sonra dünyada məşhur olublar. 
Yaxud  Azərbaycanın məşhur həkimlərindən biri, Ulu Öndərin 2-ci dəfə hakimiyyətə gəlişində hər cür riskə gedən, 91-lərin üzvü  Əlfəddin həkimi yada salaq. 
Söhbət uzun illər telekanallarda  “Sağlamlıq” verilşiini aparan baş həkim olmuş Əlfəddin Abdullayevdən gedir. 
Məgər  ancaq yaş  səbəbindən  insanı öz peşəsindən uzaqlaşdırmaq olarmı..? 
Qoy gənclər də əziyyət çəkib təcrübə toplasınlar, praktiki  biliklərə  yiyələnsinlər və zamanı çatanda  baş həkim, yaxud  rəhbər vəzifədə çalışsınlar. 
Həm də açıq etiraf etməliyik ki,  sovet təhsil sisteminin üstünlüyünü bütün dünya  qəbul edirdi. 
Bu birmənalı belədir. 
Ancaq bu gün təhsilimizin  səviyyəsinin nə yerdə olduğu heç kimə sirr deyil. 
Yəni yaşlı nəsil sovet təlim-təhsil və tərbiyyəsini görmüşdü. 
Amma  indi onlarla fakt var ki,  məzun 12 bal toplayır, ancaq onu 612 balla Tibb Universitetinə qəbul edirlər. 
12 bal toplayan gələcək həkim yəqin ki, hansı yollasa 5-10 ildən sonra  baş həkim olacaq. 
Budurmu,  gəncləşmə, budurmu nəsillərin dəyişməsi...
Qoy gənclər bizdən inciməsinlər. Onlar yaşlı nəsli göz bəbəyi kimi qorumalı və onların  bildiklərinə sahib olmağa, onlardan öyrənməyə çalışmalıdırlar. 
Son illər guya  yaşlı nəslin müasir  dövrlə ayaqlaşmadığı bəhanəsi ilə vəzifələrdən uzaqlaşdırılması və gənclərin kütləvi  özəl tibb ocaqlarına doldurulması  millətin gələcəyinə böyük zərbədir. Və..
Gəncləri özəl tibb ocaqlarına  cəlb etmək üçün onlara ən yüksək səviyyədə, hətta 10-15 min manat əmək haqqı verilir. Və illərin təbibləri, loğmanları  400-500 manatla təqaüdə  göndərilir. Bunu zaman bizə bağışlamayacaq. 
Yazının girişində əbəs yerə demədik ki, bir peşəkar uzmanın hazırlanmasına ən azı 10-12 il vaxt lazım olur. /Gundelik-baku.com/

Oxşar xəbərlər