Baş prokurorluğun generalı necə anası ilə “qardaş-bacı” oldu…? - Mehdi Səlimzadənin oğlunun əsrə bərabər fırıldağı…
25-04-2022, 17:55
7 638

Baş prokurorluğun generalı necə anası ilə “qardaş-bacı” oldu…? - Mehdi Səlimzadənin oğlunun əsrə bərabər fırıldağı…

General, yoxsa biznesmen Məcidov..? 

Generalın 70 yaşlı anası baş həkimdir… 

Redaksiyadan:  İndi yazmaq istədiyimiz mövzunun cəmiyyət üçün vacibliyini və kollektivimiz üçün real təhlükə olduğunu, eyni zamanda  yazıda adı keçən şəxslərin və qohumlarının yüksək vəzifələrdə çalışmasını nəzərə alaraq möhtərəm Prezidentimiz İlham Əliyev cənablarından və Birinci Vitse-Prezidentimiz  Mehriban xanım Əliyevadan xahiş edirik ki, bizim və yaxınlarımızın təhlüksizliyinə təminat verəsiniz. 
Əgər biz və ailə üzvlərimizlə bağlı hər hansı bir olay baş verərsə, məsuliyyəti Mehdi Səlimzadə onun oğlu Ramil Məcidov və qohumları daşıyacaq. 
Sözün düzü, Azərbaycanın son illəri hamımızın gözünün önündən keçib. 
Yəni son illəri kimlərsə, nə vaxtsa, tarix kitablarından oxuya bilər, amma bizlər  bu tarixin canlı şahidləriyik. Və Mehdi Səlimzadə kimilərin nəyə qulluq etdiklərini və kim olduqlarını gözəl bilirik. 
Bizlər Mehdi Səlimzadəni hələ Ədliyyə Nazirliyində Bələdiyyələrlə İş Mərkəzinin rəisi olan vaxtlardan  tanıyırıq. 
Bəli, Mehdi Səlimzadə Bələdiyyə qəzeti adı altında  bələdiyyə sədrlərinin  başına oyun açdığı, yüz minlərlə pul yığdığı  vaxtlarda onun “dərisinə”  bələd idik. 
Təsəvvür edirsiniz, belə bir  tamah sahibini  Göyçay  boyda  rayona icra başçısı qoymaq...nə demək idi...
Bu adam Göyçayın tarix boyu görmədiyi ən amansız, ən alverçi, ən rüşvətxor bir rəhbəri oldu. Adam gənclərə ayrılan milyonları basıb yedi. Heç utanmadan, qızarmadan cənab Prezidentimizin ehtiyat fondundan ayırdığı vəsaitlərə göz dikdi. Nə isə....
Bu barədə ölkə mətbuatında kifayət qədər yazıldığı  üçün təkrarçılığa ehtiyac görmürük.
Təsəvvür edirsiniz, Mehdi Səlimzadə pandemiya-karantin dövrü kasıb, aztəminatlı ailələrə verilən yardımları təyinatı üzrə aztəminatlı ailələrə deyil, özü kimi imkanlı ailələrə paylayıb. Daha doğrusu, özü və qohumları mənimsəyib. Köməkçisi və sürücüsü olan Toğrul Səlimzadənin vasitəsilə həzm-rabedən keçirib.
Bu barədə mediada daha dolğun sübutlar yayılıb. 
Bəli, Mehdi Səlimzadə hətta dövlətin ən kasıb təbəqəyə ayırdığı pulları da mənimsəyib. 
Onun rayonda törətdiyi əməllərlə bağlı dəfələrlə Milli Məclisin tribunasından  çox kəskin fikirlər deyilib. 
Deputat Fazil Mustafa parlamentin tribunasından dedi ki, Mehdi Səlimzadə  Göyçayda özünü PADŞAH kimi aparır, heç kimi saymır. Doğrudan da Mehdi Səlimzadə icra başçısı təyin olunandan sonra heç kimi saymadı, heç kimi nəzərə almadı, heç kimlə razılaşmadı.
Amma bu adam öz   “qohumları”na  o qədər arxayın idi ki....
Bilmirdi ki, günün birində möhtərəm Prezidentimiz onu vəzifədən elə atacaq ki, qohumların heç biri heç nə deyə bilməyəcək. 
Və doğrudan da, Mehdi Səlimzadə vəzifədən rüsvayçılıqla qovuldu, hətta onun ən yaxın ətrafında olan şəxslərə və özünə cinayət işi qaldırıldı.
Mehdi Səlimzadənin keçmişi qəssab olan, sonradan icra hakimiyyətində şöbə müdiri olan qardaşı oğlu barədə mediada nələr yazılmayıb. 
Təsəvvür edirsiniz, qəssab və  dövlət qurumu, icra hakimiyyətində şöbə müdiri, görəsən həmin qəssab icra hakimiyyətinin binasına hansı gözlə baxırmış.
Vallah, bu rəzalətdir. 
Sözün qısası, Mehdi Səlimzadənin  “sayə”sində  bu gün xeyli sayda  şəxs  həbsxanada çürüyür və oradan yazırlar ki, “250 min manatı mən almamışam, Mehdi Səlimzadəyə vermişəm..”. 
Mehdi Səlimzadə isə  evində oturub...amma ...
Amması odur ki, RİH-də aparılan yoxlamalar  zamanı üzə çıxan  sübutlar, qanunsuzluqlar Səlimzadənin həbsi üçün yetərlidir. 
Bəli, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Göyçay Rayon İcra Hakimiyyətində yoxlamalar, ayrı-ayrı vəzifəli şəxslərin dindirilməsi, sonra Mehdi Səlimzadənin də istintaqa cəlb edilməsi faktı ortadadır. Yəni Mehdi Səlimzadə hər an həbs oluna bilər. Əldə etdiyimiz məlumatlara görə Mehdi Səlimzadə hal-hazırda axtarışdadır və qaçıb gizlənib. 21saat.orq saytının yaydığı məlumata görə isə Mehdi Səlimzadə, həyat yoldaşı Məsiməxanım Məcidova və köməkçisi, həm də  sürücüsü olan qardaşı oğlu Toğrul Məcidovla birlikdə ölkədən qaçıb.
Mehdi Səlimzadə  kimlərləsə də yaxın qohum olduğunu gözə soxaraq özünün toxunulmaz olduğunu kimlərəsə deyə bilər, hətta biz jurnalistlərə də hədə-qorxu gələ bilər, bəs cənab Prezidentə nə cavab verəcək.
Amma, Prezident İlham Əliyev cənabları dəfələrlə deyib ki, qanunları pozan şəxslər  heç bir güzəşt edilmədən cəzalandırılacaqlar, hətta belə şəxslərin əvvəlki xidmətləri  nəzərə alınmayacaq. 
Mehdi Səlimzadənin həyat yoluna qısa  bir nəzər  salaq  və nəticə çıxardaq. 
Mehdi Səlimzadə 1996-2000-cı illərdə Milli Məclisin Yerli özünüidarəetmə məsələləri üzrə Daimi Komissiyasında ekspert, 2000-2003-cü illərdə Mərkəzi Seçki Komissiyasının üzvü, 2004-cü ildən Azərbaycan Bələdiyyə Qulluqçuları Həmkarlar İttifaqının təsis edilməsiylə bağlı yaradılan təşkilat qrupunun rəhbəri və komitənin ilk sədri, 2004-cü ildən Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş mərkəzinin rəisi vəzifələrində çalışıb.
Və  2016-cı ildə  Göyçay rayonuna icra başçısı təyin edilib. 
Amma və lakin o, nəinki etimadı doğrulda bilməyib, əksinə yüzlərlə, minlərlə insanı dövlətdən narazı  salıb. 
Bütün bu  yazdıqlarımız  medianı az-çox izləyən hər kəsə  bəllidir. 
Biz bir media olaraq Mehdi Səlimzadənin və onun ailəsinin qaranlıq keçmişi barədə ilk dəfə ictimaiyyətə məlumat vermək istəyirik. 
Deməli, Mehdi Səlimzadənin oğlu, hazırda Baş Prokurorluqda   “Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət”  idarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Ramil Məcidovun əməllərindən bəhs etmək istəyirik. 
Bu adam haqqında  mediada yayılan məlumatlardan ancaq o məlum olur ki, uşaqlıqdan  ana babasının  yanında böyüdüyü üçün onun soyadını götürüb. AY HAY bunu siz deyə bilərsiniz.
Soyadını haradasa  başa düşdük. Bəs  Ramilin atası kim olub..? 
Əgər bu adam  Mehdi Səlimzadənin oğludursa, Abbas kimdir..? 
Axı,  bu adamın rəsmi tərcümeyi halında yazılıb: 
Məcidov Ramil Abbas oğlu. 
Jurnalistin apardığı araşdırmalar zamanı bəlli oldu ki, Ramil Məcidovun ana babası, yəni Mehdi Səlimzadənin qaynatası  Abbas Məcidov çox imkanlı şəxs olması ilə bərabər,  el arasında nüfuzlu kişi olub.
Ramil Məcidovun anası Sima “kliçka”sı ilə tanınan, 70 yaşlı Məsməxanım Abbas qızı Məcidova isə Bakı şəhərində Ş.Həsənov adına "Sağlamlıq Zonası" Sağalma və Reabilitasiya Poliklinikasının baş həkimidir, “Əməkdar həkimdir”,  tibb  elmləri üzrə fəlsəfə  doktorudur. 
Ad, ata adı və soyada fikir verdinizmi..? 
Ramil Abbas oğlu Məcidov və Məsməxanım Abbas qızı Məcidova...
Belə çıxır ki,  Məsməxanım həm Ramilin anası, həm də bacısıdır. 
Vallahi, bu lap Ginnesin rekordlar kitabına düşməlidir. 
Bu adam nə məqsədlə  anası ilə bacı-qardaş olub..? 
Deməli, bizə daxil olan özəl xəbərə görə, Məsməxanımın  atası, imkanlı şəxs olan  Abbas Məcidov dünyasını dəyişəndə 3 gün onun ölümünü heç kimə deməyiblər, hamıdan gizlədiblər. 
Məqsəd Abbas Məcidovun adına olan bütün  mülkləri və sərvəti Ramilin adına keçirmək olub. 
Bunun üçün qısa müddətdə saxtakarlıq yolu ilə, saxta sənədlər  tərtib etdirməklə  Ramil Səlimzadə Abbas Məcidova  qəyyumluğa verilib.  Saxta sənədlərlə Mehdi Səlimzadənin oğlu bir gecənin içində dönüb olub  Abbas oğlu  və soyadı da Məcidov. 
Və beləcə ana-bala, Məsməxanım-Ramil  olublar bacı-qardaş.
Abbas kişinin qohumları, Məsməxanımın  qardaş-bacıları  bağıra-bağıra qalsalar da, bütün əmlak  Ramil Məcidovun adına keçib. Yəni saxta sənədlərlə Ramil yeganə VARİS olduğu üçün bütün MİRAS  Ramilə qalıb. 
Bəli, əldə etdiyimiz məlumata görə, savadsızlığı səbəbindən dövlət universitetlərinə qəbul ola bilməyən Ramil Məcidov pulla  güc-bəla ilə San-Marino özəl universitetini bitirb. Amma ən dəhşətlisi odur ki, bu adam hüquq alimidir. 
Əldə etdiyimiz məlumata görə, bu adamın elmi işinin adı belədir: 
“Gömrük işi sferasında cinayətlərlə mübarizədə  beynəlxalq-hüquqi əməkdaşlıq”. 
Bərəkallah, görəsən bu adam bu elmi işi kimdən mənimsəyib, yaxud kimə yazdırıb..? 
Ramil  Məcidovun “savadı-elmi”  barədə  yazdıq.
İndi isə keçək general Ramil Məcidovun əxlaqi-mənəvi keyfiyyətlərinə. 
Bu adamı tanıyanlar yaxşı bilir ki, bu adam hər axşam Kürdəxanıda bağlarda  qumar məclisləri təşkil edir, həmişə də uduzur.
Bu adam təkcə qumar xəstəsi deyil, həm də içki düşkünüdür, bəzi xoşagəlməz vərdişləri var.
Bu adam 2-3 aydan bir  xarici ölkələrdə səfərdə olur və əvvəllər  səfərə Roza xanımla gedərdi, amma son  vaxtlar anası erməni  olan  Lalə adlı xanımla gedir...
Xatırladım ki, Ramil Məcidovun 4 uşağı olduğu bir halda başqa Solmaz Xəlilova adlı bir xanımdan isə Ayla adlı bir qızı da var. Bu ailəni isə İnqlab küçəsində saxlayır. Bundan əlavə anası başqa millətdən olan Laləni isə özü ilə xarici səfərlərə aparır. Nədir bu rəzalət, nədir bu özbaşınalıq. Adamın imkanı, vəzifəsi, qohum-əqrəbəsi güclü olanda, adam hər dərədə bir arvad alar? Öz uşağının da atasının adını Nazim qoyar? Ümumiyyətlə bu tip məsələlər Azərbaycan mentalitetinə uyğun gəlmir, heç bir Azərbaycançılığa sığmır.
Bütün bunlar azmış kimi  Ramil Məcidov həm də başqa pis vərdişlərin istifadəçisidir. 
İndi özünüz  təsəvvür  edin ki, bu əməllərin sahibi Baş Prokurorluqda  necə İdarə rəisi ola bilər..? 
Görəsən Baş Pokurorluğun İdarə rəisi olan Ramil Məcidov başa düşmür ki, məmurun biznes fəaliyyəti ilə məşğul olması qanunla qadağandır. (AY KİSƏÇİ, Tariyelin əvəzinə... bu haqda sonra)
Amma Ramil Məcidov Bakıda və Abşeronda  yüksəkmərtəbəli binalar tikir, inşaat biznesi ilə məşğuldur. 
Yuxarıda qeyd etdiyimiz kimi, generalın anası və ya babasının qızı Mehdi Səlimzadənin həyat yoldaşı olan “Sima” kliçkalı Məsiməxanım Abbas qızı Məcidova 70 yaşında Ş.Həsənov adına "Sağlamlıq Zonası" Sağalma və Reabilitasiya Poliklinikasının baş həkimidir. 
Görəsən, 200  nəfər işçisi olan  70 yaşlı həkim xanımı kim himayə edir..? Məsməxanım Məcidova 500 manata yaxın həkim məvacibi alsa da, onun istifadə etdiyi qızıl-briliyantların, geyimlərinin qiyməti ən varlı krallıqların həyat yoldaşlarının istifadə etdiklərindən qat-qat bahadır. Biz hələ onun gəzdiyi maşından və yaşadığı qəsrlərdən danışmırıq.
Bu barədə araşdırmalarımız davam edir. Və güman edirik ki, TƏBİB rəhbərliyi  Məsiməxanımın fəaliyyətini ciddi araşdırıb tədbir görəcək. 
Həyat yoldaşı  Mehdi Səlimzadə qardaşı oğlu Toğrul Səlimzadə ilə Göyçayı talayıb, xanımı isə  xəstələrə sanki qənim kəsilib. 
Daxil olan özəl məlumatlara görə, vəzifəsindən azad olunan və həbs olunacağını hiss edən Mehdi Səlimzadə evində qiymətli nə varsa  kənara çıxarır, evləri, maşınları, qızılları  ehtiyatlı yerlərə köçürür...
70 yaşlı baş həkimi kimdir himayə edən..? TƏBİB rəhbərliyi yəqin ki, bu məsələni araşdırıb tədbir görəcək..
Bütün  bu yazdıqlarımızdan belə nəticə ortaya çıxır ki, bu ailə başdan ayağa fırıldaq və saxtakarlıq içində boğulur. Baxın, bir ailədə oğul anasınin sənəddə qardaşı kimi göstərilir. Dünya malına görə atasından imtina edən insanlara görəsən dövlətin mühüm postunu və mühüm rütbəsini etibar etmək olarmı? 
Belə ailəyə heç nə etibar etmək olmaz,  belələri istənilən vaxt dövlətə zərbə vurmağa  hazırdırlar. 
Növbəti yazıda  Mehdi Səlimzadənin qardaşı yoxsa oğlu sayılan Ramil Məcidova və Məsiməxanıma məxsus biznesdən bəhs edəcəyik. 
Yazının sonunda çox hörmətli Baş prokuror  Kamran Əliyevdən xahiş edirik ki, saxtakar, qumarbaz, içki düşgünü, pis vərdişləri olan idarə rəisi  Ramil Abbas oğlu Məcidovun  əməlləri ilə bağlı xidməti yoxlamalar aparılsın və  lazımi qərar qəbul edilsin. 
Araşdırmalarımız davam edir, əlavə, ilginc  faktlarla növbəti yazıda bəhs edəcəyik.
Ramil Abbas oğlu Məcidov, biz hamıya olduğu kimi sizə də öz münasibətinizi bildirmək haqqı veririk.
P.S Yuxarıda qeyd etdiyimiz kimi kasıbların övladları cinayət törədəndə və ya ataları cinayət əməlində şübhəli bilinərkən cinayət məsuliyyətindən boyun qaçırmaq üçün qaçıb gizlənirlərsə və ya ölkəni tərk edirlərsə, dərhal övladlarını və ya atalarını Hüquq Mühafizə Orqanları saxlayırlar. Bəs nə oldu, belə hallar imkanlı və vəzifəli adamlara şamil olunmur? Məsələn, Baş Prokurorluğun İdarə Rəisi, GENERAL Ramil Məcidov.
21saat.orq

Oxşar xəbərlər