Polis maşını çaya düşdü - ölən və yaralananlar var (YENİLƏNİB)
17-07-2022, 10:46
9 913

Polis maşını çaya düşdü - ölən və yaralananlar var (YENİLƏNİB)

Yevlaxda polis maşını Kür çayına düşüb.
Hadisə Kür çayı üzərində yerləşən köhnə körpü üzərində baş verib. Xidmət yerinə gedın polis maşını idarəetmədən çıxaraq körpüdən Kür çayına düşüb. Qəza zamanı maşında 4 polis əməkdaşı olub. 1996-cı il təvəllüdlü Əsədov Süleyman Təyyar oğlu, 1997-ci il təvəllüdlü Həsənov Səfər Tariyel oğlu və 2001-ci il təvəllüdlü Elgün Mehmanoğlu batan maşından sağ qurtularaq sahilə çıxarılıb. 1996-cı il təvəllüdlü Məmmədov Kamran Azər oğlu isə çayda batıb. Onun axtarışlarına hazırda dalğıc axtarış qrupu cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov
xxx 
09:31
Bu gün səhər saatlarında Yevlax rayonu ərazisində ölümlə nəticələnən qəza baş verib.
Qəza nəticəsində Yevlax Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı Kamran Məmmədov aldığı xəsarətlərdən ölüb. K. Məmmədov  təlimə gedərkən  qəzaya düşüb.
Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər