Serj Sərkisyanın qarşısında başını aşağı salan Rövşən Rizayev… - Qaçqınkomdan YEYİLƏN MİLYONLARIN İZİ İLƏ…
27-04-2022, 12:43
1 367

Serj Sərkisyanın qarşısında başını aşağı salan Rövşən Rizayev… - Qaçqınkomdan YEYİLƏN MİLYONLARIN İZİ İLƏ…

Məcburi köçkün binalarının fasadını boyamaqla Rövşən Rizayev nə qədər qazanır…?

Rövşən Rizayev minlərlə məcburi köçkünü dövlətdən narazı salır…



Düz  4 il əvvəl  Rövşən Rizayev  Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə sədr təyin ediləndə çoxları güman edirdi ki, vəziyyət tezliklə dəyişəcək, müsbət irəliləyişlər olacaq və s. 
Ancaq  həmin vaxt  Rövşən Rizayevin bir fotosu az qala  gündəm oldu. 
Belə ki, Azərbaycan nümayəndə heyəti  keçmiş erməni prezidenti Serj Sərkisyanla görüşdə başlarını dik tutub, məğrur göründükləri halda  Rövşən Rizayev  Sərkisyanın qarşısında başını aşağı salıb, aciz  görkəmdə dayanmışdı. 
Bu görüntü çoxlarına təsadüfi  gələ bilər. Amma  bizə elə gəlir ki, bu təsadüfi deyil. Nə isə, bunu buraxaq zamanın öhdəsinə…
Sonra nə baş verdi..? 
Rövşən  Rizayev komitə sədri  olan kimi özünə dövlət vəsaiti hesabına  “BMV”  aldı. 
Onda da  bütün media yazdı ki, Prezident Rövşən Rizayevi bu vəzifəyə təyin etməmişdi ki, özünə "BMV” alsın, təyin eləmişdi ki, 1 milyon yurd-yuvasından didərgin düşmüş vətəndaşımızın dərdlərinə şərik çıxsın. Ancaq "Qaçqınkom” qaçqınların yarasına məlhəm olmadı. 
Ümumiyyətlə, Rövşən Rizayevin bir komitə sədri olaraq  heç vaxt konkret proqramı-zadı olmayıb. 
Bu adam nə qaçqınları qəbul edir, nə Qarabağ qaziləri ilə görüşür, nə də…
Yadınıza salın, Paşinyan Şuşada yallı gedəndə bircə dəfə də olsun, Rövşən Rizayev ona tutarlı cavab verməmişdi. Amma hər yerdə  deyir ki, Qarabağlıların ağsaqqalıyam. 
Əə, Qarabağlıların ağsaqqalı Sərkisyanın qarşısında başını aşağı salar..? 
Deyirsən, Qarabağ  rayonlarına mən icra başçısı təyin edirəm  və s…
Sən kimsən, Rövşən Rizayev, icra başçısı təyin edəsən..? 
Bəlkə, cənab Perzidentin də səlahiyyətlərini mənimsəmək istəyirsən..? 
Cənab Rövşən Rizayev, bütün sosial şəbəkələrdə qaçqınlar sənin əlindən şikayət edir. 
Bəli, qaçqınlar deyir ki, konkret  olaraq Rövşən Rizayev bizə dedi ki, yataqxanadan çıxın sizə kirayə pulu veriləcək və bina hazır olanda mənzil…
Amma  neçə aydır məcburi köçkünlər nə kirayə pulu ala bilir, nə də sənin qəbuluna düşmək olmur…
Bəlkə, məcburi köçkünün  Qaçqınkomun  binasında intihara cəhd etməsini sənin yadına salaq..? 
Qaçqınkomun tarixidndə  heç vaxt belə hadisə olmamışdı…
Cənab Rövşən  Rizayev  2 gün öncə ölkə mediasında yayılan bir xəbəri nəzərinə çatdırmaq istəyirik. 
2022-ci  ilin  ilk 3 ayı ərzində toplam maliyyə dəyəri 772 384.68 AZN olan 6 satınalma müqaviləsi imzalamısınız. 
Müqavilələrdə Qaradağ rayonu Müşfiqabad qəsəbəsində salınmış məcburi köçkün şəhərciyində binaların fasad üzlük daşları və dam örtüklərinin təmiri (139583.73 AZN), dəftərxana ləvazimatları (18267.58 AZN), məcburi köçkün qəsəbələrində  dezinfeksiya işləri (48749.52 AZN), məcburi köçkünlər üçün salınmış qəsəbələrdə 98 ədəd liftlərə texniki xidmətin göstərilməsi (98525.28 AZN), məcburi köçkünlər üçün salınmış qəsəbələrdə 172 ədəd liftlərə texniki xidmətin göstərilməsi (176230.57 AZN) və Qəbələ rayonunda yerləşən məcburi köçkün qəsəbəsində istilik qazanxanasının təmiri (29102.8 AZN) nəzərdə tutulur.
Müqavilələr müvafiq olaraq aşağıdakı şirkətlərlə bağlanıb:
“TUNEL-METRO İNŞAAT ” MMC
“GREY GROUP” MMC
“FUAD-KİMYA SERVİS” MMC
“AZƏRLİFT SERVİS” MMC
“REAL-3” Müəssisəsi
“ŞIRVAN-2018” MMC
Bu şirkətlərin  çoxu  özünüzə yaxın  şirkətlərdir. 
Diqqətçəkən daha çox təmir işləri ilə bağlı satınalma müqavilələridir. Müqavilənin şərtlərindən görünür ki, söhbət əsaslı təmirdən getmir. Bu zaman ortaya sual çıxır: Görəsən, komitə işğaldan azad olunmuş ərazilərdə abadlıq-quruculuq işlərinin getdiyi və məcburi köçkünlərin yaxın zamanlarda yurd-yuvalarına köçürüləcəyi bir vaxtda zərurət hesab olunmayan təmir işlərinə NİYƏ BU QƏDƏR  MARAQ  göstərir?
Yəni, tutaq ki, məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı hansısa binanın fasadının təmiri hansı zərurətdən doğur? Əlbəttə biz məcburi köşkünlərin məskunlaşdığı binaların və digər yaşayış yerlərinin təmirinin əleyhinə deyilik. Sadəcə söhbət zərurət olmadan aparılan təmir işlərindən gedir.
Müqavilənin maliyyə dəyərindən və şərtlərindən də aydın görünür ki, bu təmir növbətçi xarakter daşıyır və büdcə vəsaitlərinin səmərəsiz xərclənməsi barədə şübhələrə səbəb olur. Biz hələ demirik ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin keçirdiyi satınalma müsabiqələri ilə bağlı mediada xeyli sayda tənqidi yazılar tirajlanıb. Həmin materiallardan aydın olur ki, komitə bir çox hallarda şübhəli şirkətlərlə müqavilə bağlayır. Bu baxımdan, komitənin bu müqavilələri imzaladığı şirkətlərlə bağlı da araşdırma aparırıq. 
Bəli, söhbət məcburi köçkünlərin  yaşadığı  binanın fasadını rəngləməkdən getmir ee, yüz minləri mənimsəməkdən gedir. 
Bütün bunları edən Rövşən Rizayev məcburi köçkünlərin çörək pulunu, kommunal xərclərini kəsərək, onları talehin ümidinə buraxır.  Ən dəhşətlisi odur ki, minlərlə məcburi köçkünü dövlətdən narazı salır. 
Bir sözlə, Rövşən Rizayevin əsl  mahiyyəti  nə vaxtsa bəlli olacaq. 
Maliyyə Nazirliyi  bircə obyektiv yoxlama aparsa, Rövşən Rizayevin qələmi qırılacaq. 
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. /Gundelik-baku.com/

Oxşar xəbərlər