İnam Kərimov aqrar sahənin kadr korpusunu məhv etdi...- İnam Kərimovun “tender oyunları”…
28-04-2022, 18:18
41 033

İnam Kərimov aqrar sahənin kadr korpusunu məhv etdi...- İnam Kərimovun “tender oyunları”…

İnam Kərimov aqrar sahənin kadr korpusunu məhv etdi...

Fars dilini, sonra beynəlxalq hüququ öyrənən İnam Kərimov necə kənd təsərrüfatı naziri oldu..? 

Fars, ingilis dilini bilən İnam Kərimov kəndlinin, əkinçinin dilini bilmir...


4  ildir kənd  təsərrüfatı naziri  olan  İnam İmdad oğlu Kərimovun  fəaliyyətinə nəzər salanda təəccüblənməmək olmur. 
Birincisi ondan başlayaq ki, İnam Kərimov kimdir, nəçidir, keçmişi nə olub, haralarda çalışıb  və s..? 
Bu adam  Seyid Cəfər  Pişəvəri  adına  humanitar gimnaziyanı bitirib. 
Bilməyənlər üçün  deyək ki,  bu gimnaziya  şagirdlərə  fars dilini  öyrədir. Yəni  yeniyetmə İnam  gələcəkdə fars dili üzrə  yaxşı tərcüməçi ola bilərdi. Amma...
Əmması odur ki, fars dilini öyrənən  İnam Kərimov hara, aqrar sahə, kənd təsərrüfatı, loru dildə desək, qoyun-quzu, barama, tütün, mal-qara, kartof-soğan hara..?
Məsələyə  ciddi yanaşmaq lazımdır. 
Bu adam, hətta  texniki gimnaziyanı deyil, məhz  humanitar gimnaziyanı bitirb. Yəni humanitar sahəyə meyilli olub. 
Sonradan özünün yazdığı tərcümeyi-halından bəlli olur ki, İnam Kərimov  BDU-nun Beynəlxalq hüquq fakültəsini bitirib. 
İndi özünüz düşünün. Əvvəl fars dilini öyrənib, sonra beynəlxalq hüquq üzrə təhsil alıb, yəni diplomat. 
Axı, fars dili müəlliminin, yaxud beynəlxalq  diplomatın aqrar sahəyə rəhbərlik etməsi  nə dərəcədə məntiqlidir..? 
İnam Kərimov kənd təsərrüfatı naziri  olmazdan öncə  
Azərbaycanın Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, yəni ASAN Xidmətin  1-ci sədri (2012–2018).
Əlbəttə, ASAN Xidmətlə  Kənd  Təsərrüfatı Nazirliyini eyniləşdirmək olmaz.
Aqrar  sahə spesifik sahədir, bu sahəni idarə etmək üçün illərin təcrübəsi lazımdır. 
Bəli, İnam Kərimov hər şeyə populist yanaşdığı üçün nazir olan kimi kənd rayonlarına səfər edib qucağına quzu alıb şəkil çəkdirməklə, elə bildir ki, aqrar sahə inkişaf edəcək. 
Amma  quzu ilə şəkil çəkdirməklə, məsələ həll olunmur, cənab İnam Kərimov...
Hamıya məlumdur ki, Azərbaycan  yüz illərdir ki, aqrar ölkədir, əsas istehsalımız kənd təsərrafatı məhsullarıdır. 
Ulu Öndər Heydər Əliyevin 1-ci hakimiyyəti illərində Azərbaycan 100 min tonlarla pambıq, tütün, barama, çay  və s istehsal edirdi..? 
Bəs, 4 ildir kənd təsərrüfatı  naziri olan  İnam Kərimov bu sahədə bircə  addım ata bilibmi..?
Birincisi, ondan başlayaq ki, açıq demək lazımdır ki, İnam Kərimov qədər aqrar sahəyə  ziyan vuran ikinci nazir olmayıb. 
Bu adam, uzun illər kənd təsərrüfatı sahəsində çalışan alimləri, təcrübəli mütəxəssisləri işdən uzaqlaşdıraraq, öz dost-tanışlarını, tələbə yoldaşlarını nazirliyə vəzifələrə təyin edib. 
Təsəvvür edirsiniz  aqrar sahəni, baytarlığı, fitosanitariyanı, pambıqçılığı, üzümçülüyü və s dərindən bilən mütəxəssislərin yerinə tarix, coğrafiya müəllimlərini işə götürüblər. 
Belə olan halda aqrar sahədə hansı inkişafdan danışmaq olar..? 
Bu gün Azərbaycanda  kartofun, soğanın qiyməti dəfələrlə bahalaşıb. 
Axı, kasıb təbəqənin yeməyi  kartof, soğan və çörəkdir. 
İndi  İnam Kərimov deyir ki, bəs  Pakistandan, nə bilim İrandan kartof gətir və s. 
Adam, səni nazir təyin edəndə  dedilər ki,  post neft dövrünə ölkəni hazırlamaq lazımdır, yəni nə vaxtsa neft-qaz istehsalı azalarsa, ölkə özünü  ərzaq məhsulları ilə təmin edə bilsin. 
İndi məlum olur ki, yaxın aylarda kənd təsərrüfatı məhsullarının qiyməti  rekord  həddə  çatacaq. 
Bəli, nazir İnam Kərimovdan soruşan  lazımdır ki, son 4 ildə dövlətin fermerlərə, sahibkarlara ayırdığı  100 milyonlarla  subsidiya  hara xərclənib..? 
Əlbəttə, İnam Kərimovun dostları o boyda subsidiyanın heç  30 faizini də fermerlərə verməyiblər..
Bəs belə olan  halda aqrar sahə necə  inkişaf edə bilərdi..? 
İnam Kərimovun çevrəsində olan dostları  tender  adı altında  dövlətin 100 milyonlarını özlərinə  yaxın şirkətlərə köçürüb “otkat” alaraq milyonlar qazanırlar. 
İnam Kərimovdan soruşmaq lazımdır ki, dövlətin hesabına fermerlərə verilən gübrələri,  texniki avadanlıqları  neçəyə satırsan..? 
İnam Kərimov  hər yerə deyirsən ki, fars, ingilis dilini əla bilirəm. 
Sən bu dilləri  bilə bilərsən ee, ancaq  sən kəndlinin, qoyunun, quzunun, əkinçinin dilini bilmirsən. 
Bax, əsas problem budur. Qalanı detallardır.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. /Gundelik-baku.com/


Oxşar xəbərlər