Başını DİK tut, Rövşən Rizayev, niyə utanırsan..? - Atan Şükür Rizayevin erməniyə əsir düşməsinə görə, Sarkisyanın qarşısında başını əyməli deyildin...
18-05-2022, 11:39
1 403

Başını DİK tut, Rövşən Rizayev, niyə utanırsan..? - Atan Şükür Rizayevin erməniyə əsir düşməsinə görə, Sarkisyanın qarşısında başını əyməli deyildin...

Çalış, dövlətimiz qarşısında başın  dik olsun...

Əsas mövzuya keçməzdən öncə sabiq millət vəkili, Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rizayev Rövşən Şükür oğlu barəsində zaman-zaman mediada yayımlanan bir fotoya münasibət bildirək. 
Biz istəsək də, istəməsək də bu bizim tariximizdir. Və hətta bu əfsanə, nağıl kimi deyil, konkret fakt, hətta FOTO kimi tarixdə qalacaq. 
Söhbət  Rövşən Rizayev, Polad Bülbüloğlu  və digər Azərbaycan nümayəndələrinin  Ermənistan prezidenti  Serj Sarkisyanla  görüşündə  nümayəndə heyətimizin başını dik tutduğu halda Rövşən Rizayevin  Serj   Sarkisyanla əl tutub görüşəndə başını aşağı salıb günahkar  durumda olmasından gedir...
Axı, nə üçün digər nümayəndələrimiz başlarını dik tutduğu halda, Rövşən Rizayev Serj Sarkisyanın qarşısında belə aciz  durumda dayanıb...
Biz heç nəyi qəti söyləmək fikrində deyilik. Amma öz gümanlarımızı  qeyd edəcəyik...
Məlumdur ki,  “Qaçqınkom”un sədri  Rövşən Rizayevin  atası, Bakı şəhərinin sabiq prokuroru Şükür  Rizayev  bir vaxtlar erməni əsirliyində olub. 
Əlbəttə, hər kəsin yaxını, doğması, atası, hətta anası  düşmən əsirliyində ola bilər. Heç kəs bundan sığortalanmayıb. Və bunu kiməsə qəbahət kimi demək ən azı  vicdansızlıq olar. Amma....
Əmması odur ki, düşmən ölkə ilə şəxsi problemi olan şəxs, o da ola, deputat, yaxud nazir, komitə sədri, bu barədə təcili olaraq  təhlükəsizlik orqanlarına məlumat verməlidir. 
Əlbəttə, biz uzağa gedən nəticələr çıxartmaq istəmirik. Amma, görəsən bu neçə ildə Rövşən Rizayev niyə bu məsələyə aydınlıq gətirmək istəməyib..? 
Niyə demir ki, Sarkisyanın qarşısında  başımı aşağı saldım..? 
Niyə  Sarkisyanın üzünə baxa bilmədim..? 
Görəsən, Rövşən Rizayevin günahı, suçu nə imiş..? 
Nə qədər ki, Rövşən Rizayev bu barədə susacaq, gümanlar min yerə gedəcək...Ortaya müxtəlif ehtimallar, fərziyyələr çıxıcaq...
Ona görə də cənab “Qaçqınkom”un  sədri Rövşən Rizayevə  tövsiyyə edirik ki, bu məsələyə aydınlıq gətirsin...
Əgər məsələ  atan Şükür Rizayevin  ermənilərə əsir düşməsi ilə bağlıdırsa, qəti narahat olma, çalış  başını dik tut, Rövşən Rizayev...
Həyatdır də,  adamın başına hər cürə iş gələ bilər...Amma..
Əmması odur ki, əsirlik məsələsini qoyduq bir kənara, hələlik bu məsələni bağladıq. 
Axı, biz Gündəlik-Bakı olaraq neçə müddətdir ki, yazırıq, soruşuruq ki....
Sən Rövşən Rizayev ali təhsilin olmadığı halda necə....
1982-ci ildən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin sistemində müxtəlif vəzifələrdə çalışmısan..? 
Axı, sən Rövşən Rizayev 1986-cı ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini  bitirmisən. 
Adam, buna bir aydınlıq gətir dəə...
Adam, sənin təkcə Sarkisyanın qarşısında başını əyməyin deyil ee, bütün məsələlər şübhəlidir. 
Bəli, sən uzun illər  sahibkarlarla işləmisən. Onlar da səndən narazı olub.
Bunu da qoyduq bir kənara. 
Sən 2004-cü ildə  ömründə ayağın dəymədiyi  101 saylı Xanlar -Daşkəsən seçki dairəsindən necə millət vəkili seçilmisən..? 
Sən necə  Milli Məclisin deputatı seçildikdən sonra uzun müddət Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədrinin müavini vəzifəsində işləmisən..? 
Və necə  oldu ki,  21 aprel 2018-ci il tarixdə  Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Sədri oldun..? 
Cənab Rövşən Rizayev, biz az-şox siyasi proseslərdən başı çıxan adamlarıq. 
Sənin  “Qaçqınkom”  sədri olandan sonra atdığın addımlar bizim  ehtimallarımızı  təsdiq edir. 
Belə ki, bəziləri düşünür ki, torpaqlarlımız  azad olundu və qaçqın, məcburi köçkün problemi qurtardı. Bu haqda sonra düşünərik.
Ona görə də adına Qaçqınkom  dediyimiz qurum Azərbaycanın ən strateji orqanlarından biridir və bu quruma  tərcümeyi-halı, keçmişi və bu günü daha samballı olan şəxs rəhbərlik etməlidir. 
Biz  Gündəlik-Bakı  Rövşən Rizayevin rəhbərliyi altında son 4 ildə komitədə baş verən qanunsuzluqlardan, korrupsiya və mənimsəmə hallarından, qaçqınların dövlətdən narazı salınmasından və digər  neqativ hallardan yazıb  oxucunu yormaq  istəmirik. Onsuz da bu barədə kifayət qədər yazmışıq və digər media qurumları da yazıb. 
Bu dəqiqə hamının əlində Rövşən Rizayevin müxtəlif şirkətlərlə bağladığı müqavilələr var. 
Bunu təkrar  dərc etməyin nə mənası var..? 
Biz bu yazıda diqqəti  daha ciddi məqama  cəlb etmək istədik...
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. /Gundelik-baku.com/

Oxşar xəbərlər