Tehranə Bəhruzi Baş Klinik Hospitalda baş verən korrupsiya hallarından danışdı...- MÜSAHİBƏ
9-04-2022, 10:27
1 558

Tehranə Bəhruzi Baş Klinik Hospitalda baş verən korrupsiya hallarından danışdı...- MÜSAHİBƏ

Xüsusi təyinatlı-Dünya  gözəli “Gündəlik Bakı” qəzetinə müsahibə verdi...

“Gündəlik-Bakı”nın redaksiyasına təşrif buyuran Bəhruzi Tehranə Azad qızı barədə  qısa məlumat verib, onun dediklərini olduğu kimi  dərc edirik. 
Tehranə Bəhruzi 7 sentyabr 1985-ci il tarixdə anadan olub. 3 ali təhsili var. 
Bəhruzi  Tehranə öncə Moskva Şəhər Universitetinin hüquq fakültəsini bitirib. 
Sonra  Samara Dövlət Universitetində  psixologiya fakültəsində tibbi psixologiya ixtisası üzrə təhsil alıb. 
Daha sonra Nijqorod Dövlət Universitetini elmi araşdırma, tibbi psixologiya-neyropsixologiya  ixtisası üzrə bitirib. 
Xanım həm də yüksək idman hazırlığına malikdir. 
Tehranə Bəhruzi  vətənpərvər xanım kimi 2012-2015-ci illərdə  Daxili Qoşunların  Xususi Təyinatlılar Dəstəsində hərbi qulluqçu, xüsusi təyinatlı kimi  qulluq edib. 
Sonradan 6 il işsiz qalan Bəhruzi  Tehranə  18 fevral 2021-ci ildə  Müdafiə Nazirliyinin  Baş Klinik Hospitalında tibbi psixoloq  kimi fəaliyyət göstərib. 
İşə qəbul olanda 1 il  müqavilə ilə və sonradan müddətin uzadılması şərti ilə işə götürülüb. 
Tehranə xanımın dediklərindən bəlli olur ki, o qısa vaxtda yeni testlər keçirib, hərbçilərin  səhhəti ilə bağlı düzgün tibbi diaqnozun qoyulmasına  nail olub. 
Tehranə xanımla eyni şöbədə çalışan  Sevinc Abbasovanın heç bir ali təhsili olmayıb. 
Sevinc  Abbasovanın atası  ilə Müdafiə Nazirliyi  Tibb Baş İdarəsinin rəisi  Firudin Nəbiyev yaxın dostdular. Məhz buna görə də  heç bir ali təhsili olmayan  Sevinc Abbasova hazırda Baş Klinik Hospitalda işlədiyi halda, 3 ali təhsili olan və öz ixtisası üzrə çalışan Tehranə Bəhruzi  guya müqavilə müddətinin başa çatması bəhanəsi ilə işdən çıxarılıb. 
Və Firudin  Nəbiyevin öz qızı Qospitalın poliklinikasında işlədiyi halda  onu  işdən azad edilən Tehranə Bəhruzinin yerinə gətiriblər. 
Müxbirimizin  “ Sizi nə üçün işdən azad elədilər, ali təhsili olmayan Sevinc Abbasovanı isə işdə saxladılar ?”  sualına Tehranə xanım  belə cavab verdi:
Mən işlədiyim  müddətdə hərbçilərin  psixoloji  durumu ilə bağlı  obyektiv  diaqnozlar verirdim. Bu isə Hospitalın rəisi  Roman Çobanovu və  Baş Tibb İdarəsinin rəisi Firudun Nəbiyevi qane etmirdi. Çünki onlar  hərbçilərə 8-10 min manat rüşvətin qarşılığında saxta  diaqnozlar qoyaraq  təqaüdə göndərib, ordudan tərxis edirdilər. Mən saxta diaqnozların əleyhinə idim. Mənim qoyduğum obyektiv diaqnozları cırıb ataraq  yerinə saxta diaqnozlar qoyurdular. Mən hər dəfə buna etiraz edirdim. Bu məsələdə  mənim iş yoldaşım, ali təhsili olmayan  Sevinc Abbasova da mənə qarşı hərəkətlər edirdi. Ona görə də məni işdən azad edib, yerimə Firudin Nəbiyevin qızını gətirdilər ki, korrupsiya və rüşvət hallarını bilən olmasın. 
Əslində isə ata və qızının  bir yerdə işləməsi korrupsiya haqqında qanuna ziddir. 
Müxbirimizin “Sizə qarşı haqsızlıqlar nə vaxt başladı ?”  sualına  Tehranə Bəhruzi  belə cavab verib:
Bütün bunlar  Müdafiə Nazirliyinin Baş Qərargah rəisi vəzifəsinə  Kərim Vəliyev təyin olunandan sonra başladı. Kərim Vəliyev rəis  olan kimi  Roman Çobanovu gətirib Hospitala rəis  qoydu və mənə təzyiqlər başladı. 
Yeri  gəlmişkən, Kərim Vəliyevin  bacısı oğlu və adyutantı Toğrul Carçıyevin həyat yoldaşı da Hospitalda şöbə müdiridir. Yəni Hospitalda  baş verən bütün qanunsuzluqlardan  Kərim Vəliyevin xəbəri var. 
Tehranə xanımla söhbətdən o da məlum oldu ki, hələ Aprel döyüşlərindən qabaq  Toğrul Carçıyev  məclislərin birində deyib ki, görün onun başına hansı oyunları açacağıq və şef də rəis olacaq. 
Söhbət zamanı o da bəlli oldu ki, vətənpərvər xanım olan xüsusi təyinatlı Tehranə Bəhruzi həm də dünya gözəllik  müsabiqəsinin qalibi olub. 
Bəli, həm xüsusi təyinatlı, həm 3 ali təhsilə malik olan, üstəlik Miss Top  of the  World müsabiəqsinin qalibi olan, Dünya gözəli işsizdir. 
Tehranə xanım bildirdi ki, öz hüquqları uğrunda sonadək mübarizə aparacaq. 
Biz də  bu yolda  Tehranə Bəhruziyə hər cür media dəstəyi verməyə hazırıq.
Yaxın günlərdə Tehranə Bəhruzinin geniş video-müsahibəsi ilə tanış olacaqsınız. /Gundelik-baku.com/

Oxşar xəbərlər