Manaf Ağayev qan çıxmayan yerdən niyə qan çıxartmaq istəyir…?- Həbsxana rəisi Manaf Ağayevi döyübmü..?
27-04-2022, 17:11
7 010

Manaf Ağayev qan çıxmayan yerdən niyə qan çıxartmaq istəyir…?- Həbsxana rəisi Manaf Ağayevi döyübmü..?

Füzulidən  video paylaşan Manaf Ağayev niyə onu sonradan sildi..? 

Tanınmış  toy müğənnisi, çoxlarının sevimlisi olan  Manaf Ağayevlə  bağlı qalmaqallar səngimək bilmir. 
Bir daha təkrar edirik ki,  bir sənətkar olaraq  hamımız  Manaf Ağayevə hörmət və ehtiramla yanaşırıq. Amma...
Əmması odur ki,  müğənni də çalışmalıdır ki,  adı ehtiyac olmadığı halda qalmaqallarda hallanmasın. 
Biz başa düşürük ki, şou əhli  qan çıxmayan yerdən  qan çıxartmaqla  gündəmə gəlmək, yenidən populyarlaşmaq istəyir, bir sözlə,  gündəmdə qalmaq istəyir. 
Amma gündəmdə qalmaq dövlət qurumlarının  gözdən salınması  hesabına olmamalıdır. Axı, bu dövlət hamımızındır və onun nüfuzdan salınması bir cəmiyyət olaraq  bizüm ziyanımızadır. 
Bəli, hələ 2 il öncə  mediada Penitensiar Xidmətin Müalicə Müəssisəsinin sabiq rəisi Elgiz İsmaylovun tanınmış müğənni Manaf Ağayevi döyməsi ilə bağlı iddialar yayıldı. 
Bu xəbər haradan ortaya çıxdı, bu xəbərin yayılmasında kimlər maraqlı idi..?
Qısa məlumat üçün qeyd edək ki,  “Facebook” səhifələrinin birində yayılan məlumatda bildirilirdi ki, tez-tez Penitensiar Xidmətin Müalicə Müəssisəsində dostu ilə görüşə gedən tanınmış ifaçı Manaf  Ağayev  müəssisənin əməkdaşları ilə kobud rəftar edib. Bunu bilən Elgiz İsmaylov görüş yerinə gələrək Manaf  Ağayevlə söhbət etmək istəyib. Məhz bundan sonra tərəflər arasında mübahisə yaranıb. Olanları həzm edə bilməyən Elgiz  İsmayılov ailəvi görüş otaqlarından birində Manafı möhkəm döyüb.
Başqa bir məlumatdan isə  məlum olurdu ki, bu hadisədən möhkəm qəzəblənən Manaf Ağayev dostları vasitəsilə Penitensiar Xidmətin rəisi Ceyhun Həsənovla dil tapıb və Elgiz İsmayılovu Müalicə Müəssisəsinin rəisi vəzifəsindən xaric etdirib.
Bilirsiniz,  ən dəhşətli məsələ ÇAMIR atmaqdır. Sonradan  sən təkzib verə bilərsən, amma minlərlə oxucununun  yaddaşını o çamırdan təmizləyə bilməzsən. 
Başa düşdünüzmü..? 
Bəli, hörmətli müğənnimiz ilk olaraq belə bir informasiyanın yayılmasına imkan verməli deyildi…
Axı,  xəbərdə  iki dövlət qurumu rəhbərinin adı hallandırılır. Sən palçığı üstümə atırsan və sonradan təmizləmək istəyirsən…Buna deyirlər, üzürü günahından betər…
Bəli, xəbərdən xeyli keçmiş  Manaf Ağayev  məsələyə Tarix Əliyevin (Tolik) “Youtube”da yayımlanan “Səmimi” layihəsində təfərrüatı ilə açıqlama verdi. Manaf Ağayev yayılan xəbərlərin yalan olduğunu deyib:
“Mən aydınlıq gətirim. Mən burdan Elgiz müəllimə dərin təşəkkürümü bildirirəm. Mən həbsxana rəislərini yaxşı tanıyıram, çünki mən həbsxanaya konsertlərə çox getmişəm. Mən həyatda Elgiz kimi qabiliyyətli, mədəni insan görməmişəm. O bizim qulluğumuzda necə dururdu, camaatı qarşılayırdı. Allah şahiddir ki, mən olanı deyirəm. Bu, boş-boş bəhanələrdir, kimisə gözdən salmaq üçün. Guya mən onu işdən çıxartdırmışam, o boyda polkovniki işdən çıxartdırmışam?
O sadəcə yerini dəyişdi. Onun kimləsə ədavəti var yəqin, məni də atıblar ortaya”.
İfaçı bu məlumatı yayanları hətta  məhkəmə ilə hədələdi:
“Təbii ki, məhkəməyə verəcəyəm. Həmin adama zəng edib soruşurlar ki, “sən bu məlumatı haradan almısan?” deyir mənə “mail”imə atıblar o məlumatı. Sənə atıblarsa, zəng et məndən soruş. Burada mənlik bir şey yoxdur. Eşitdiyimə görə, məlumatı yayanlar  həbsxanada  “Yatıb-çıxmış” jurnalistlərdəndir. Ona görə onlara pislik etmək istəyir və məni də ortaya atıb. Mən də onları məhkəməyə verəcəyəm, özü də sübut edəcəyəm”.
Əlbəttə, məhkəməyə  müraciət etmək Manaf müəllimin  hüququdur. 
Və bizim də bir dinləyici olaraq Manaf Ağayevə hörmətimiz var. Amma niyə axı  bu qalmaqallarda məhz Manaf Ağayevin adı hallanır..? 
Qoy, Manaf müəllim bu məsələyə aydınlıq gətirsin…
Yaxşı, Manaf müəllim,  2 il  əvvəl sosial şəbəkələrdə  yayılanlar şər-böhtan idi, bəs 1 AY ƏVVƏL FÜZULİDƏ BAŞ verənləri  hara yazaq..? 
Xatırladaq ki, Manaf Ağayev və iş adamı Sənan Hüseynov bahalı avtomobillə Füzuliyə gedib. İfaçı Füzuli aeroportunda çəkilən videonu sosial şəbəkə hesabında yayımlayıb. Az keçmədən müğənni paylaşımını silib. Videoda Manaf  Ağayevin avtomobilinin yanında yer alan 10-AA-307 seriyalı digər maşının sahibinin əslən Füzulidən olan iş adamı Sənan Hüseynov olduğu bildirilib. Sənətçi və iş adamı 15 sutka həbs olunub.
Və 15 sutkalıq həbsi başa çatan kimi  Manaf  Ağayev  azadlığa buraxıldı.
Təkrarçılıq olmasın, bir daha qeyd edirik ki, sənətkar olaraq  bizim də Manaf müəllimə hörmətimiz var. Amma, boş yerdən, qan çıxmayan yerdən qan çıxartmağa nə ehtiyac var, ay Manaf müəllim...? 
Bu boyda skandala ehtiyac var idimi..? 
Həm də bu  olaylarda  dövlət qurumlarının adı neqativ mənada hallanıb..
P.S Manaf müəllim jurnalistlərlə işiniz olmasın, axı onlar sizin 10-cu "kalon"a viski ilə gəlib getməyinizdən xəbərdardırlar. Yazmalı olsa idilər onu yazardılar.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. /Gundelik-baku.com/



Oxşar xəbərlər