Nəsimi rayonunda boş yer görən kimi jekin əli ilə qara turbalar basdırıllar- Asif Əsgərovun nəzərinə…
28-04-2022, 13:05
29 196

Nəsimi rayonunda boş yer görən kimi jekin əli ilə qara turbalar basdırıllar- Asif Əsgərovun nəzərinə…

Bakını, dənizi, meşələri  hasarlaya-hasarlaya gedirlər...


Qara, başı kəsik turbalar gecə vaxtı  kimə pərçim olsa...

Bakının harasına gedirsənsə, bütün idarələrin, müəssisələrin,  şirkətlərin, xəstəxanaların  binasının qabağını  hasara alır  və üstəlik  ətrafa, MIX, dəmir turbalar basdırırlar. 
Bu yerdə  yadıma illər öncə  bir  el aşığının kolxozla bağlı  yazdığı  bir-iki misra düşür: 

Keçməmisən, elə mıxa, a Məmməd,
Dartmaq  ilə çətin çıxa, a Məmməd...

Vallahi, bizi qınamayın  bir neçə gün əvvəl Nəsimi Rayon Məhkəməsinin qarşısından keçərkən gördüklərimiz bizi dəhşətə gətirdi. 
Görəsən, dövlət qurumunun rəhbərliyi  məhkəmə binasının qabağını  niyə hasarlayıb. Hələ bu azmış kimi binanın üç tərəfinə dəmir turbalar basdırıblar. 
Hələ Allah qoymasa, şlaqbaum da qoyublar. Biz bununla razılaşırıq. İnsanların rahatlığı üçün həmin məhkəməyə rəhbərlik edən şəxs nəinki işçilərinin heç öz maşınını da orada saxlamağa icazə vermir. Çox gözəl, bəyənilsin. Gəlin görək yaxınlıqdakı obyektlər bu məsələlərə necə yanaşır.
Bir az, 5-10 metr aşağı gedən kimi, “Bakı sığorta”nın binasıdır. 
Eyni hal, eyni vəziyyət   burada da baş verir. 
Nəinki  maşın saxlamağa, hətta adamın dayanmasına yer saxlamayıblar. 
Biri  yolu hasarlayır, o biri  səkini zəbt edir, bir başqası bütöv küçəyə şlaqbaum qoyaraq özü üçün özəl avtodayanacaq düzəldib. 
Bunlardan  bir soruşan yoxdur ki, bura sənin dədənin, babanın mülkü deyil ee...
Sanki ölkədə hasarlama, çəpərləmə, mıx-turba basdırma əməliyyatı keçirilir. 
Yadımıza 90-cı illərin sonunda  meşələri, dənizi hasarlayanlarla bağlı Ulu Öndər Heydər Əliyevin qəzəbli, kəskin çıxışı düşür. 
Bəli, bu problemin kökü dərinliklərə gedib çıxır. 
Sözün düzü, müstəqillik özü ilə bərabər bizə, cəmiyyətimizə xeyli problemlər gətirib. 
Hər gün oxuyuruq ki, filan məmur  Qubada, yaxud Qusarda, İsmayıllıda  meşənin 5 hektarını  hasarlayıb özü üçün istirahət düşərgəsi tikir.
Axı, meşələr  dövlət qoruğudur, meşəni necə hasarlamaq, necə özününküləşdirmək olar..? 
Hələ meşə harasıdır..?
Xəzər dənizinin  nəinki kənarını, hətta içərisini hasarlayanlar, dənizin içinə estakada  salan məmurlar da az deyil. 
Məni qınamayın, bütün  bunlar hamısı korrupsiyanın nəticəsidir. 
Bəli, bu yaxınlarda Mədəniyyət Nazirliyində işləyən bir adi şöbə müdirinin Fransada QƏSR aldığını oxuyanda  dəhşətə gəldim. Şöbə müdiri kimdir, axı, onun aldığı maaş nədir...?
Həm də  bu məmur villa almayıb ee, QƏSR alıb...
Vallah belə davam eləsə, bunlar tarixi abidələrimizi də  hasarlayacaqlar. 
Bizdə olan məlumata görə,  İçəri Şəhərdə xeyli əraziyə şlaqbaum qoyulub. Və İçəri Şəhərə daxil olmaq üçün mütləq pul ödəməlisən. 
Gördünüzmü, İçəri Şəhər kimi tarixi məkanı da özəlləşdiriblər. 
Əslində   “Sədərək Yusif”  deyilən şəxs ticarət mərkəzində girişə  şlaqbaum qoyub pul yığırsa,  başqa yerlərdə də belə olmalıdır. 
Biz yuxarıda Nəsimi rayonu ərazisini  misal çəkdik. Amma hazırda  bütün rayonlarda eyni vəziyyətdir. 
Lakin Nəsimi rayonu ərazisində baş verənlər, ümumiyyətlə, heç bir əndazəyə sığmır. 
Balaca bir boş yer tapan kimi  kimlərsə gəlib həmin ərazini mıxlayır, turba basdırır, hasara alır. 
Bunlar başa düşmür ki, yaşlı insan keçir, uşaq keçir, gecə vaxtı qaranlıqda keçən olar. 
Axı, bu başı kəsik qara turbalar kimin ürəyinə girsə, pərçim olsa, iraq olsun ölə bilər, şikəst ola bilər...
Biz niyə özümüz özümüzə qənim kəsilmişik. 
Bəli, qarşıdan  yay mövsümü gəlir. 
Hər il yay gələndə eyni problemlə üz-üzə gəlirik. 
Hansı gədəsə, dənizin qırağını  hasarlayıb  və  özünə şəxsi çimərlik-plyaj düzəldib. 
Kim özü və ailəsi ilə  çimərliyə getmək istəyirsə, mütləq pulunu verməli, hətta avtomobillə daxil olursa, pul ödəməlidir. 
Gördünüzmü, hasara almağın, turba basdırmağın buynuzu-zadı olmur ki..? 
Yəni insanların istirahət hüququnu əllərindən alırlar, hətta adamlara işgəncə verirlər.
Şəhərin içərisində avtomobil saxlamaq üçün saatlarla “kruq”  vurmalısan, sonda tapdığın məkanın qiyməti isə əl yandırır. 
Kimsə haranısa, hasara alıb özü üçün  “parkovka”  yeri düzəldib. Qabağına da  turba basdırıb. 
Bakıda  hər gün baş verən probkaların səbəblərindən biri, bəlkə də birincisi budur. 
Hər yeri hasarlayıblar, mıxlayıblar, avtomobil axını üçün normal yol qalmayıb. 
Kim nə deyir desin, 5-6 il sonranın paytaxt Bakısını  adam təsəvvürünə  gətirəndə, adamın təpəsindən tüstü çıxır...
Kaş ki, yanılaydıq.
Kaş ki, bir gündə paytaxtımıza pərçim olan  bəzi  mıx-məmməd məmurları çıxarıb atan olaydı... /Gundelik-baku.com/


Oxşar xəbərlər