Manşet
17-09-2020, 14:38
220
Əhəd Abıyev kimilərin “srok”u çoxdan bitib-İCRA BAŞÇISININ HƏBSİ QAÇILMAZDIR
Dünən az qala bütün saytlar Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin müavininin işdən çıxarılmasını tirajladı.
Bu xəbər xeyli suallar doğurur.
Söhbət təkcə Əhəd Abıyevin müavinindən getmir.
Təssəvvür edirsiniz, mədəniyyət naziri Əbülfəz Qarayevin müavini, Baş idarənin rəisi həbs edilir, amma nazirə gözün üstə qaşın var deyən olmur.
Yaxud Xarici işlər nazirliyində Konsulluq idarəsinin, maliyyə şöbəsinin rəisləri həbs edilir, cənab nazir Elmar Məmmədyarov jurnalistə deyir ki, “Bağımda dincəlirəm..”.
Vallah belə olmaz, cənablar !
Axı, bu boyda qanunsuzluqdan, rüşvətdən, korrupsiyadan nazirin xəbəri olmaya bilməzdi axı.
Bəziləri yazır ki, nazirin xəbəri olmayıbsa,bu da səhvdir.
Siz adi uşağa bunu inandıra bilməzsiniz ee..
Nazirin müavini, yaxud icra başçısının müavini rüşvət alır, özü də külli miqdarda, guya nazirin, yaxud icra başçısının bundan xəbəri yoxdur ?
Yaxud Əhəd Abıyevin katibəsi Qarabağ veteranına ev verilməsi üçün rüşvət istəyir, bundan icra başçısının xəbəri yoxdur ?
Konkret nazirdən, komitə sədrindən, yaxud icra başçısından tələb etmək lazımdır.
Yazırlar ki, guya Əhəd Abıyevin müavinin yaş müddəti başa çatıb.
Ramiz Mehdiyevin 80 yaşı var, niyə o boyda Akademiyaya rəhbərlik edə bilər, ancaq hansısa icra başçısının müavinin yaş məsələsinə görə işdən uzaqlaşdırılır.
Əslində Əhəd Abıyev kimilərin “srok”u çoxdan bitib. Bundan başlamaq lazımdır. Yoxsa hansısa müavini həbs etməklə, yaxud işdən qovmaqla problemlər həll olunan deyil.
''GÜNDƏLİK BAKI''nın ARAŞDIRMA QRUPU(gundelik-baku.com)