Rövşən Rzayev minlərlə qaçqını dövlətdən narazı salır…- Qaçqınkomda HƏBSLƏR GÖZLƏNİLİR…
20-04-2022, 17:43
8 055

Rövşən Rzayev minlərlə qaçqını dövlətdən narazı salır…- Qaçqınkomda HƏBSLƏR GÖZLƏNİLİR…

Adətimizə uyğun olaraq həmişə olduğu kimi  hansısa iri məmur  barəsində yazmaq istəyərkən  onun rəsmi tərcümeyi-halına mütləq nəzər salırıq. 
Bu gün də Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rizayevin  avtobioqrafiyasına nəzər salmalı olduq. 
Deməli, Rövşən Rizayev 1962-ci ildə anadan olub. 
1986-cı ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini və 1993-cü ildə həmin universitetin hüquq fakültələrini bitirmişdir.
Yaxşı, görəsən, Rövşən Rizayev niyə neçənci ildə və hansı orta məktəbi bitirdiyini yazmır..? 
Siz elə bilirsiniz ki, bu təsadüfüdür..?
Əgər kimsə bununla maraqlanıb araşdırma aparsa, ortaya ciddi  mətləblər çıxa bilər..? 
Rövşən Rizayev yazır ki, 1982-ci ildən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin sistemində müxtəlif vəzifələrdə çalışmışam. 
Adam, sən 1982-ci ildə təhsilsiz, ən yaxşı halda 1-ci kurs  tələbəsi ola bilərdin. Bunu sən özün yazmısan. Belə olan halda təhsili olmayan bir adam Ədliyyə Nazirlriyi sistemində necə müxtəlif vəzifələrdə işləyə bilərdi..? 
Görürsən, hər şeyi dolaşdırırsan.
Yaxşı Ədliyyə Nazirliyi sostemində işlədiyin müxtəlif vəzifələrin adı-zadı yoxdur..? 
Yaxşı, 2004-cü ildən 101 saylı Xanlar Daşkəsən seçki dairəsi üzrə Milli Məclisin deputatı seçildikdən sonra uzun müddət Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədrinin müavini vəzifəsində işlədiyini yazırsan. 
Birincisi,  2004-1982 = 22 il sən harada olmusan, cənab Rövşən Rizayev..? 
Bunu niyə gizlədirsən..?
22 il bir igidin ömrüdür ee…Niyə harada olduğunu açıq yazmırsan..? 
Bəlkə, biz sənə xatırladaq..? 
Dostun Rza İbadov yadındadırmı..? 
O məmurlardan aylıq yığırdı..? 
Bəs sən kimlərdən və nə qədər alırdın..? 
Sonra necə oldu ki, birdən birə Xanlar-Daşkəsəndən deputat seçildin..? 
Sənin ömür boyu ayağın o rayonlara dəymişdi..? 
Yaxud  o rayonlarda  4-5 nəfər səni tanıyırdı..? 
Yazırsan ki, Avropa Şurası Parlament Assambleyasının üzvü kimi  həmin qurumun "Miqrasiya, qaçqınlar və əhali üzrə" və "Sosial məsələlər" komitələrində çalışmısan. 
Sən həmin 5 ildə hansısa bir qaçqının, məcburi köçkünün problemini həll etdinmi..? 
Yaxud hansı beynəlxalq  tribunada əsirlərimizin, köçkünlərimizin problemini səsləndirdin..? 
Bütün bunlar olmaya-olmaya Azərbaycan Respublikası Prezidentinin 21 aprel 2018-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Sədri vəzifəsinə təyin olunmusan. 
Əlbəttə, cənab Prezidentin etimadı və sərəncamı müzakirə olunmur. 
Bəs, sən özün özünə hesabat vermisənmi ki, 4 ildə nə iş görmüsən..? 
Heç nə, yüzlərlə, minlərlə məcburi köçkünün çörək pulunu, kommunal xərclərini kəsərək  insanları ümidsizliyə buraxmısan.
Bu bilirsən nə deməkdir..? 
Bu  minlərlə insanı  dövlətdən narazı salmaq deməkdir. 
Sənin məqsədin nədir, cənab Rövşən Rizayev..?
Cənab Rövşən Rizayev, hansısa məcburi köçkünün  evi var deyə onu qaçqın statusundan məhrum etməyə sənin nə hüquqi, nə də mənəvi haqqın yoxdur. 
Məcburi köçkünə bir ucuz  evi çox görürsən, amma rəhbər olduğun qurumun Mənzil departamenti yüzlərlə mənzili qaçqın olmayanlara satıb və cibinə qoyub. 
Bunu niyə görmürsən, amma qaçqının ucuz bir evini görürsən..? 
Cari təmir adı  altında məcburi köçkünlərin binalarının fasadını qaşımaq, kraskalamaq adı altında milyonların silinməsini görmürsən, amma qaçqınlara verilən çörək pulunu o dəqiqə görürsən…
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun rəhbəri, deputat  dostun  Mahir Abbaszadənin  100 milyonları mənimsəməsini  və xanımına  420000  yevroya hədiyyə almasını görmürsən, amma  qaçqının daxmasını görürsən..? 
Mahir Abbaszadə kimdir ki, 420 min yevroya hədiyyə alır? 
O pullar hamısı  məcburi köçkünlərin hesabına qazanılıb..
Elə bilirsən, Mahir Abbaszadə ilə birgə  qazandığınız milyonlardan cəmiyyətin xəbəri yoxdur..? 
Rövşən Rzayev, özünü Qarabağın ağsaqqalı  hesab edirsən. 
Sənə bu haqqı kim verib..? 
Sən kimsən ki, Qarabağın ağsaqqalı olasan. Qarabağın qədim, sanballı  ağsaqqalları olub və bu gün də var. 
O ki qaldı  qaçqın və məcburi köçkünlərə qarşı atdığın addımlara zamanı çatanda cənab Prezidentimizə cavab verməli olacaqsan. 
Xatırladaq ki, yazıda müxtəlif saytların materiallarından istifadə olunmuşdur.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq..
P.S Özünü bizim dostumuz adlandıran Mahir Abbaszadənin nəzərinə, əgər keçmişini və özünü bizimlə bir tərəzidə görmək istəyirsənsə heç vaxt ola bilməzsən. Çünki bizim Avropa ölkələrində heç kimlə şəkilimiz paylaşmayıb. /Gundelik-baku.com/

Oxşar xəbərlər