Vaxtilə Nəcməddin Sadıkovdan “geroy” düzəldənlər indi də Kərim Vəliyevdən “sərkərdə” düzəldir…- KƏRİM VƏLİYEVDƏN ŞOK FAKTLAR
15-04-2022, 16:58
24 096

Vaxtilə Nəcməddin Sadıkovdan “geroy” düzəldənlər indi də Kərim Vəliyevdən “sərkərdə” düzəldir…- KƏRİM VƏLİYEVDƏN ŞOK FAKTLAR

Bu ölkənin bir sərkərdəsi var – cənab Ali Baş Komandan İlham Əliyev

44  günlük  Zəfər  savaşından sonra  Müdafiə Nazirliyində  xeyli dəyişikliklər baş verdi, hətta uzun illər  nazirlikdə kök salmış və  dövlətimizin maraqlarına cavab verməyən bəzi generallar ordu sıralarından uzaqlaşdırıldı. 
Bir az da açıq  desək,  Milli Ordumuzda təmizləmə prosesi aparıldı. Bu, bir dövlətin və milllətin gələcəyi üçün çox vacib  məsələ idi. Amma...
Əmması odur ki, biz  heç kimin fəaliyyətinə kölgə salmadan, heç kimin az da olsa  xidmətinin üstündən qara xətt çəkmədən soyuq  başla, məntiqlə baş verənlərə nəzər salmalıyıq. 
Çünki vaxtilə general Nəcməddin Sadıkovları vəsf edənlər, onun sərkərdəliyini göylərə  qaldıranlar....bu gün də  eyni  templə, eyni həvəs və maraqla  Müdafiə Nazirinin 1-ci  müavini, Baş Qərargahın rəisi, general-polkovnik Kərim Vəliyevdən “geroy”  düzəltməklə məşğuldurlar.
Bəziləri Nəcməddin Sadıkovun həqiqi kimliyini az qala 30 il keçəndən sonra anlamağa başladılar, bəziləri isə hələ də anlamırlar. Ancaq  bu 30 ildə Nəcməddin Sadıkovun  Azərbaycan xalqına  vurduğu  zərbələrin sayı-hesabı yoxdur. 
Görəsən, 30 il  Nəcməddin Sadıkovun əlinin altında ona qulluq edən Kərim Vəliyevin  fəaliyyətinə qiymət vermək üçün  30 il gözləməliyik..? 
Kimdir axı, general-polkovnik Kərim Vəliyev..? 
Son vaxtlar Kərim Vəliyevin böyük şairimiz  Səməd Vurğunun qohumu olması dövriyyəyə buraxılıb. 
Axı, kiminsə qohumu olması kimisə  heç nədən sığortalamır. 
Keçmiş baş nazirimiz  Artur Rəsizadə də dahi şairimiz Hüseyn Cavidin  yaxın qohumudur. Bu o demək deyil ki, Artur Rəsizadə  xalqımıza layiqli qulluq edib. Bunlar  dayaz söhbətlərdir.
Əlbəttə dahi Səməd Vurğuna  böyük sevgimiz var. 
Bəs Kərim Vəliyev kimdir..? 
Bu adamın ailə üzvlərinin  çoxu Amerika Birləşmiş Ştatlarında yaşayır. Yəqin ki, Kərim Vəliyev də nə vaxtsa ABŞ-a köçəcək. 
Əlbəttə, biz kiminsə harada yaşamasına  qarşı ola bilmərik. Hər bir insan öz yaşayış yerini seçməkdə azad  və müstəqildir. Amma gəlin yalandan kimlərdənsə “patriot”  düzəltməyək. 
Kərim Vəliyev  Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini bitirəndə  bir çox Azərbaycan oğulları  əliyalın Qarabağda  erməni faşistlərə qarşı  döyüşürdü. 
Bəs həmin zaman ali təhsilli  hərbçi  olan  Kərim Vəliyev hara üz tutdu...? 
Kərim Vəliyev  1990-1994-ci illərdə Moskvada, Frunze adına Hərbi Akademiyasında təhsil almışdır.. 
1990-94- cü illərdə  Rusiyada  çalışan xeyli zabitlərimiz evini və ailəsini  ataraq Azərbaycana döyüşməyə gəlmişdilər. 
Kərim Vəliyev isə həmin illərdə  2-ci  “voyenni”  təhsil alırdı. 
Bəli, Kərim Vəliyevin əsas çıxış nöqtəsi budur –Rusiya...
Sonrakı illərdə isə  Kərim Vəliyev uzun müddət Nəcməddin Sadıkovun sağ əli, hətta 1-ci müavini olub. 
Niyə bircə dəfə orduda baş verən  qanunsuzluqlara, hətta cinayət əməllərinə qarşı səsini çıxartmayıb. 
Amma son bir ayda mətbuatda özü haqda böyük sərkərdə-filan  obrazı yaradır. 
Bu ölkədə  birinci SƏRKƏRDƏ cənab Ali Baş Komandan İlham Əliyevdir. 
Özünüzdən  qəhrəman düzəltməyin. 
Ötən saylarımızın birində Kərim Vəliyevin fəaliyyəti ilə  bağlı,  2012-2015-ci illərdə  Daxili Qoşunların  Xususi Təyinatlılar Dəstəsində hərbi qulluqçu, xüsusi təyinatlı kimi  qulluq edən, vətənpərvər xanım  Tehranə Bəhruzinin  fikirlərinə yer vermişdik. 
Məlumat üçün qeyd edək ki, Tehranə Bəhruzi  öncə Moskva Şəhər Universitetinin hüquq fakültəsini bitirib. 
Sonra  Samara Dövlət Universitetində  psixologiya fakültəsində tibbi psixologiya ixtisası üzrə təhsil alıb. 
Daha sonra Nijqorod Dövlət Universitetini elmi araşdırma, tibbi psixologiya-neyropsixologiya  ixtisası üzrə bitirib. 
Xanım həm də yüksək idman hazırlığına malikdir. 
Tehranə Bəhruzi  vətənpərvər xanım kimi 2012-2015-ci illərdə  Daxili Qoşunların  Xususi Təyinatlılar Dəstəsində hərbi qulluqçu, xüsusi təyinatlı kimi  qulluq edib. 
Sonradan 6 il işsiz qalan Bəhruzi  Tehranə  18 fevral 2021-ci ildə  Müdafiə Nazirliyinin  Baş Klinik Hospitalında tibbi psixoloq  kimi fəaliyyət göstərib. 
Kərim Vəliyev  nazirin 1-ci müavini, Baş Qərargah rəisi təyin olunandan sonra  nazirliyin qurumlarında hər şey baş-ayaq olub. 
Belə ki, Kərim Vəliyev Baş Qəragah rəisi olan kimi  Roman Çobanovu gətirib Baş  Klinik Hospitala rəis  qoyub. Və beləcə Hospitalda  qanunsuzluqlar, rüşvət və korrupsiya halları baş alıb gedir. 
Tehranə xanımın dediklərindən bəlli olur ki, o çalışdığı qısa vaxtda yeni testlər keçirib, hərbçilərin  səhhəti ilə bağlı düzgün tibbi diaqnozun qoyulmasına  nail olub. 
Tehranə xanımla eyni şöbədə çalışan  Sevinc Abbasovanın heç bir ali təhsili olmayıb. 
Sevinc  Abbasovanın atası  ilə Müdafiə Nazirliyi  Tibb Baş İdarəsinin rəisi  Firudin Nəbiyev yaxın dostdular. Məhz buna görə də  heç bir ali təhsili olmayan  Sevinc Abbasova hazırda Baş Klinik Hospitalda işlədiyi halda, 3 ali təhsili olan və öz ixtisası üzrə çalışan Tehranə Bəhruzi  guya müqavilə müddətinin başa çatması bəhanəsi ilə işdən çıxarılıb. 
Və Firudin  Nəbiyevin öz qızı Qospitalın poliklinikasında işlədiyi halda  onu  işdən azad edilən Tehranə Bəhruzinin yerinə gətiriblər. 
Görəsən bu qanunsuzluqların səbəbi nədir..? 
Məsələni çox uzatmadan qeyd edək ki, Bəhruzinin dediklərindən belə bəlli oldu ki, hərbçilərin  psixoloji  durumu ilə bağlı  obyektiv  diaqnozlar verməsi  rəhbərliyi qane etmirmiş. 
Çünki Kərim Vəliyevlərə lazım idi ki, hər bir hərbçidən  8-10 min alıb, onları saxta  diaqnozla  təqaüdə göndərsinlər. 
Peşəkar psixoloq olan Tehranə Təbrizli isə buna yol vermədiyi üçün onu işdən azad ediblər. 
İndi aydın oldumu, bəzilərinin  “geroy”  düzəltmək istədiyi  Kərim Vəliyevin rəhbərliyi altında
ordumuzda  nələr baş verir..? 
P.S. Onu da unutmayın ki, Kərim Vəliyev Nəcməddin Sadıkovun əlinin altında böyük kurs keçib.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. /Gundelik-baku.com/

Oxşar xəbərlər