“Qaçqınkom”da yoxlamalar aparılmalıdır... - Əsgərliyə çağrılanda “neqodnı”, deputat seçiləndə “qodnı” olan Mahir Abbaszadə...
15-04-2022, 16:50
24 079

“Qaçqınkom”da yoxlamalar aparılmalıdır... - Əsgərliyə çağrılanda “neqodnı”, deputat seçiləndə “qodnı” olan Mahir Abbaszadə...

Mahir Abbaszadənin qolundakı saatın pulu ilə...

Gündəlik-Bakı olaraq  xeyli müddətdir  yazırıq ki, Azərbaycanda  son 30 ildə ən böyük korrupsiya mənbəyi  Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi olub.  
Əlbəttə, korrupsiya digər nazirlik və komitələrdə, başqa sferalarda da var. Amma...
Əmması odur ki,  söhbət korrupsiyanın “razmer”indən,  yaxud miqyasından gedir. 
Bunu ciddi  sübutlarla əsaslandıra da bilərik. 
Belə ki,  bu komitə milyonlarla insanın  talehi ilə məşğuldur. 
Bu komitə, qaçqınlar üçün şəhərciklər salır, qəsəbələr tikir, məktəblər inşa edir. 
Bu komitəyə  dövlət tərəfindən yüz milyonlar ayrılır.
Hələ çoxları bilmir ki, bu komitənin hesabına  Beynəlxalq humanitar qurumlardan neçə yüz milyon dəyərində yardımlar daxil olub. 
Hanı o yardımlar..? 
Bu barədə bircə dəfə də olsun  cəmiyyətə məlumat verilibmi..? 
Sözümüzün  canı odur ki,  “Qaçqlnkom”  adlı qurumda baş verən cinayət əməllərini, korrupsiya hallarını araşdırmaq üçün  beynəlxalq istintaq qrupu bu işə cəlb olunmalıdır. 
Və dövlətə dəyən milyardlarla  ziyan   dövlətə qaytarılmalıdır...? 
Elə bilirsiniz,  sabiq  “Əmək naziri”, hazırda həbsxana həyatı yaşayan  Səlim Müslümov  dövlətə  Mahir Abbaszadədən çox ziyan vurub..? 
Söhbət uzun illər  Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun rəhbəri, deputat Mahir Abbaszadədən gedir. 
Mahir Abbaszadənin qolundakı saatın pulu ilə  bir qaçqın kəndini bərpa etmək olar. 
Bütün bunları  dövlət qurumları görmür..? 
Bəli, Mahir  Abbaszadə  qaçqınlara dövlət tərəfindən ayrılan pulların hesabına milyonçuya çevrilib. 
Məcburi köçkünlər üçün tikilən mənzillərin, qaçqın şəhərçiklərindəki obyektlərin pulla satılması, qaçqınlar üçün tikilən qəsəbələrə, şəhərciklərə ayrılan 100 milyonların öz yaxınlarına tender vasitəsilə verilməsi böyük cinayət əməlidir. 
Təkcə Fondun rəhbəri Mahir Abbaszadənin 14 iyun 2021-ci il tarixdə həyat yoldaşına keçirdiyi möhtəşəm ad günündə ( 42 yaş ) bağışladığı  420000 yevro dəyəri olan hədiyyə Qaçqınkomdakı korrupsiyanın miqyasını göstərir. Həmin hədiyyə cütlüyün çəkdirdiyi şəkildə də aydın görünür. Bu hələ dəryadan bir damcı misalıdır...
Bəli,  420  min yevroya  yüzlərlə  Qarabağ qazisini xaricdə  müalicəyə göndərmək olar. 
Həmin qazilər Mahir Abbaszadənin kəndi, rayonu Laçın uğrunda döyüşüblər. 
Bəlkə  Mahir Abbaszadənin tayfasından kimsə torpaq uğrunda şəhid olub? 
Amma bütün ölkə mediası  Mahir Abbaszadənin  şəhid bulağı üstündə  yeyib-içməyini  tirajladı. Niyə onun səsi çıxmadı. 
Əlbəttə, bu xəbər  Azərbaycan cəmiyyətində çox ikrahla və qəzəblə qarşılandı. 
Axı, deputat olan şəxs  belə bir hərəkəti necə edə bilərdi, söhbət müqəddəs şəhid ruhundan gedir.
Bəli, Mahir Abbaszadələr üçün  vətən ancaq və ancaq yeyib-içmək  oylağıdır. Aydın oldumu...? 
Mahir Abbaszadənin çəkələkdə-şəpşəpdə  Milli Məclisdə, Ali qanunverici orqanda, Azərbaycan bayrağının qarşısında  gəzməsini bütün ölkə gördü və rüsvayçılıq adlandırdı. 
Bu adam  özünü  sanki  Ali qanunverici orqanda deyil, istirahət mərkəzindəki kimi  aparır. 
Hələ “Qaçqınkom”un Mənzil Departamentində ( direktor  Səbuhi Əhmədov ) baş verən  cinayət əməlləri heç bir əndazəyə sığmır. 
Qaçqınlar üçün dövlət tərəfindən tikilən mənzillər kimlərə və hansı qiymətə satılmır..?  
Qaçqın şəhərciklərinin həyətləri kimlərə icarəyə verilmir, bəs yığılan pullar kimlərin cibinə gedir..? 
“Qaçqınkom”un sədri Rövşən Rzayevin göstəişi  ilə qaçqın və məcburi köçkünlərə  ayrılan yardımlar, çörək pulu kəsilir. Minlərlə məcburi köçkün  dövlətin ayırdığı  yardımdam məhrum  edilir. 
Rövşən Rzayev  minlərlə qaçqın ailəsini narazı salır. 
Səbəb isə budur ki, guya qaçqın ailəsinin başçısının adına mənzil var. 
Görəsən, ailə başçısının adına mənzil var deyə, onun 5-ci sinifdə oxuyan  övladına dövlətin verdiyi çörək pulu kəsilməlidirmi..? 
Görəsən,  Rövşən Rzayev başa düşmür ki, qaçqın və məcburi köçkünlük  beynəlxalq  hüquq tərəfindən tanınan  STATUSdur. Bunun çörək puluna, yaxud kommunal xərclərə dəxli yoxdur.
Yaxud  məcburi köçkün ailəsində böyüyən qız  ərə gedən kimi  qaçqın statusunu  itirir, çörək pulundan, yardımdan məhrum edilir. 
Bir daha təkrar etməyə məcburuq ki, bu zəhrimarın adı  STATUS-dur, məgər adam ərə gedəndə, evlənəndə STATUS-unu itirir..? 
Sözün qısas, Mahir Abbaszadə və Rövşən Rzayev cütlüyü minlərlə  qaçqın ailəsini  dövlətdən narazı salır. 
Dostumuz Mahir Abbaszadədən soruşan lazımdır ki, 88 yaşlı atan məktəb direktoru, bacın bağça müdirəsi işləyə-işləyə çörək pulu ala bilər, amma qeyriləri bundan məhrum edilir. 
Mahir Abbaszadədən soruşuruq ki, niyə deputat Fazil Mustafa  orduda qulluq edə bilir, sən isə “neqodnu”  adı ilə hərbi xidmətdən yayınırsan..? 
“Neqodnu”  olan şəxs  necə olur ki, deputat seçiləndə “qodnu”  olur..? 
Digər tərəfdən Rövşən Rzayev  çörək pulundan məhrum etdiyi minlərlə  ailənin siyahısını niyə Maliyyə Nazirliyinə təqdim etmir..? 
Bəli,  kağız üzərində minlərlə ailə yardımdan məhrum edilir, amma Maliyyə Nazirliyi o pulları ayırır və mənimsənilir...
Rövşən Rzayev  Əli Həsənovun çetesinə daxil olan saytlarda özünün  görmədiyi və görə bilmədiyi işlərini reklam etməklə məşğuldur. Və iştirak etdiyi  bütün möhtəbər məclislərdə deyir ki, mən filankəsin qohumuyam, mənə heç kim toxuna bilməz, nə qədər o vəzifədədir, mən də vəzifədə olacam. 
Görəsən  kağız üzərində hüquqşünas  olan Rövşən Rzayev başa düşmür ki, nazir və komitə sədri təyin etmək cənab Prezident İlham Əliyevin müstəsna səlahiyyətində olan məsələdir. Və Prezident istənilən an onu vəzifəsindən uzaqlaşdıra bilər. 
Sözün qısası, “Qaçqınkom”da ciddi  yoxlamalar aparılmalı və hər kəs layiq olduğu cəzanı almalıdır.
Yazıda müxtəlif saytların məlumatlarından istifadə olunub.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
P.S Dostumuza məşhur Dədə Qorqud filmindən bir xatırlatma etmək istəyirik:
"Aldadıb vaxt udmaq arvad işidir", görəsən dostumuz bu aldatmağı kimdən öyrənib. /Gundelik-baku.com/

Oxşar xəbərlər