Həbsdə olan Ceyhun Cəfərovla Elnur Abbaszadənin şərikli biznesi…. - Elnur Abbaszadə niyə HƏBS olunmadı..?
28-04-2022, 14:19
36 015

Həbsdə olan Ceyhun Cəfərovla Elnur Abbaszadənin şərikli biznesi…. - Elnur Abbaszadə niyə HƏBS olunmadı..?

Yasamal RİH-nin şöbə müdiri Elnur Abbaszadə müharibə iştitakçısı Qafur Hüsiyevin və fəhlələrin pulunu niyə vermir..? 

Bir Ceyhun Cəfərov var idi…
Müxtəlif  “kommunxoz”larda işləyə-işləyə gəlib 2006-2011-ci illərdə Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, 2011-2014-cü illərdə isə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdı. 
2014-cü ildən Kürdəmirin icra başçısı olmuşdu və  2020-ci ildə  vəzifəsindən azad edilərək  həbs edildi. 
Təkcə icra başçısı  Ceyhun Cəfərov deyil, onun 1-ci müavini, təsərrüfat şöbəsinin  müdiri,  aparat rəhbəri, rayonun Yaşıllaşdırma idarəsinin rəisi, Mənzil İstismar sahəsinin rəisi, Kommunal Müəssisələr kombinatının direktoru, rayon Mərkəzi Xəstəxanasının direktoru, həmin tibb müəssisəsinin baş həkimi, rayonun Təhsil şöbəsinin müdiri  və baş mühasibi  barəsində  cinayət işi  açıldı. 
Təsəvvür edirsiniz, heç bir rayonda belə kütləvi həbs olmayıb. Amma…
Əmması odur ki, hamıya maraqlı oldu ki, nə əcəb uzun illər  Ceyhun Cəfərovun şəriki və sağ əli olan, əvvəl Yasamalda, sonra Tərtərdə, daha sonra Kürdəmirdə tikinti məsələlərinə baxan Elnur Abbaszadəyə  gözün üstə qaşın var deyən olmadı. 
Hansı ki, barəsində cinayət işi açılan şəxslərdən çox  Elnur Abbaszadə Ceyhun Cəfərovla birgə  cinayət əməllərini törətmişdi. 
Qısa məlumat üçün qeyd edək ki, Ceyhun Cəfərov hələ Yasamal RİH-də müavin işləyərkən rayondakı  qanunsuz tikililər, bütün problemli işlərin məsələsinə Elnur Abbaszadə baxırdı. Ceyhun Cəfərov sadəcə arada obyektə  gəlib baxırdı. Və sonda pulların məsələsini  Elnur Abbaszadə həll edirdi. 
Sonradan Ceyhun Cəfərov Tərtərdə, daha sonra Kürdəmirdə icra başçısı olanda da Elnur Abbaszadəni özü ilə vəzifəyə aparırdı  və Elnur Abbaszadə orada da icra başçısının “qara kassası”  idi. 
Ona görə də çoxlarına maraqlıdır ki, Ceyhun Cəfərovun ətrafı həbs olunsa da Elnur Abbaszadə həbsdən yayına bildi. 
Daha doğrusu, Ceyhun Cəfərovun həbsindən az əvvəl Elnur Abbaszadə  işdən çıxaraq Bakıya qayıdıb. 
Daha dəqiq desək, həbslərin olacağını bilən Ceyhun Cəfərov  Elnur Abbaszadəni aradan çıxarıb ki, şərikli  bizneslərini idarə edən olsun. 
Və  beləcə canını həbsdən qurtara bilən, Elnur Abbaszadə Nərimanov rayonunda bir müddət Məşğulluq Mərkəzində çalışıb, hazırda isə Yasamal  Rayon İcra Hakimiyyətində  Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiridir. 
Bəli, Ceyhun Cəfərov hazırda 8 il 6 ay həbs cəzası  alsa da, onun sağ əli Elnur Abbaszadə onunla şərikli biznesini idarə edir və hər ay  Ceyhun Cəfərovun pulu çatdırılır. 
Gündəlik-Bakıya müraciət edən, Zəngilan rayon sakini, məcburi köçkün, vaxtilə rayonun Gennik kəndində yaşamış iş icraçısı olan, müharibə  iştirakçısı  Hüsiyev Qafur  Əşrəf  oğlu müxbirimizə bildirib ki, Nizami  rayonu  8-ci kilometrdə  Lotosun arxasındakı meyvə, tərəvəz,  paltar bazarının müdiri olan  Rauf müəllim  Elnur  Abbaszadənin qaynatasıdır.  
Qafur Hüsiyev deyib ki, Elnur Abbaszadənin bütün milyonluq mülklərinin təmirini mən və yanımda olan fəhlələr aparmışdır. 
Şikayətçi onu da bildirib ki, Ceyhun Cəfərov, Elnur Abbaszadə  və qohumları bəzən obyektləri kiminsə əlindən məcburi ucuz qiymətə alaraq təmir edib baha qiymətə satırdılar. 
Hətta Elnur Abbaszadənin adamları binaların zirzəmilərini qazıb  qəzalı vəziyyətə də salırdılar. 
Təsəvvür edirsiniz, cinayətkarlıq hansı səviyyəyə çatıbsa, pul qazanmaq üçün  sakinlərin talehi ilə oynayırlar. 
Şikayətçinin dediklərindən bəlli olur ki, Elnur Abbaszadəgil  OMD-yə çatmamış  binanın 1-ci mərtəbəsini  200 min manata alaraq  və 450  minə satdılar. Və külli miqdarda vergidən  yayındılar. 
Bəli, Elnur Abbaszadə aldığı  obyektlərin sənədlərini saxtalaşdırır, yalandan sənəddə  150 min manat göstərir. 
Qafur Hüsiyevin dediyinə görə, Elnur Abbaszadə  Nəsimi parkı ilə üz-üzə  150 kv m  ayaqqabı mağazasını 300  minə almışdı, 700 min verdilər vermədi. 
Belə obyektlərin sayı bir deyil, iki deyil. 
Elnur Abbaszadə  Ceyhun Cəfərovla  şərikli  obyekti olan, Nərimanovda  Xan Şuşinski küçəsində yolun kənarında gül mağazasının yanını  “OBA” marketə icarəyə verib.  
Ceyhunla Elnurun  “Tri Korona”nın yanında  svetoforda  bir  mağaza,  “Elmlər”də isə  başqa  bir  şərikli  mağazaları var. Bunları  Elnurun sürücüsü işlədir.
Yuxarıda qeyd etdiyimiz kimi,  Elnur Abbaszadənin bütün milyonluq mülklərinin təmirini  Qafur  Hüsiyev və yanında olan  fəhlələr aparıb. Amma...
Əmması odur ki, Elnur Abbaszadə Qafur Hüsiyevə və fəhlələrə olan  29 min 800 manat borcu vermək istəmir. 
Hər dəfə yalan danışır, deyir verəcəm. 
Sonuncu dəfə Elnur Abbaszadə Qafur Hüsiyevə və fəhlələrə  söz verib ki, OMD-dədəki obyekti satıb  sizin pulunuzu verəcəm. 
Ancaq  Rauf  müəllimin kürəkəni, Ceyhunun şəriki  Elnur Abbaszadə  obyekti satandan sonra müharibə iştirakçısı Qafur Hüsiyevin, 10 nəfər fəhlənin və götürdüyü materialların pulunu Qafura verməyib. 
Qafur bu günə qədər borcları ödəməklə məşğuldur. 
Qafurun  dediyinə görə, onun  və fəhlələrin pulu ilə Elnur gedib  özünə  “salafanda”   5.7 Leksus  alıb. 
Əli hər yerdən üzülən müharibə iştirakçısı  Qafur Hüsiyev ölkə başçısı İlham Əliyev cənablarına müraciət edir ki, həbsdən yayına bilən  Elnur Abbaszadənin  ona və fəhlələrə verəcəyi  pulun  qaytarılmasına  kömək etsin. 
Qafur Hüsiyev  eyni zamanda  Yasamal RİH-nin başçısı Elşad Həsənovdan  da xahiş edir ki, tabeçiliyində olan Elnur Abbaszadənin  ona və fəhlələrə çatacaq pulun qaytarılmasına yardımçı olsun.  
Qarşı tərəfin mövqeyini dərc etməyı hazırıq. /Gundelik-baku-com/
 

Oxşar xəbərlər