Su sənəyi suda sınar, Elçin Əsədov isə HAMAMDA... - Neftçala Su idarəsinin müdiri hər ay nohur sahiblərindən 2 milyon alır...
15-04-2022, 12:21
1 745

Su sənəyi suda sınar, Elçin Əsədov isə HAMAMDA... - Neftçala Su idarəsinin müdiri hər ay nohur sahiblərindən 2 milyon alır...

Elçin Əsədovu balıqların ahı tutub....

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin ( ASC )  Neftçala Suvarma İdarəsinin rəisi  Elçin Əsdəovun barəsində indicə eşitdiyimiz  xəbər bizi xeyli düşündürdü. 
Və  yadımıza  müdrik  atalar sözümüz düşdü:
SU sənəyi gec-tez SU-da sınar...
Bəli,  Elçin Əsədov  gec-tez  taladığı, israf etdiyi, satdığı SU-yun bəlasına gəlməli idi. 
Dəfələrlə yazmışıq ki, Ulu Öndər deyirdi ki, su təbii sərvətdir, onu israf etmək olmaz...ondan səmərəli istifadə etmək lazımdır. 
Elçin Əsədov isə Allahın millətimizə bəxş etdiyi suyu baha qiymətə satmaqla məşğul idi. 
Cənab Prezident İlham Əliyev müşavirədə əbəs yerə demədi ki, melorasiya  sahəsində 40-50 faiz su itkisi  çox böyük itkidir, bu problem aradan qaldırılmalıdır...
Bəli, 40-50  faiz  su itkisinin arxasında  Elçin Əsədov kimi  “su müdirləri”   dayanır. 
Yəni onlar  suyu israf edərək  cibilərini doldurublar. 
Başqa bir müdrik məsələdə deyilir ki, təbiətin qisası yaman olur, Elçin Əsədov...
Təbiətin ən gözəl neməti sudur. 
Gördünmü axırda  su da, təbiət də səndən qisasını almalı oldu. 
Sözün qısası,  “su sənəyi...”  məsələsini əbəs yerə çəkmədik. 
Daxil olan məlumata görə, Neftçala Su İdarəsinin müdiri Elçin Əsədov hamamda çimərkən  boğulub. 
Son məlumata görə, onu çox çətin durumda həkimə aparıblar. 
Yayılan məlumatdan bəli olur ki, deyilənə görə, Elçin Əsədov hamamda əməlli-başlı istirahət təşkil edərək, dincəldiyi yerdə  ürəyi gedib  və...
Sözün qısası, Elçin Əsədov suyun bəlasına gəlib...
Biz əlbəttə, kiminsə  kədərinə, o cümlədən Elçin Əsədovun başına gələnlərə sevinmirik. Amma...
Əmması odur ki, Allahın verdiyi nemətləri ( o cümlədən suyu ) talamaq, israf etmək olmaz. 
Elçin Əsədova  deyirik ki, sən vətəgələrdəki  balaca balıqları günlərlə susuz qoyub pul tələb edəndə, bilmirdin  ki, bir gün o balıqların ahı səni tutacaq..? 
Bəli, məlumat üçün qeyd edək ki, Neftçala rayonunun ölkənin balıqla təmin olunmasında xüsusi yeri var. 
Bəli, Neftçala rayonunda balıq yetişdirmək üçün 10 min hektardan artıq süni gölməçə fəaliyyət göstərir.
Elçin Əsədov rayonda  fəaliyyət göstərən nohurların, balıq yetişdirilən göllərin suyunu  istədyi vaxt  dayandırıb, nə isə tələb edirdi. Nohurlarda  susuz qalan balıqlar isə qırılırdı...
Həmin balıq göllərinin sahiblərinin Elçinə verdiyi hədiyyələr Neftçala rayonunun cəmi büdcəsindən dəfələrlə çox olar.  
Elçin Əsədov  balıq yetişdirən  sahibkarlardan hər hektara görə, 200 alırdı. 
İndi bu rəqəmi rayondakı  10 min hektara vursaq, hər ay 2 MİLYON edir. 
Bəli, Neftçalada  su kanallarını lil basıb iylədəndə, Elçin Əsədov dövlətin ayırdığı  yüz minləri  mənimsəyib istirahət zonalarında kef edirdi. 
Hələ bu harasıdır..? 
Elçin Əsədov  təkcə dövlətin ayırdığı  milyonları mənimsəmir, hətta suyun səviyyəsini nizamlayan şlüz qapılarını da metallom kimi satır. 
Elçin Əsədov idarənin balansında olan  texnika, avadanlıq və mexanizmləri köhnəlmiş  adı ilə balansdan çıxardaraq satıb  yüz minlər qazanır. 
Biz hələ Elçinin tender  oyunlarından aldığı  “otkat”ları demirik.
Elçin Əsədovun bir sözü də  Neftçalada zərb-məsəl olub. Hər yerdə deyir ki, “Bir meşok vermişəm ee…”
Elçin Əsədov, əmin ol ki, bir gün meşokdur,  çuvaldır nədirsə,  başına keçirib səni İsmayılın yanına aparacaqlar..
İdarəyə  ayrılan tonlarla yanacağı, sürtkü  yağlarını  kənar adamlara sataraq milyonlar qazanmağını  bir gün qabağına qoyub sorğu-sual edəcəklər. 
Bütün sosial şəbəkədə  Neftçaladan olan  iş adamları yazır ki, Elçin Əsədov Neftçala Suvarma Sistemləri İdarəsində transformatorların, elektrik mühərriklərinin, nasos aqreqatlarının əsaslı təmiri adı altında yüksək məbləğlər hesabdan çıxarıb mənimsəyir. 
Görəsən, bundan artıq nə yazmalıyıq ki, ASC-nin rəhbərliyi, yaxud hüquq-mühafizə orqanları Elçin Əsədovun əməllərini qabağına qoyub qandallasınlar və köhnə  dostu sabiq icra başçısı İsmayıl Vəliyevin yanına Kürdəxanıya aparsınlar. 
Amma  deyəsən, bu 40-50  faiz dediyimiz su bir gün sel olub Elçin Əsədovu  aparacaq... 
P.S Elçin Əsədovun  bir sözü ilə yazını bitiririk:
Mən yazıq  2 icra başçısı saxlayıram, biri  türmədə, biri də vəzifədə. 
Qoy bu sözdən Neftçalanın yeni icra başçısı nəticə çıxartsın.
Birdə onu demək istəyirik ki, Elçin müəllim deyirmişsənki getmişdim falçıya Gündəlik Bakının dilini-ağzını bağlatmışam, amma Elçin müəllim deyəsən düz deyirmişsən yadımızdan çıxmışdın.
Yazıda müxtəlif saytların materiallarından istifadə olunmuşdur.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. /Gundelik-baku.com/

Oxşar xəbərlər